Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Cənub Qaz Dəhlizi və Yaşıl Enerji gündəliyi: Azərbaycanın enerji strategiyasında yeni mərhələ

2026-03-05 17:05:20 4403 baxış
Xəbər şəkil

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin tədbirdəki çıxışı bir daha göstərdi ki, ölkəmiz yalnız enerji resurslarına malik dövlət deyil, eyni zamanda regional və qlobal enerji təhlükəsizliyinin formalaşmasında mühüm rol oynayan etibarlı tərəfdaşdır.
Cənub Qaz Dəhlizi artıq özünü strateji layihə kimi tam doğruldub. Bu nəhəng enerji infrastrukturu Avropanın enerji xəritəsini dəyişdirən təşəbbüslərdən biri olmaqla yanaşı, Azərbaycanı qlobal enerji sistemində mühüm aktora çevirib. Prezident İlham Əliyev çıxışında layihənin uğurla icrasının arxasında güclü siyasi iradənin, beynəlxalq əməkdaşlığın və uzunmüddətli strateji baxışın dayandığını vurğuladı. Dövlət başçısı xüsusi olaraq qeyd etdi ki, qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Bu məsələ yalnız ixrac bazarlarının genişləndirilməsi deyil, həm də enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm strateji hədəfdir. 
Son illərdə qlobal enerji bazarlarında baş verən dəyişikliklər göstərdi ki, enerji resurslarının mənbə və marşrut baxımından şaxələndirilməsi dövlətlərin iqtisadi sabitliyinin əsas təminatlarından biridir. Azərbaycan isə həm yeni bazarlara çıxış imkanlarını genişləndirməklə, həm də mövcud infrastrukturun gücləndirilməsi ilə bu istiqamətdə ardıcıl siyasət yürüdür.
Cənub Qaz Dəhlizi vasitəsilə təbii qazın müxtəlif Avropa ölkələrinə çatdırılması ölkəmizin enerji ixracı coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə real töhfə verir. Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Azərbaycan hər zaman üzərinə götürdüyü öhdəliklərə sadiq qalıb və etibarlı təchizatçı kimi mövqeyini daha da möhkəmləndirib.
Çıxışda diqqət çəkən mühüm məqamlardan biri də beynəlxalq tərəfdaşlıq məsələsi oldu. Prezident İlham Əliyev qeyd etdi ki, dünyanın ən qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaş kimi çıxış etməsi Azərbaycanın enerji planlarının reallaşmasını daha da real və dayanıqlı edir. ABŞ ilə enerji sahəsində əməkdaşlıq uzun illərə dayanır və bu tərəfdaşlıq xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin təşəkkülündə mühüm rol oynayıb. Strateji dialoq, siyasi dəstək və iqtisadi əməkdaşlıq Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin beynəlxalq miqyasda qəbul olunmasına və dəstəklənməsinə mühüm təsir göstərib. Bu gün qlobal enerji keçidi dövründə Azərbaycan həm ənənəvi enerji resursları, həm də bərpaolunan enerji sahəsində yeni təşəbbüslərlə çıxış edir. ABŞ kimi güclü tərəfdaşın mövcudluğu isə bu planların reallaşmasını sürətləndirən mühüm amildir.
Tədbir çərçivəsində keçirilən Yaşıl Enerji Məşvərət Şurasının iclası göstərdi ki, Azərbaycan yalnız qaz ixrac edən ölkə kimi deyil, həm də enerji keçidinin fəal iştirakçısı kimi çıxış edir. Prezident İlham Əliyev ölkəmizin bərpaolunan enerji potensialının böyük olduğunu, xüsusilə külək və günəş enerjisi sahəsində ciddi imkanların mövcudluğunu diqqətə çatdırdı.
Azərbaycanın “yaşıl enerji” strategiyası həm daxili enerji balansının optimallaşdırılmasına, həm də ixrac imkanlarının genişləndirilməsinə xidmət edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan olunması bu siyasətin praktiki nəticəsidir. Bu təşəbbüslər ölkəmizin enerji siyasətini daha çevik və gələcəyə yönəlmiş edir. Enerji təhlükəsizliyi artıq təkcə resurs bolluğu ilə deyil, həm də dayanıqlılıq, texnoloji yenilik və ekoloji məsuliyyətlə ölçülür. Azərbaycan isə bu yeni çağırışlara uyğun olaraq öz enerji strategiyasını modernləşdirir və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində uzunmüddətli hədəflər müəyyənləşdirir.
Prezident İlham Əliyevin çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan enerji diplomatiyasını uğurla həyata keçirən ölkədir. Cənub Qaz Dəhlizi təkcə iqtisadi layihə deyil, həm də geosiyasi əhəmiyyətə malik təşəbbüsdür. Bu layihə ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regional əməkdaşlığı möhkəmləndirir və Avrasiya məkanında enerji təhlükəsizliyinə mühüm töhfə verir. Eyni zamanda yaşıl enerji təşəbbüsləri Azərbaycanın gələcəyə hesablanmış siyasətinin göstəricisidir. Ənənəvi enerji resurslarının səmərəli istifadəsi ilə yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafı ölkəmizi yeni enerji dövrünə hazırlayır.
Beləliklə, Bakıda keçirilən Məşvərət Şurasının iclasları bir daha təsdiq etdi ki, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaş, təşəbbüskar dövlət və strateji baxışa malik ölkədir. Qaz təchizatının şaxələndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yaşıl enerji gündəliyinin həyata keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafına xidmət edən əsas prioritetlər kimi müəyyən edilmişdir. Bu siyasət Azərbaycanın həm regionda, həm də qlobal miqyasda enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunu daha da möhkəmləndirir və ölkəmizi gələcəyin enerji xəritəsində mühüm mövqedə saxlayır.

Aysel Hüseynova, 
YAP Salyan rayon təşkilatının gənc fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01