Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Uğurlu enerji diplomatiyası Azərbaycanın beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirir

2026-03-05 17:53:20 22916 baxış
Xəbər şəkil

Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatında, əməkdaşlığın coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayan tədbirlərdən biri də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantılarıdır. Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasındakı çıxışı dəyişən dünyanın enerji xəritəsində Azərbaycanın yerini, çəkisini və iradəsini nümayiş etdirən strateji baxış idi. Bu, həm də mürəkkəb geosiyasi şəraitdə praqmatik siyasətin, uzunmüddətli planlamanın və tərəfdaşlığa sadiqliyin təqdimatı idi.
Bu gün Cənub Qaz Dəhlizi artıq təkcə iqtisadi layihə deyil, həm də siyasi sabitlik və enerji təhlükəsizliyi platformasıdır. Prezident İlham Əliyevin də söylədiyi kimi, “layihə iştirakçı ölkələr arasında qarşılıqlı etimad və uzunmüddətli əməkdaşlıq modelini formalaşdırıb. Xüsusilə son 12 ildə müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin fonunda Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilib”.
Artıq Azərbaycan 12 ölkəyə qaz tədarük edir və dövlət başçımızın da qeyd etdiyi kimi, Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Bu gün ölkəmiz ənənəvi karbohidrogen ixracatçısı olmaqla yanaşı, bərpa olunan enerji potensialını da sürətlə inkişaf etdirir. Xəzər dənizinin külək enerjisi imkanları, günəş enerjisi layihələri və regional “yaşıl enerji dəhlizi” təşəbbüsləri bu strategiyanın əsas sütunlarıdır.
Bu kontekstdə cənab Prezident həmçinin yaşıl keçidin timsalında enerji strategiyasına da diqqət çəkdi. Rəsmi Bakı COP29-da bəyan etdiyi mövqeyinə sadiqdir.
Azərbaycan keçid dövründə ənənəvi enerji ilə paralel olaraq yaşıl enerjiyə sərmayələrin artırıldığını bəyan edir. Bu, qlobal enerji transformasiyası kontekstində ən uğurlu model kimi qəbul olunur. Təsadüfi deyil ki, Azərbaycan 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisi əldə etməyi gözləyir.
Ümumiyyətlə, uğurlu enerji diplomatiyası Azərbaycanın beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirir. Xüsusilə Amerika Birləşmiş Ştatlarının Azərbaycanın strateji tərəfdaşı kimi çıxış etməsi qarşıdakı planların gerçəkləşməsinə əlavə təkan verir. İşğaldan azad olunmuş ərazilərdə 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemə qoşulub. Əsas hədəf isə bunu 2–3 ilə təqribən ikiqat artırmaqdır.
Cənab Prezident toplantıda çıxışı zamanı maliyyələşmə və yeni layihələrə sərmayə qoyuluşunun vacibliyini xüsusi qeyd etdi. Enerji infrastrukturunun genişləndirilməsi, qaz nəqli güclərinin artırılması və yaşıl layihələr üçün maliyyə mexanizmlərinin yaradılması Azərbaycanın gələcək onilliklər üçün strateji planlamaya üstünlük verdiyini göstərir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri enerji siyasətinə praqmatik yanaşmadır. Qazıntı yanacaqları ilə bərpaolunan enerji mənbələrinin balanslı vəhdəti Azərbaycanın uzunmüddətli iqtisadi maraqlarına cavab verir. Ölkənin qaz ehtiyatlarının onilliklər boyu kifayət etməsinə baxmayaraq, paralel şəkildə yaşıl enerji sahəsinə milyardlarla investisiya yatırılması iqtisadi diversifikasiyanın və gələcək risklərin idarə edilməsinin göstəricisidir. Beləliklə, Bakıda keçirilən iclaslar göstərdi ki, Azərbaycan enerji bazarında təkcə təchizatçı deyil, həm də strateji planlaşdırıcı və investisiya mərkəzidir. Şaxələndirilmiş ixrac, genişlənən infrastruktur, artan bərpaolunan enerji gücü və beynəlxalq tərəfdaşlıqlar ölkənin enerji təhlükəsizliyini iqtisadi dayanıqlılıq və qlobal təsir imkanları ilə birləşdirən kompleks model formalaşdırdığını göstərir. Bu model yaxın illərdə Azərbaycanın regional və qlobal enerji arxitekturasındakı mövqeyini daha da gücləndirəcəkdir.
Azərbaycanın enerji diplomatiyasının ən böyük iqtisadi nəticəsi özünü ixrac coğrafiyasının sürətli genişlənməsində göstərir. Hazırda boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə Azərbaycanın dünyada ön sıralarda olması təsadüfi deyil. Bu, gəlirlərin sabitləşməsi və geosiyasi risklərin minimuma endirilməsi deməkdir. Göründüyü kimi, Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaq üçün həm siyasi iradəyə, həm də unikal təbii-intellektual potensiala malikdir.

Nazənin İsmayılova,
Salyan rayon Sarvan kənd tam orta ümumtəhsil məktəbin direktoru, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01