Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

“Fransa öz neokolonialist siyasətini Qafqaza daşımaq üçün Ermənistandan istifadə edir”

2026-05-13 11:27:22 8251 baxış
Xəbər şəkil

“Fransa öz neokolonialist siyasətini Qafqaza daşımaq üçün Ermənistandan istifadə edir”

“Prezident İlham Əliyevin Zəngilana səfəri zamanı səsləndirdiyi fikirlər regionda formalaşan yeni siyasi reallığın, beynəlxalq münasibətlər sistemində baş verən ikili standartların və Azərbaycanın yaratdığı yeni geosiyasi düzənin strateji yol xəritəsidir”. Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu uzun illər ərzində münaqişənin həlli üçün yaradılmış mexanizm kimi təqdim olunsa da, faktiki olaraq işğalın uzadılmasına xidmət edən siyasi alətə çevrilmişdi: "ABŞ, Rusiya və Fransa kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri beynəlxalq hüququn qarantı olmaq əvəzinə, həmin hüquqa maraqlar prizmasından yanaşdılar. Azərbaycan torpaqlarının işğalına dair BMT qətnamələri kağız üzərində qaldı.

Prezident İlham Əliyev illərlə sözügedən riyakarlığı açıq şəkildə ifşa etdi. Həmsədrlərin birtərəfli yanaşmasını, ikili standart siyasətini beynəlxalq tribunalardan sərt şəkildə tənqid etdi. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan diplomatik baxımdan tarixi nöqtəni qoydu. Həmsədrlərə sübut olundu ki, Azərbaycan öz taleyini özü həll edib.

30 il ərzində bölgəyə “vasitəçi” adı ilə səfər edənlər münaqişənin davam etməsində maraqlı idilər. Xüsusi nümayəndə Anji Kasprşik və digərləri üçün bu proses yüksək maaşlı diplomatik komfort zonasına çevrilmişdi. Onlar “münaqişənin hərbi həlli yoxdur” deyərək Azərbaycanı təslimçi sülhə məcbur etməyə çalışırdılar. Hətta elə bir həddə çatmışdılar ki, “Şimali Qarabağ” kimi təhlükəli terminləri dövriyyəyə buraxırdılar. Azərbaycanın şəhərləri dağıdılır, sərvətləri talan edilir, qanunsuz məskunlaşma aparılırdı, amma bütün bunlara göz yumulurdu".

Deputat qeyd edib ki, Azərbaycan tarixi Zəfəri ilə öz ərazi bütövlüyünü təmin etdi, BMT qətnamələrini özü icra etdi: "ATƏT-in Minsk qrupu diplomatik rüsvayçılığın, ikili standartların və müstəmləkə təfəkkürünün simvolu kimi tarixə düşdü.

Ermənistanın bugünkü vəziyyəti də göstərir ki, həmin ölkə müstəqil dövlətçilik iradəsinə malik deyil. Tarix boyu daim hansısa güc mərkəzinin himayəsində mövcud olmağa çalışan Ermənistan əvvəl Rusiyanın təsiri altında idi, indi də Fransanın siyasi alətinə çevrilib. Fransa öz neokolonialist siyasətini Qafqaza daşımaq üçün Ermənistandan istifadə edir. Bu gün Afrikada ifşa olunan siyasətin oxşarını Cənubi Qafqazda tətbiq etmək niyyətindədirlər.

Fransa Prezidenti Emmanuel Makronun regionla bağlı davranışları da adıçəkilən siyasətin tərkib hissəsidir. Cənab Prezidentin də vurğuladığı kimi, bu gün Ermənistanda özünü “qəhrəman” kimi göstərməyə çalışan xarici liderlər 2020-ci ildə də hakimiyyətdə idilər. Əgər doğrudan da Ermənistanı qorumaq istəyirdilərsə, gəlib meydanda dayanardılar. Amma reallıq göstərdi ki, Azərbaycanın qarşısında heç bir siyasi şou dayana bilməz.

