Qarabağ üçün tarixin yeni səhifəsi açılır!
2020-ci il 27 sentyabr tarixində erməni qəsibkarlarının növbəti həmləsi ilə qızışan düşmən tərəfinin hücumları ilə başlayan və 44 gün davam edən “Vətən Müharibəsi”, başda dünyanı zəkası və bacarığı ilə məftun edən Ali Baş Komandanımız İlham Əliyev olmaqla Azərbaycanın Şanlı, Müzəffər ordusu tərəfindən hərb yolu ilə geri qaytarıldı. Haqq ədalət öz yerini tapdı. Yağı düşməndən qisasımız alındı. Öz dədə-baba yurdlarından məcburi köçkün düşmüş insanların ürəyinə su sərpildi, həmin torpaq uğrunda şəhid olan qardaşlarımızın ruhu şad oldu. Düzdür, düşmən onun olmayan torpağın qayğısına niyə qalsın ki? Onlar dilbər guşəmizi bərbad hala salmaqla ekologiyamıza və təbii sərvətlərimizə misli görünməmiş qəsdlər etmişdir. Görünən odur ki, 30 il müddətində hər an bu yerlərin həqiqi sakinlərinin, torpağın öz sahiblərinin qayıdacaqlarını düşünüb. Qorxaq düşmən gözəl Qarabağımızın bütün incəsənət, memarlıq, təhsil, tibb ocaqlarını, fərdi evlərini sadəcə məhv etmişdir.
Əziz xalqım, artıq Vətən bizi gözləyir!, 30 illik həsrət bitmişdir. Hər bir vətəndaş Qarabağın çiçəklənməsində yaxından iştirak etməlidir. İşğaldan azad edilmiş ərazilərdə iri layihələr həyata keçirilməkdədir. Həmin ərazilərin minalardan təmizlənməsi uğurla davam etdirilir. Minalardan təmizlənilən ərazilərdə növbəliliklə yol və digər infrastruktur layihələri həyata keçirilir. Ərazilərin elektrik enerjisi ilə təmin edilməsi, rabitə xəttlərinin çəkilişi sürətlə davam etdirilir. Həyata keçirilən “Ağıllı kənd” layihələri kənd təsərrüfatının inkişaf etdirilməsi və canlandırılmasına dəstək layihəsi kimi nəzərdə tutulur. İnsanlarımızın tezliklə işğaldan azad edilmiş ərazilərdə yerləşdirilməsi istiqamətində nəzərdə tutulan bütün layihə və planlar Qarabağımızı öz əvvəlki gözəlliyinə və əzəmətinə qaytaracaqdır. 2021-ci il bu proseslər üçün əsas il sayılır. Bu gedişlə inanırıq ki, çox qısa müddətdə Qarabağ regionun incisinə və sülhün simvoluna çevriləcəkdir. Qarabağ Azərbaycandır!
Səadət Əsgərova
Neftçala rayon sakini.
Səmil Şahlaroğlu
KANAL4.AZ