Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü mühüm ictimai-siyasi gündür - Deputat

2025-12-30 15:52:22 292 baxış
Xəbər şəkil

Hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dərin qürur, yüksək milli ruh və böyük coşqu ilə qeyd edilir. Bu əlamətdar tarix Azərbaycan xalqının milli birlik, həmrəylik və azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinin bariz ifadəsidir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız təqvim bayramı deyil, eyni zamanda, milli kimliyimizin, tarixi yaddaşımızın və müstəqil dövlətçilik düşüncəmizin ideoloji əsaslarını özündə ehtiva edən mühüm ictimai-siyasi gündür.

Bu fikirləri Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib. 

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə tarixi qərar qəbul olunub. Daha sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən bu günün rəsmi bayram kimi təsdiqlənməsi azərbaycançılıq ideologiyasının dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildiyini təsdiq edib: “Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini hər zaman milli təhlükəsizlik və dövlət maraqları baxımından strateji əhəmiyyətə malik məsələ kimi qiymətləndirib. Onun “Xalqları dil qədər, milli-mənəvi dəyərlər qədər, ənənələr qədər birləşdirən başqa bir vasitə yoxdur” fikri bu gün də öz aktuallığını qoruyur və milli həmrəyliyimizin ideoloji əsasını təşkil edir”.

Deputat vurğulayıb ki, 2001-ci il noyabrın 9-10-da keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı bu siyasətin praktik müstəvidə həyata keçirilməsinin parlaq nümunəsi olub.

“Qurultayda dünyanın 36 ölkəsində fəaliyyət göstərən 200-dən artıq diaspor təşkilatını təmsil edən 406 nümayəndənin iştirakı azərbaycanlıların vahid milli məqsədlər ətrafında birləşmək əzmini nümayiş etdirib. Qurultayda qəbul edilən qərarlar dünya azərbaycanlılarının fəaliyyətinin koordinasiyasında mühüm mərhələ olub. Qurultay çərçivəsində qəbul olunmuş müraciətlərdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışlar Azərbaycanın haqlı mövqeyinin dünya miqyasında çatdırılmasına xidmət edib", - deyə o diqqətə çatdırıb. 

S.Salmanova qeyd edib ki, 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər xalqımızın milli həmrəyliyinin, dövlətə və orduya olan sarsılmaz inamının bariz nəticəsi olub. Bu tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünü bərpa edib, xalqımızın milli ləyaqətini və tarixi ədaləti təmin edib. Prezident İlham Əliyevin “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” fikri bu Qələbə ilə real məzmun kəsb edib: ”Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə xaricdə yaşayan soydaşlarımızın nümayiş etdirdiyi yüksək fəallıq milli həmrəyliyimizin qlobal miqyasda təzahürü olub. Diaspor təşkilatlarımız yaşadıqları ölkələrdə informasiya müharibəsində fəal iştirak edərək Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırıblar". 

Parlamentari deyib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müasir Azərbaycan dövlətçiliyinin ideoloji dayaqlarından biridir: ““Mən azərbaycanlıyam!” deyən hər bir soydaşımız bu günü həyat fəlsəfəsi kimi qəbul edir. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız bundan sonra da birlik və həmrəylik şəraitində yeni tarixi uğurlara imza atacaq. Milli birliyimiz, xalq–iqtidar həmrəyliyi və güclü dövlətçilik iradəsi Azərbaycanı daha böyük qələbələrə və davamlı inkişafa aparacaq".

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01