Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Azərbaycanın gücü və diplomatik iradəsi

2026-03-15 22:06:19 4805 baxış
Xəbər şəkil

Müasir dünyada qlobal təhlükəsizlik, sabitlik və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə olunduğu nüfuzlu platformalardan biri də Bakıda keçirilən Qlobal Bakı Forumudur. Bu mötəbər beynəlxalq tədbir müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrini, tanınmış siyasətçiləri, diplomatları, ekspertləri və ictimai xadimləri bir araya gətirərək qlobal problemlərin müzakirəsinə geniş imkan yaradır. Dünyada baş verən mürəkkəb geosiyasi proseslər, beynəlxalq münasibətlər sistemində yaranan yeni çağırışlar və münaqişələrin həlli yolları kimi aktual mövzuların müzakirə edildiyi bu forum qlobal dialoq və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Bakının ev sahibliyi etdiyi və artıq ənənə halını almış bu forum beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Forum çərçivəsində müxtəlif ölkələrdən olan siyasi liderlər, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu ictimai xadimlər bir araya gələrək dünya gündəliyində duran əsas məsələlər ətrafında fikir mübadiləsi aparır, yeni təşəbbüslər və yanaşmalar irəli sürürlər. Bu baxımdan forum beynəlxalq dialoqun gücləndirilməsinə və qlobal problemlərin həllinə töhfə verən mühüm platformalardan biri kimi qəbul olunur.
Bu mötəbər tədbirin təşkilində xüsusi rol oynayan qurumlardan biri də Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir. Mərkəz qısa müddət ərzində beynəlxalq miqyasda böyük nüfuz qazanaraq qlobal problemlərin müzakirə olunduğu platformaların formalaşmasına mühüm töhfə vermişdir. Onun təşəbbüsü ilə keçirilən Qlobal Bakı Forumları artıq dünya miqyasında diqqətlə izlənilən və mühüm siyasi platformalardan biri kimi qəbul olunan tədbirlər sırasına daxil olmuşdur.
2026-cı il martın 12-də keçirilən XIII Qlobal Bakı Forumu də bu baxımdan xüsusi əhəmiyyət kəsb etmişdir. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan forum beynəlxalq münasibətlər sistemində yaranan yeni çağırışların müzakirəsi baxımından mühüm platforma olmuşdur. Dünyanın müxtəlif ölkələrindən gəlmiş dövlət və hökumət nümayəndələri, parlament rəhbərləri, diplomatlar, tanınmış siyasətçilər və ekspertlər burada qlobal təhlükəsizlik, sülh, sabitlik və əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparmışlar.
Forumda Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev də iştirak edərək geniş məzmunlu çıxış etmişdir. Dövlət başçısı çıxışında forumun beynəlxalq əhəmiyyətini xüsusi qeyd etmiş, bu platformanın qlobal problemlərin müzakirəsində mühüm rol oynadığını vurğulamışdır. Prezident bildirmişdir ki, bu gün Qlobal Bakı Forumu artıq dünya miqyasında böyük nüfuza malik beynəlxalq tədbirlərdən birinə çevrilmişdir. Dövlət başçısı forum iştirakçılarını salamlayaraq bildirmişdir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa müddət ərzində geniş fəaliyyət sahəsi olan və beynəlxalq nüfuz qazanan aparıcı qurumlardan birinə çevrilmişdir. Prezident İlham Əliyev Mərkəzin fəaliyyətini daim diqqətlə izlədiyini qeyd edərək vurğulamışdır ki, bir forumdan digərinə keçdikcə qurumun fəaliyyəti daha da genişlənir, beynəlxalq əlaqələr möhkəmlənir və qlobal problemlərin həllinə yeni yanaşmalar formalaşır.
Dövlət başçısı çıxışında Qlobal Bakı Forumunun beynəlxalq səviyyəli mühüm tədbir olduğunu vurğulayaraq qeyd etmişdir ki, burada dünyanın müxtəlif ölkələrindən olan prezidentlər, baş nazirlər, parlament sədrləri, diplomatlar, tanınmış ictimai xadimlər və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələrək fikir mübadiləsi aparırlar. Onların təcrübə və biliklərinin paylaşılması isə xalqların həyatını daha təhlükəsiz və daha sabit etmək baxımından böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında həmçinin vurğulamışdır ki, müasir dövrdə təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində əsas prioritetlərdən biridir. Çünki təhlükəsizlik təmin olunmadan digər inkişaf istiqamətlərinin həyata keçirilməsi mümkün deyil. Son illərdə dünyada baş verən hadisələr bir daha göstərir ki, uzun illər ərzində böyük səylərlə qurulmuş inkişaf modelləri belə təhlükəsizlik riskləri qarşısında ciddi sınaqlarla üzləşə bilir.
Dövlət başçısının bu fikirləri Azərbaycanın da keçdiyi tarixi yolun reallıqları fonunda xüsusi məna kəsb edir. Uzun illər ərzində ölkəmizin ərazilərinin bir hissəsi işğal altında qalmış, beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulmuşdur. Buna baxmayaraq, Azərbaycan daim münaqişənin sülh yolu ilə həllinə üstünlük vermiş, beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan danışıqlarda konstruktiv mövqe nümayiş etdirmişdir.
Lakin illərlə davam edən danışıqlar prosesinin nəticəsiz qalması və beynəlxalq hüququn tələblərinin yerinə yetirilməməsi Azərbaycanı öz suveren hüquqlarını təmin etmək üçün qətiyyətli addımlar atmağa məcbur etmişdir. Azərbaycan xalqı və dövləti heç vaxt torpaqlarının işğalı ilə barışmamış, ərazi bütövlüyünün bərpasını özünün əsas milli məqsədi kimi müəyyən etmişdir. Prezident İlham Əliyevin forumdakı çıxışında da bu məqam xüsusi vurğulanmışdır. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edərək beynəlxalq hüququ bərpa etmişdir. Bu proses Azərbaycanın siyasi iradəsi, güclü dövlət siyasəti və xalqın birliyi nəticəsində mümkün olmuşdur.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın mövqeyini qısa və konkret şəkildə belə ifadə etmişdir: Azərbaycan işğal olunmuş ərazilərini güc vasitəsilə azad etmiş, lakin regionda sülhün təmin olunması üçün siyasi dialoq və diplomatik yanaşmanı əsas prioritet kimi müəyyən etmişdir. Başqa sözlə, ölkəmiz hərbi yolla öz ərazi bütövlüyünü bərpa etsə də, sülhə nail olmaq üçün siyasi yolları əsas vasitə kimi seçmişdir. Bu yanaşma Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqların əsas mahiyyətini əks etdirir. Çünki Azərbaycanın məqsədi yalnız torpaqlarını işğaldan azad etmək deyil, eyni zamanda bölgədə uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin olunmasına nail olmaqdır.
Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi bu fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu prinsipial mövqeyi bir daha nümayiş etdirir. Azərbaycan güc yolu ilə ədaləti bərpa etməklə yanaşı, regionda sülhün və əməkdaşlığın bərqərar olması üçün siyasi dialoqa və qarşılıqlı anlaşmaya üstünlük verən dövlət kimi çıxış edir.
Bu yanaşma həm də göstərir ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində yalnız öz milli maraqlarını qorumaqla kifayətlənmir, eyni zamanda regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına da mühüm töhfə verir. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan regionda yeni inkişaf mərhələsinin əsas təşəbbüskarlarından biri kimi çıxış edir.

Sahib Həsənov, 
Salyan rayonu, tarixçi-tədqiqatçı, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01