Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Şəmkirdə 2025-ci ildə görülmüş işlərin hesabatı verildi

2026-01-30 23:28:35 5976 baxış
Xəbər şəkil

Şəmkirdə 2025-ci ilin yekunlarına həsr olunmuş geniş hesabat tədbiri təşkil olunub. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev, Milli Məclisin deputatı Nurlan Həsənov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Şəmkir şəhərində yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin akt zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də respublikamızın azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev 2025-ci ildə görülmüş işlərə dair geniş təqdimatla çıxış edib. Hesabat ili ərzində daxil olmuş vətəndaş müraciətlərindən bəhs edən icra başçısı bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaşların müraciətləri, qaldırdıqları məsələlər daim diqqət mərkəzində saxlanılıb, həlli istiqamətində tədbirlər görülüb.
Post-müharibə dövründə şəhid ailələri, müharibə əlilləri və veteranlarının problemlərinin həllinin, onların sosial, maddi-məişət şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun təmin olunmasının RİH-in fəaliyyətində prioritet təşkil etdiyini bildirən Rəşad Tağıyev 2025-ci ildə bu sahədə görülmüş işlər barədə məlumat verib, statistik göstəriciləri təqdim edib.
Sosial sifarişlərin toplanması, onların həlli istiqətində görülmüş tədbirlərdən bəhs edən RİH başçısı vurğulayıb ki, hazırda Şəmkir şəhərində çoxmərtəbəli yaşayış binalarından ibarət kompleksin tikintisi üzrə müvafiq dövlət qurumu tərəfindən layihələndirmə işləri aparılır. İl ərzində tikintisinə başlanması nəzərdə tutulan layihənin Şəmkir sakinlərin mənzil problemlərinin həllinə ciddi töhfə verəcəyi gözlənilir.
RİH başçısı qeyd edib ki, 2025-ci ildə cənab Prezidentin müvafiq fərmanı əsasında 20 min nəfər əhalinin yaşadığı Şəmkir rayonunun 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə başlanıb. Ötən il həmçinin rayonun Kür qəsəbəsində ümumi əhalisi 1,4 milyon nəfər olan 2 şəhər və 9 rayonun əhalisinə xidmət göstərəcək Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasının açılışı baş tutub.
Sosial infrastukrun yaxşılaşdırılması, abadlıq-quruculuq istiqamətində görülmüş işlərdən bəhs edən Rəşad Tağıyev bildirib ki, ötən il Rayon İcra Hakimiyyəti tərəfindən Şəmkir şəhərinin 5 küçəsində ümumi uzunluğu 4 km olan avtomobil yollarında yeni asfalt örtüyü salınıb, 6,9 km yolda isə cari təmir işləri aparılıb. Həmçinin Şəmkirin tarixi mərkəzi də daxil olmaqla 9 küçədə və parklarda abadlıq-quruculuq işləri aparılıb, idman qurğuları, uşaq əyləncə meydançaları quraşdırılıb. Rayon ərazisində 237 yaşayış binasının dam örtükləri əsaslı təmir olunaraq dəyişdirilib. Tullantıların toplanması və daşınması, yaşıllıqlara və işıqlandırma vasitələrinə xidmət sahəsində fəaliyyət göstərən Şəmkir Kommunal Müəssisələr Kombinatının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl işlər görülüb, yeni nəqliyyat vasitələri və avadanlıqlar alınaraq istismara verilib, müəssisənin xidməti ərazisi genişləndirilərək Şəmkir şəhəri ilə yanaşı rayonun dörd qəsəbəsini də əhatə etməsi istiqamətində işlərə başlanılıb.
Hesabat ilində rayonun 2 məktəbinin əsaslı təmir və yenidən qurulmadan sonra istifadəyə verildiyini bildirən RİH başçısı qeyd edib ki, bununla yanaşı 10 məktəbdə və 5 bağçada cari, 1 bağçada isə əsaslı təmir işləri aparılıb.
