Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətidir

2025-12-29 14:39:01 3466 baxış
Xəbər şəkil

Azərbaycanda idmanın inkişafı müstəqil dövlət quruculuğunun mühüm tərkib hissələrindən biri kimi formalaşmış və bu sahə ardıcıl, məqsədyönlü dövlət siyasəti nəticəsində bu gün yüksək inkişaf mərhələsinə çatmışdır. Ölkəmizdə idman yalnız yarışlar və medallar anlamı daşımır, eyni zamanda sağlam cəmiyyətin formalaşdırılması, gənclərin fiziki və mənəvi inkişafı, milli ruhun gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Bu siyasətin möhkəm ideoloji və institusional əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Ulu Öndər Heydər Əliyev idmanı gənclərin tərbiyəsində, xalqın sağlam gələcəyinin təmin olunmasında mühüm vasitə kimi dəyərləndirmiş və bu sahəni daim diqqət mərkəzində saxlamışdır. Onun rəhbərliyi dövründə idman sahəsində sistemli islahatlara başlanılmış, idman federasiyalarının fəaliyyəti gücləndirilmiş, beynəlxalq idman əlaqələrinin qurulması üçün mühüm addımlar atılmışdır. Heydər Əliyev idmanı yalnız fiziki güc deyil, iradə, intizam və vətənpərvərlik məktəbi kimi qiymətləndirirdi. Məhz bu baxış bucağı idmanın dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməsinə səbəb olmuşdur.

Bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə ardıcıl və uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idman sahəsi dinamik inkişaf edir, bu istiqamətdə dövlət proqramları həyata keçirilir, idmançılara və məşqçilərə göstərilən diqqət və qayğı daha da artırılır. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulamışdır ki, idmanın inkişafı birbaşa olaraq ölkənin gələcək inkişafı ilə bağlıdır və bu sahəyə qoyulan sərmayə uzunmüddətli strateji nəticələr verir.

Son illər ərzində ölkəmizdə idman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur. Bu gün Azərbaycanın idman infrastrukturu ən müasir standartlara cavab verir. Paytaxt Bakı ilə yanaşı, regionlarda da idman obyektlərinin inşası dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. Bölgələrdə Olimpiya İdman komplekslərinin, idman zallarının, stadionların istifadəyə verilməsi gənclərin idmana cəlb olunmasında mühüm rol oynayır. 2025-ci ildə Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman komplekslərinin tikintisinin başa çatdırılması bu siyasətin davamlı xarakter daşıdığını bir daha təsdiqlədi. Bununla da regionlarda fəaliyyət göstərən Olimpiya İdman komplekslərinin sayı 46-ya çatmışdır ki, bu da nadir göstəricilərdən biridir.

Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, sağlam gənc nəsil yetişdirmək ölkənin gələcək inkişafı üçün əsas şərtlərdən biridir. Fiziki cəhətdən sağlam, mənəvi baxımdan zəngin gənclər cəmiyyətin dayağıdır. İdmanın kütləviləşdirilməsi, uşaqların və yeniyetmələrin erkən yaşlardan idmana cəlb olunması sağlam həyat tərzinin formalaşmasına xidmət edir. Uşaqlıqdan idmana göstərilən maraq gələcəkdə həm peşəkar idman uğurlarına, həm də sağlam cəmiyyətin yaranmasına yol açır. Bu baxımdan məktəblərdə, idman məktəblərində və regionlarda yaradılan şərait mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, dövlət başçısı idmanın təkcə fiziki hazırlıq deyil, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını xüsusi qeyd edir. Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biri gəncləri sağlam ruhda, milli-mənəvi dəyərlərə sadiq şəkildə yetişdirməkdir. Gənclər Vətənə sevgi, dövlətə sədaqət hissi ilə böyüməlidirlər. İdman bu baxımdan gənclərin xarakterinin formalaşmasında mühüm vasitədir. Yarışlarda əldə olunan qələbələr, dövlət bayrağının yüksəldilməsi, Azərbaycan himninin səsləndirilməsi gənclərdə milli qürur və özünəinam hissini gücləndirir.

Cəmiyyətdə mövcud olan müsbət ictimai-siyasi mühit də bu siyasətin uğurla həyata keçirilməsinə zəmin yaradır. Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəylik və vətənpərvərlik ruhu son illərin tarixi hadisələri fonunda bir daha öz təsdiqini tapmışdır. Bu ruh gənc nəslin tərbiyəsində də öz əksini tapır. Gənclərin fiziki hazırlığı ilə mənəvi saflığının vəhdəti ölkənin uğurlu inkişafının əsas şərtidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, məhz bu vəhdət təmin olunduğu halda Azərbaycan davamlı və əbədi inkişaf yolunda irəliləyə bilər.

Beləliklə, Azərbaycanda idmanın inkişafı yalnız idman nəticələrinin yüksəldilməsi ilə məhdudlaşmır. Bu, sağlam cəmiyyətin formalaşdırılması, milli ruhun gücləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və ölkənin gələcəyinin təmin olunmasına xidmət edən kompleks dövlət siyasətidir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan idmanı qazandığı beynəlxalq uğurlarla bu siyasətin düzgünlüyünü bir daha təsdiqləyir.

Xanım Qədirova,

Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin məşqçi-müəllimi, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01