Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin qürurverici səhifəsidir

2026-05-25 19:54:49 165 baxış
Xəbər şəkil

Azərbaycan xalqının dövlətçilik tarixi qədim və zəngin ənənələrə əsaslanır. Əsrlər boyu müxtəlif dövlətlər quran xalqımız hər zaman azadlıq və müstəqillik idealları uğrunda mübarizə aparıb. XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda milli oyanış və maarifçilik hərəkatının geniş vüsət alması xalqımızın milli özünüdərk hissini daha da gücləndirdi. Həmin dövrdə Azərbaycanın görkəmli ziyalıları, maarifçiləri və ictimai-siyasi xadimləri xalq arasında milli birlik, azadlıq və müstəqillik ideyalarını yayaraq gələcək dövlətçilik ənənələrinin formalaşmasına mühüm töhfələr verdilər. Bütün bunların nəticəsi olaraq 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və xalqımız öz müstəqil dövlətini qurdu.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təkcə ölkəmizin deyil, bütövlükdə Şərq dünyasının siyasi tarixində mühüm dönüş nöqtəsi oldu. Çünki ilk dəfə olaraq müsəlman Şərqində demokratik, hüquqi və dünyəvi prinsiplərə əsaslanan parlament respublikası məhz Azərbaycanda yaradılmışdı. Bu dövlət xalq hakimiyyəti, insan hüquq və azadlıqları, qanunun aliliyi və demokratik idarəçilik prinsiplərini əsas götürərək müasir dövlət modelini ortaya qoymuşdu. Ulu Öndər Heydər Əliyev bu tarixi hadisənin əhəmiyyətini yüksək qiymətləndirərək qeyd edirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”
Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, mühüm dövlətçilik ənənələri formalaşdırdı. Parlamentin yaradılması, dövlət atributlarının qəbul olunması, milli ordunun təşkili, təhsil sahəsində islahatların həyata keçirilməsi və vətəndaş hüquqlarının təmin olunması istiqamətində mühüm addımlar atıldı. Xüsusilə qadınlara seçki hüququnun verilməsi həmin dövr üçün böyük demokratik yenilik idi. Bir çox Avropa ölkələrindən əvvəl Azərbaycan qadınlarının seçmək və seçilmək hüququ əldə etməsi Cümhuriyyətin demokratik mahiyyətini açıq şəkildə göstərirdi.
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi hadisə kimi dəyərləndirərək bildirir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur.” Bu fikirlər Azərbaycan xalqının dövlətçilik tarixində oynadığı mühüm rolu və milli siyasi təfəkkürünün yüksək səviyyəsini bir daha təsdiqləyir.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, həmin dövrdə görülən işlər xalqımızın dövlət idarəçiliyi sahəsində böyük potensiala malik olduğunu göstərdi. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir.” Doğrudan da, həmin qısa müddətdə milli dövlətçilik prinsiplərinin formalaşdırılması, beynəlxalq əlaqələrin qurulması və müstəqil idarəçilik sisteminin yaradılması Azərbaycan tarixində mühüm mərhələ təşkil etdi.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsinə baxmayaraq, xalqımızın azadlıq arzusu heç vaxt sönmədi. Sovet dövründə belə milli dövlətçilik ideyaları xalqın yaddaşında yaşadı və gələcək müstəqilliyin ideoloji əsasına çevrildi. XX əsrin sonlarında SSRİ-nin dağılması nəticəsində Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim müstəqillik təcrübəmiz XX əsrin əvvəlində də olmuşdur. O vaxt Rusiya imperiyasının dağılması nəticəsində Azərbaycan müstəqillik əldə etdi, Azərbaycan Demokratik Respublikası yaradıldı.” Bu fikir göstərir ki, müasir Azərbaycan dövləti tarixi dövlətçilik ənənələrinə əsaslanır və Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi çıxış edir.
Müstəqilliyin ilk illərində ölkədə yaranmış ağır ictimai-siyasi böhran Azərbaycan dövlətçiliyini ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Lakin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik təmin olundu, dövlət müstəqilliyi qorundu və möhkəmləndirildi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan inkişaf yoluna qədəm qoydu, hüquqi dövlət quruculuğu prosesi genişləndirildi və milli dövlətçilik ənənələri daha da gücləndirildi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunması, işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq işlərinin aparılması və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması müstəqil dövlətimizin gücünü nümayiş etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu milli dövlətçilik ideyaları bu gün müasir Azərbaycan dövlətinin inkişaf strategiyasında uğurla davam etdirilir.
Xalqımız öz şərəfli tarixini, müstəqillik yolunda mübarizə aparan görkəmli şəxsiyyətlərini və dövlətçilik ənənələrini daim böyük ehtiramla yad edir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli qürur mənbəyimiz olmaqla yanaşı, gələcək nəsillərə vətənpərvərlik, dövlətçilik və müstəqillik ruhu aşılayan böyük tarixi məktəbdir.
 
Faiq Zərbalıyev,
Salyan rayon Peyk kənd tam orta ümumtəhsil məktəbin direktoru, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01