Makronun Fransadakı nüfuzunun sürətlə aşağı düşməsi də onun siyasətinin uğursuzluğunu göstərir. Regionda revanşizmi təşviq etmək, Azərbaycana təzyiq göstərmək cəhdləri nəticəsiz qalır. Türkiyə üzərindən Ermənistana keçməklə guya siyasi mesaj vermək planı da baş tutmadı. Dövlət başçısı İlham Əliyev və Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bir daha göstərdilər ki, regionun siyasi gündəliyini Bakı və Ankara müəyyənləşdirir.

Azərbaycanla Ermənistan arasında sülh prosesinin təşəbbüskarı Azərbaycandır. Ermənistan müxtəlif seminarlar, konfranslar və imitasiya xarakterli tədbirlərlə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır. Əgər həqiqətən sülh istəyirlərsə, o zaman Ermənistan ərazisində Aİ missiyasının saxlanılması nə ilə izah olunur? Bu missiya bölgədə etimad yaratmır, əksinə, yeni gərginlik riskləri formalaşdırır. Bunun arxasında həm səlibçi düşüncəsi, həm də neokolonial maraqlar dayanır".

Günay Ağamalı deyib ki, Azərbaycan öz təhlükəsizliyini qorumağa qadirdir: "Əgər Ermənistanda revanşist qüvvələr yenidən baş qaldırarsa və ölkəmizə qarşı hər hansı təxribat baş verərsə, Azərbaycan dövlətimizin suveren hüququna əsaslanaraq bütün qabaqlayıcı tədbirləri görəcək.

2020-ci ildə qazanılan Zəfərlə ölkə başçımız Cənab İlham Əliyev Qarabağ məsələsi üzərindən onilliklər boyu regionu idarə etməyə çalışan qüvvələri məğlub etdi. Ulu Öndər Heydər Əliyevə qarşı vaxtilə həyata keçirilən siyasi planların davamı olan oyunlar tamamilə iflasa uğradı.

44 günlük müharibə ilə Qafqazda 200 illik ədalətsiz status-kvo dağıdıldı. Buna görə də Azərbaycan Zəfərinin tarixi və siyasi əhəmiyyəti olduqca yüksəkdir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri Zəfərimizin nəticəsidir. Zəngilanda, Şuşada, Füzulidə, Cəbrayılda, Laçında və bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr yeni həyatın başlanğıcıdır. İnsanlar öz doğma torpaqlarına qayıdır, məktəblər, xəstəxanalar, yollar, hava limanları tikilir. Dövlət başçımızın rəhbərliyi ilə ruhumuzu qaytarmışıq. Cənab Prezidentin şəhid ailələri və sakinlərlə səmimi söhbətləri göstərir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır".

Deputat vurğulayıb ki, eyni zamanda işğal dövründə törədilən urbisid, ekosid və kultursid cinayətləri də daim gündəmdə saxlanılmalıdır: "Viran edilmiş şəhərlər, dağıdılmış məscidlər, təhqir olunmuş qəbiristanlıqlar, məhv edilmiş meşələr Ermənistanın işğal siyasətinin mahiyyətini açıq göstərir. Azərbaycan bu həqiqətləri beynəlxalq platformalarda ardıcıl şəkildə təqdim etməyə davam edir.

WUF13 çərçivəsində görülən hazırlıq işləri də Azərbaycanın artıq postmünaqişə dövründə necə böyük beynəlxalq platformaya çevrildiyini göstərir. WUF13 Azərbaycanın şəhərsalma, dayanıqlı inkişaf və müasir idarəetmə sahəsində dünyaya təqdim etdiyi modelin nümayişidir.

Dünyanın müxtəlif bölgələrində qarşıdurmaların miqyası genişlənir. İran–İsrail–ABŞ xəttində artan gərginlik, Hörmüz boğazı ətrafında yaranan risklər dünya iqtisadiyyatına və ərzaq bazarlarına ciddi təsir göstərir. Dünya neftinin mühüm hissəsinin keçdiyi həmin marşrutun təhlükə altında olması qiymət artımını qaçılmaz edir. Belə mürəkkəb və qeyri-sabit beynəlxalq şəraitdə Azərbaycandakı sabitlik xüsusi önəm daşıyır. Sözügedən sabitliyin əsasında güclü dövlət idarəçiliyi, milli birlik və Prezident İlham Əliyevin qətiyyətli, praqmatik və uzaqgörən siyasəti dayanır”.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01