Əhaliyə xidmət sektorunda çalışan müəssisələrin fəaliyyətindən bəhs edən Rəşad Tağıyev vurğulayıb ki, ötən il rayonun 18 yaşayış məntəqəsində elektrik təsərrüfatının yenidənqurulması aparılıb, rayonun 3 dağ kəndinə təbii qaz xəttinin çəkilməsi işləri davam etdirilib, su-meliorasiya, telekommunikasiya infrastrukturunun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görülüb.  
RİH başçısı Şəmkir rayonunun 2025-ci il üzrə makroiqtisadi göstəriciləri barədə məlumat verərkən bildirib ki, 2023 və 2024-cü illərdə kənd təsərrüfatı məhsulunun həcminə görə respublikada lider olan Şəmkirdə hesabat dövründə göstəricilər daha da yaxşılaşdırılıb və 2025-ci ilin yanvar-sentyabr ayları ərzində 781 milyon manatlıq kənd təsərrüfatı məhsuls istehsal edilib. Eyni zamanda ümumi məhsul buraxılışı, adambaşına düşən ÜMB həcmində, pərakəndə ticarət dövriyyəsində, nəqliyyat sektorunda sərinişin və yük daşımalarda nəzərə çarpacaq artımlar əldə olunub. Rəşad Tağıyev iqtisadiyyatın sənaye sektoruna xüsusilə toxunaraq cənab Prezident İlham Əliyevin “Qərb Sənaye Parkı”nın yaradılması ilə əlaqədar fərman imzaladığını, yaradılacaq parkın rayonda iqtisadiyyatın bütün sahələri kimi sənayenin də inkişafına, məşğulluq məsələlərinin həllinə əhəmiyyətli töhfə verəcəyini, bütün bunların ölkə rəhbərinin rayona göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu qeyd edib.
Rayon ərazisində qanunsuz tikintilərə qarşı mübarizə tədbirlərindən bəhs edən RİH başçısı bildirib ki, bu sahədə aidiyyəti dövlət qurumları ilə birlikdə fəaliyyət davam etdirilib, hesabat dövründə 33 qanunsuz tikinti obyekti sökülüb, eyni zamanda qanunvericiliyə uyğun digər tədbirlər görülüb. Həmçinin əhali ilə görüşlərdə bununla bağlı mütəmadi maarifləndirmə işləri aparılıb.
“Konstitusiya və suverenlik ili” çərçivəsində icra olunan tədbirlər planına diqqət çəkən Rəşad Tağıyev bildirib ki, il çərçivəsində çoxsaylı konfrans və seminarlar, ağacəkmə aksiyaları keçirilib, dövlət bayramları və digər əlamətdar günlər rayon ərazisində geniş qeyd olunub.
Təqdimatdan sonra RİH başçısı tədbir iştirakçılarının suallarını cavablandırıb.
Daha sonra çıxış edən Milli Məclisin üzvü Nurlan Həsənov 2025-ci ilin bütün respublikada olduğu kimi Şəmkir rayonunda da uğurlarla yadda qaldığını, RİH tərəfindən görülmüş işlərin vətəndaş məmnunluğunun təmin olunnmasında mühüm rol oynadığını bildirib.
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov görülmüş işləri yüksək qiymətləndirirək Rayon İcra Hakimiyyətinə təşəkkür ediblər.
Daha sonra Şəmkir rayon prokurorunun müavini Anar Haqverdiyev, Şəmkir Mərkəzi Xəstəxanasının direktoru Samir Namazov 2025-ci ildə müvafiq sahələrdə görülmüş işlərə dair məruzə ediblər.
Yekunda çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2025-ci ildə bütün sahələrdə mühüm nailiyyətlər əldə olunduğunu, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini vurğulayıb, o cümlədən qarşıda duran vəzifələrdən bəhs edib.
Daha sonra Şəmkir rayon ictimaiyyəti adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.
Sonda 2025-ci ildə keçirilmiş tədbirlərdə göstərdikləri fəallığa görə bir qrup şəxs RİH başçısının fəxri fərmanlarla təltif olunub.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01