Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Həmrəylikdən Zəfərə

2025-12-29 10:29:24 977 baxış
Xəbər şəkil

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Vətənə sonsuz məhəbbət və milli-mənəvi dəyərlərimizə dərin hörmət hisslərini özündə təcəssüm etdirən tarixi bir gündür. Bu bayram dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı vahid məqsəd və Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirən mənəvi körpüdür.
Bu gün hər bir soydaşımız qürurla qeyd edir ki, milli həmrəylik bizim ən böyük gücümüz, gələcək uğurlarımızın isə əsas rəhnidir.  Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə yalnız xalqın birləşməsinə deyil, həm də ideoloji həmrəyliyinin möhkəmlənməsinə nail olmuşdur. Bu mühüm strateji xəttin tərkib hissəsi olaraq, 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Həmin qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdəki azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına həlledici təsir göstərmişdir.  
Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Ulu Öndər Heydər Əliyevin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Beləliklə, diaspor siyasəti yalnız xaricdə yaşayan həmvətənlərimizi birləşdirmir, eyni zamanda, Azərbaycanın dövlət maraqlarının qorunması, beynəlxalq nüfuzunun artırılması və milli həmrəyliyimizin daha da möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Müasir tariximizin şərəf və qürur mənbəyinə çevrilən İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Beləliklə, xalqımızın 30 illik doğma yurd, el-oba və torpaq həsrətinə son qoyuldu. Məhz milli birliyimiz, dünyada yaşayan 50 milyon azərbaycanlının üçrəngli, ay-ulduzlu Bayrağımız altında bir amal ətrafında bütövləşməsi döyüş ruhumuzu və qələbə əzmimizi yüksəltdi. Prezident İlham Əliyevin sərkərdəliyi ilə tariximizin ən şanlı Zəfər səhifəsi yazıldı. 2020-ci ilin noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bu Qələbənin məhz birliyimiz hesabına əldə olunmasını xüsusi vurğulayaraq dedi: «Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk! dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq!»
Azərbaycan diasporunun təşkilatlanması və dünya azərbaycanlılarının vahid amal ətrafında birləşməsinin gücləndirilməsi baxımından mühüm hadisələrdən biri olan Dünya Azərbaycanlılarının V qurultayı - Zəfər Qurultayı Şuşada keçirildi. Bu tədbir 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş ilk qurultaydan sonra davam edən ənənənin məntiqi nəticəsi olaraq, diasporun fəaliyyətinin sistemləşdirilməsi, həmvətənlərimizin birliyi və mədəni irsimizin dünyada təbliği məqsədilə təşkil olunmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən bu qurultay iştirakçıların fəallığını artırmaqla yanaşı, Azərbaycanın milli maraqlarının beynəlxalq aləmdə daha geniş yayılmasına da xidmət edir. Bu qurultay həm milli birliyin, həm də Azərbaycanın tarixi torpaqları ilə bağlı qətiyyətli mövqeyin nümayiş olunduğu əlamətdar tədbir kimi diqqət çəkir. 
Göründüyü kimi, soydaşlarımız yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Müstəqil dövlətimizin beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan mövqeyinin, ölkəmiz haqqında həqiqətlərin xarici ölkələrdə geniş auditoriyaya çatdırılmasında fəal iştirak etdilər. Bu, əslində, Ulu Öndərin əsasını yaratdığı, Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən dünya azərbaycanlılarının birliyinin milli maraqlar ətrafında birləşməsinin məntiqi nəticəsidir.

Tariel Atamalıyev, 
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01