Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Ölkəmizin gələcək inkişafına daha bir güclü töhfə

2026-01-10 16:49:11 348 baxış
Xəbər şəkil

8 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın enerji siyasətində mühüm mərhələ kimi yadda qaldı. Bu hadisə ölkəmizin bərpa olunan enerji mənbələrinin inkişafına verdiyi strateji önəmin, eləcə də ekoloji dayanıqlığa və enerji təhlükəsizliyinə yönəlmiş ardıcıl siyasətin bariz nümunəsi oldu. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən bu layihə Azərbaycanın “yaşıl enerji” kursunun real nəticələr verdiyini nümayiş etdirməklə yanaşı, regionda müasir və innovativ enerji istehsalının genişlənməsinə yeni imkanlar açdı.
Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və davamlı inkişafı son illərdə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində ölkənin enerji infrastrukturu köklü şəkildə yenilənmiş, generasiya gücləri, iri yarımstansiyalar və ötürücü xətlər müasir standartlara uyğunlaşdırılmışdır. Son 20 il ərzində yaradılan yeni generasiya gücləri əvvəlki dövrlərlə müqayisədə təxminən üç dəfə artmış, ümumi generasiya gücü 10 min meqavata çataraq tarixi rekord səviyyəyə yüksəlmişdir. Eyni zamanda, qarşıdakı illərdə bərpa olunan enerji sahəsində nəzərdə tutulan çoxsaylı layihələr bu göstəricinin daha da artacağını deməyə əsas verir. Bu isə Azərbaycana həm artan daxili tələbatı etibarlı şəkildə təmin etmək, həm də elektrik enerjisi ixracını genişləndirmək imkanı yaradacaq. 
Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün ənənəvi və bərpa olunan enerji mənbələrinin paralel inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu yanaşmanın uğurlu nəticələri artıq özünü göstərir. Keçən il Mingəçevirdə istismara verilmiş, təxminən 2000 meqavat gücündə olan ənənəvi elektrik stansiyası Azərbaycanın enerji təminatını daha da gücləndirmişdir. Bununla yanaşı, bərpa olunan enerji sahəsində də mühüm addımlar atılmışdır. Bu yaxınlarda 230 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası isə fəaliyyətə başlamışdır. İşğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda hazırda ümumi gücü 340 meqavat olan üç Günəş Elektrik Stansiyasının inşası davam edir.
 Bütün bu layihələr Azərbaycanın enerji strategiyasının uzunmüddətli və balanslı xarakter daşıdığını, ölkəmizin həm enerji təhlükəsizliyini, həm də “yaşıl enerji” hədəflərini uğurla reallaşdırdığını aydın şəkildə nümayiş etdirir.  həyata keçirilmiş və planlaşdırılan layihələr göstərir ki, Azərbaycanın bərpa olunan enerji sahəsində inkişaf strategiyası ardıcıl, sistemli və uzunmüddətli xarakter daşıyır. Artan külək, Günəş və su elektrik potensialının səmərəli istifadəsi üçün müasir enerji saxlanma infrastrukturunun yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, ölkəmizdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sisteminin qurulması enerji təhlükəsizliyinin və dayanıqlığının təmin edilməsində mühüm addımdır. 250 meqavat gücündə ilk layihənin icrası ilə yanaşı, gələcəkdə bu sahədə xarici investorların da cəlb edilməsi Azərbaycanın açıq və çevik enerji siyasətinin göstəricisidir. 2030-2032-ci illəri əhatə edən dövrdə 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının inşası, eləcə də su elektrik stansiyalarının potensialının artırılması ölkənin ümumi generasiya imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcəkdir. 
Qarabağ və Şərqi Zəngəzurda inşa edilən onlarla kiçik su elektrik stansiyası, eləcə də azad edilmiş ərazilərdə nəzərdə tutulan yeni layihələr Azərbaycanın enerji xəritəsini köklü şəkildə dəyişir. Vahid enerji şəbəkəsinin formalaşdırılması istehsal olunan enerjinin ölkə üzrə çevik və etibarlı paylanmasını təmin edir. Göründüyü kimi, Azərbaycan bərpa olunan enerji sahəsində regionun aparıcı ölkələrindən birinə çevrilməkdədir. Güclü generasiya imkanları, müasir enerji saxlanma sistemləri və inteqrasiya olunmuş şəbəkə infrastrukturu ölkəmizə həm daxili tələbatı tam ödəmək, həm də “yaşıl enerji”nin ixracı üçün geniş perspektivlər açır. Bu strategiya Azərbaycanın enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, dayanıqlı iqtisadi inkişaf və ekoloji məsuliyyət baxımından da mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın həyata keçirdiyi “yaşıl enerji” siyasəti təkcə daxili enerji təhlükəsizliyini möhkəmləndirmir, eyni zamanda ölkəni regionun aparıcı bərpaolunan enerji mərkəzlərindən birinə çevirir.
Bərpaolunan enerji potensialının artması, mühüm infrastrukturun açılışı bir daha göstərdi ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə müasir, dayanıqlı və təhlükəsiz enerji infrastrukturu formalaşdırılır.

Anar Əhmədov,
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin   Salyan rayon üzrə nümayəndəsi 

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01