Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Dünya azərbaycanlılarının həmrəyliyi: tarixi əsaslar və Heydər Əliyev irsi

2025-12-30 13:30:22 224 baxış
Xəbər şəkil

Dünya azərbaycanlılarının həmrəyliyi, milli birlik və təşkilatlanma ideyası müasir Azərbaycan tarixində xüsusi yer tutur. Bu ideyanın sistemli şəkildə formalaşması, dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsi və qlobal miqyasda reallaşdırılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər dünya azərbaycanlılarının birliyini xalqımızın milli maraqlarının müdafiəsi və müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyətə malik məsələ kimi qiymətləndirmişdir.
XX əsrin sonlarında Azərbaycan xalqı mürəkkəb və taleyüklü tarixi mərhələdən keçirdi. Milli azadlıq hərəkatı, müstəqillik uğrunda mübarizə, eyni zamanda xarici təzyiqlər və daxili siyasi böhranlar xalqın vahid ideya ətrafında birləşməsini zəruri edirdi. Belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyev xalqın milli şüurunun gücləndirilməsi, Azərbaycançılıq ideologiyasının formalaşdırılması və dünya azərbaycanlılarının vahid amal ətrafında səfərbər olunması istiqamətində mühüm addımlar atdı. Onun təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təsis olundu və bu gün milli birliyin, ideoloji həmrəyliyin rəmzinə çevrildi.
Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyini sadəcə emosional bağlılıq deyil, dərin ideoloji məzmun daşıyan, milli dövlətçilik maraqlarına xidmət edən konsepsiya kimi dəyərləndirirdi. O, bu məsələyə dair fikirlərində xüsusi vurğulayırdı:
“Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.”
Bu fikirlər Ümummilli Liderin həmrəylik ideyasına verdiyi böyük dəyərin, onun tarixi mahiyyətini necə dərindən dərk etdiyinin bariz nümunəsidir. Heydər Əliyev üçün dünya azərbaycanlılarının birliyi ilk növbədə müstəqil Azərbaycan dövlətinə bağlılıq, milli-mənəvi dəyərlərə sədaqət və tarixi köklərə hörmət üzərində qurulurdu. O, daim qeyd edirdi ki, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını birləşdirən əsas amil onların vahid Vətənə – Azərbaycana mənəvi bağlılığıdır.
Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində dünya azərbaycanlılarının təşkilatlanması prosesi yeni mərhələyə qədəm qoydu. Xaricdə yaşayan soydaşlarımızın milli kimliyini qoruması, dilinə, mədəniyyətinə və adət-ənənələrinə sahib çıxması dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. Heydər Əliyev bu barədə bildirirdi ki, dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlı yaşasa da, onların milli-mənəvi varlığını yaşadan yeganə dövlət müstəqil və suveren Azərbaycan Respublikasıdır. Məhz bu dövlət dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsas dayağıdır.
Dünya azərbaycanlılarının həmrəyliyi ideyası Ulu Öndərin müəyyənləşdirdiyi Azərbaycançılıq ideologiyasının ayrılmaz tərkib hissəsidir. Bu ideologiya xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların qorunması və yaşadılması üzərində qurulmuşdur. Heydər Əliyevin siyasi kursu dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirərək, onları müstəqil dövlətçiliyimizin maraqlarının müdafiəsinə səfərbər etmişdir.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təkcə bayram deyil, eyni zamanda milli kimliyimizin, dövlətçilik düşüncəmizin və qlobal miqyasda birliyimizin təcəssümüdür. Bu möhkəm ideoloji təməl məhz Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsi olaraq formalaşmışdır və bu gün də Azərbaycan dövlətinin siyasətində öz davamını tapır.

Könül Babayeva, 
Salyan rayonu, gənc YAP fəalı 

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01