Xəbər lenti
Energetik içkilər səhhətimizə belə təsir edir - Qanunun sərtliyi qaçılmazdır
2026-04-21 18:19:04
4760 baxış
Xəbər verdiyimiz kimi, Ombudsman energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışı ilə bağlı bir sıra təkliflər irəli sürüb. Ombudsman Aparatının məlumatına görə, son illər Azərbaycanda energetik içkilərin istehlakı artıb. Aparılan monitorinqlər göstərib ki, bu içkilər yetkinlik yaşına çatmayanlar arasında geniş yayılıb və satış zamanı yaş məhdudiyyətinə kifayət qədər nəzarət olunmur. Bildirilib ki, xüsusilə vendinq aparatları və pərakəndə satış məntəqələrində yaşa nəzarət mexanizmləri demək olar tətbiq edilmir.
Ombudsman cərimələrin artırılması, vendinq aparatlarında yaş identifikasiyası sisteminin tətbiqi və ya satışın məhdudlaşdırılması, reklam qaydalarının sərtləşdirilməsi, həmçinin sağlamlıq riskləri ilə bağlı xəbərdarlıqların məcburi edilməsi kimi tədbirlər təklif edib.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı AZXEBER.COM-a açıqlamasında bildirib ki,bu təşəbbüs cəmiyyətin sağlam gələcəyinə yönəlmiş olduqca önəmli addımdır:

"Ombudsmanın uşaqlara energetik içkilərin satışına görə cərimələrin artırılması təşəbbüsü cəmiyyətin sağlam gələcəyinə yönəlmiş olduqca önəmli təklifdir. Sağlam nəslin formalaşması və sağlam mühitin təmin olunması istiqamətində atılan mühüm addım kimi dəyişdirilməlidir. Energetik içkilərin uşaqların psixoloji və fiziki sağlamlıqlarına ciddi risklər yaradır. Yuxu pozuntuları, diqqət yayınılıqlığı, ürək-damar problemləri ortaya çıxır”.
O deyib ki, qanunun sərtliyi qaçılmazdır:
"Cərimələrin artırılması ilk növbədə bu tip məhsulların satışını həyata keçirən sahibkarları uşaqlara satışdan çəkindirmək üçün ciddi mexanizm rolunu oynayacaq. Qanunun sərtliyi qaçılmazdır. Cərimə tətbiq olunduğu halda məsuliyyətsiz satış hallarının qarşısı nisbətən alınacaq. Amma bu kifayət deyil. Təbbi ki, valideynlər də sözügedən məsələyə kifayət qədər həssas yanaşmalıdırlar. Bu cür qanununların qüvvəyə minməsi cəmiyyətdə sağlam həyat tərzinin təşviqinə xidmət edir. Uşaqların inkişaf mərhələsindəki dönəmdə yanlış vərdişlərin formalaşmasının qarşısını almaq hər kəsin üzərinə düşən ciddi məsuliyyətdir. Sağlam gələcək naminə atılan bugünkü hər bir addım sabahın güclü cəmiyyətini formalaşdırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib