Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Azərbaycanın beynəlxalq idman arenalarındakı uğurları və inkişaf perspektivlər

2025-12-29 14:49:52 2520 baxış
Xəbər şəkil

2025-ci il Azərbaycanda idmanın inkişafı və beynəlxalq arenada tanınması baxımından çox zəngin və uğurlu il kimi yadda qalmışdır. Ölkəmizdə yüzlərlə idman yarışları uğurla təşkil edilmiş, eyni zamanda gələcək illərdə də bu ənənələrin davam etdirilməsi planlaşdırılmışdır. Xüsusilə ölkəmizdə ilk dəfə keçiriləcək Xizək üzrə Dünya Kuboku xüsusi əhəmiyyət kəsb edir. Bu beynəlxalq tədbir Qusar şəhərində, Şahdağ Xizək Kurortunda təşkil olunacaq və Azərbaycanın qış idmanları üzrə beynəlxalq xəritədə mövqeyini möhkəmləndirəcək. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı hər il davam etdirilir, yeni traslar və xizək zolaqları istifadəyə verilir. Hazırda mövcud olan trasların uzunluğu 50 kilometrə yaxınlaşır və yaxın 1-2 ildə 55 kilometrə çatması gözlənilir. Bu infrastruktur təkcə xizək idmanını deyil, həm də bölgədə turizmin və minlərlə iş yerinin yaradılmasını təmin edir. Yalnız Şahdağ Xizək Mərkəzi deyil, ətraf kəndlər, şəhərlər və bölgələr də turizm sektoruna cəlb olunmuşdur. Xizək mərkəzində yaradılan yüksək səviyyəli hotellər və xidmət infrastrukturu bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir.

Ölkəmizdə ötən il MDB ölkələrinin III Oyunlarına ev sahibliyi etmişdir. Bu Oyunlar ilk dəfə olaraq bir neçə bölgədə – Gəncə, Xankəndi və digər şəhərlərdə keçirilmişdir. Oyunların regional səviyyədə təşkili ölkəmizin logistika, infrastruktur və təşkilati potensialını nümayiş etdirmiş, minlərlə xarici qonağın iştirakı Azərbaycanın beynəlxalq idman arenalarındakı nüfuzunu artırmışdır. İdmançılarımız isə komanda hesabında ikinci yeri qazanaraq ölkəmizin gücünü və potensialını göstərmişlər. Bu cür tədbirlər Azərbaycanın beynəlxalq idman və turizm imicini yüksəldir və gələcəkdə daha böyük yarışların keçirilməsi üçün zəmin yaradır.

Bundan əlavə, bu il Azərbaycanda ilk dəfə UFC üzrə beynəlxalq turnir təşkil olunmuşdur. UFC dünya miqyasında ən populyar idman yarışlarından biridir və adətən mərhələləri Amerikada və ya ən inkişaf etmiş ölkələrdə keçirilir. Bakıda bu turnirin keçirilməsi ölkəmizin idman potensialını göstərir, eyni zamanda beynəlxalq idman təşkilatlarına Azərbaycanın yüksək səviyyəli infrastrukturunu nümayiş etdirir. Minlərlə iştirakçının iştirakı və dünya mediasının tədbiri işıqlandırması Azərbaycanın beynəlxalq səviyyədə təqdimatını təmin etmişdir.

Həmçinin, ölkəmizdə ənənəvi Formula 1 yarışları uğurla davam etdirilmişdir. İlk yarışdan sonra Azərbaycana gələn xarici turistlərin sayı 20 faiz artmış və bu artım sonrakı illərdə də müşahidə olunmuşdur. Formula 1 şəhər yarışı geniş auditoriyaya çataraq ölkəmizin təqdimatında mühüm rol oynamışdır. Bu il bütün biletlər əvvəlcədən satılmış və əlavə tribunaların quraşdırılması nəzərdə tutulmuşdur. Tədbirdə 20 min insan canlı olaraq iştirak etmiş, milyonlarla izləyici isə mediadan yarışları izləyərək Bakının gözəlliyini və yüksək təşkilatçılığını müşahidə etmişdir. Bu yarışların hər biri ölkəmizin beynəlxalq idman və turizm arenasında potensialını nümayiş etdirir.

2025-ci ilin önəmli hadisələrindən biri də Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi olmuşdur. Bu status ölkəmiz üçün böyük şərəfdir və idmançılar, mütəxəssislər və təşkilatçılar üçün əlavə motivasiya və məsuliyyət yaradır. Dövlət tərəfindən idman sahəsində fəaliyyət göstərənlərin mükafatlandırılması isə artıq 30 ilə yaxın davam edən ənənədir və idmançıların və mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsinin mühüm göstəricisidir.

Ölkəmizdə idmanın inkişafı yalnız böyük şəhərlərlə məhdudlaşmır. Qarabağ, Şərqi Zəngəzur və digər bölgələrdə də böyük infrastruktur işləri aparılır. Məsələn, Köndələnçay və Suqovuşan su anbarlarında avarçəkmə üzrə yarışlar keçirilmişdir və gələcəkdə Sərsəng su anbarında da bu kimi tədbirlərin təşkili planlaşdırılır. Bu, bölgələrdə idman mədəniyyətinin yayılmasını, turizm və iqtisadi inkişafın paralel şəkildə təmin olunmasını göstərir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə idmanın inkişafına dövlət siyasəti səviyyəsində diqqət göstərilir, hər il yeni layihələr icra olunur və idmançıların hazırlıq səviyyəsi artırılır. Gələcək illərdə həm beynəlxalq yarışların, həm də ölkədaxili turnirlərin keçirilməsi planlaşdırılır. İdman sahəsində yaradılan infrastruktur, peşəkar məşqçilər və beynəlxalq təcrübənin tətbiqi Azərbaycanın idman potensialını daha da yüksəldir və gənclərin sağlam həyat tərzinə, idmana marağını artırır.

Bütün bu tədbirlər və uğurlar Azərbaycanın beynəlxalq idman arenasındakı mövqeyini möhkəmləndirir. Dövlət tərəfindən idmana göstərilən dəstək, yaradılan şərait, beynəlxalq yarışların təşkili və bölgələrdə infrastrukturun inkişafı ölkəmizin idman mühitini davamlı olaraq gücləndirir. Qarşıdakı illərdə bu siyasətin ardıcıl şəkildə davam etdirilməsi Azərbaycanın idman sahəsində mövqeyini daha da yüksəldəcək, yeni nəsil idmançıların yetişməsinə və gənclərin sağlam inkişafına töhfə verəcəkdir.

Əli Məmmədov,

Salyan Regional ”Asan Xidmət” mərkəzinin əməkdaşı, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01