Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir

2025-12-27 20:48:04 202 baxış
Xəbər şəkil

Bu gün Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.Bu sahədə dövlət xətti ilə ardıcıl və məqsədyönlü proqramla həyata keçirilmişdir.İdmanın kütləviləşdirilməsi və peşəkar səviyyədə inkişafı daim diqqət mərkəzində saxlanılır. Son illər ərzində idman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur. Bu gün ölkəmizdə mövcud olan idman infrastrukturu ən yüksək beynəlxalq standartlara cavab verir. Paytaxtla yanaşı, bölgələrdə də idman obyektlərinin inşası xüsusi əhəmiyyət daşıyır.    
İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrildi. Ölkəmizin 2015-ci ildə  dünyanın idman tarixində yeni bir səhifə açması-  Birinci Avropa Oyunlarına ev sahibliyi, 2017-ci ildə İslam həmrəyliyinə növbəti töhfəsi kimi dəyərləndirilən  IV İslam Həmrəyliyi Oyunlarının  keçirilməsi də deyilənlərin təsdiqidir. 2025-ci ildə bu sıraya III MDB Oyunları da daxil oldu. “Hər qəlbdə bir qələbə!” şüarı  altında 7 şəhərdə – Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl və Mingəçevirdə təşkil olunan III MDB Oyunları Azərbaycanın  idman ölkəsi kimi artan nüfuzunu daha da möhkəmləndirdi. Prezident İlham Əliyev ilin idman yekunlarına həsr olunan mərasimdə vurğuladı ki, Oyunlar çox yüksək səviyyədə keçirildi. MDB Oyunları ölkəmizin  potensialını göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirildi. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda hesabında ikinci yerə  layiq görüldük. Bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir.
Bu il ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnirin keçirilməsi Azərbaycan idman tarixində mühüm hadisədir. UFC dünya miqyasında ən populyar və izlənilən idman yarışlarından biri hesab olunur.Adətən bu turnirlərin əsas mərhələləri Amerika Birləşmiş Ştatlarında və ya yüksək inkişaf etmiş ölkələrdə təşkil edilir.Bakının bu mötəbər siyahıya daxil edilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun bariz göstəricisidir.Bu fakt Azərbaycanın böyükmiqyaslı beynəlxalq tədbirləri yüksək səviyyədə keçirmək potensialına malik olduğunu sübut edir.Eyni zamanda, bu hadisə ölkəmizin idman sahəsində əldə etdiyi nailiyyətlərin göstəricisidir.UFC turnirinin Bakıda keçirilməsi paytaxtımızın qlobal idman xəritəsində yerini möhkəmləndirdi.Turnirə minlərlə yerli və xarici tamaşaçı qatıldı. Dünyanın müxtəlif ölkələrindən gələn idmançılar Bakının qonaqpərvərliyinin şahidi oldular.Beynəlxalq media nümayəndələri bu mötəbər yarışı geniş şəkildə işıqlandırdı. Bu isə Azərbaycanın dünya ictimaiyyətinə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır.Turnirin təşkilatçıları Bakı ilə bağlı yüksək fikirlər səsləndirdilər. Onlar şəhərin bu qədər müasir və inkişaf etmiş olacağını gözləmədiklərini bildirdilər.Bakının infrastrukturu və təhlükəsizlik səviyyəsi xüsusi rəğbətlə qeyd olundu. Şəhərin gözəlliyi və müasirliyi xarici qonaqlarda böyük təəssürat yaratdı. Beləbeynəlxalq yarışlar ölkənin turizm potensialını da artırır. Eyni zamanda, gənclərin idmana marağının artmasına stimul verir. UFC turniri Azərbaycanın idman diplomatiyasının uğurlu nümunəsidir. Bu cür tədbirlər ölkəmizin dünyaya açılan pəncərəsini daha da genişləndirir. Nəticə etibarilə, UFC turnirinin Bakıda keçirilməsi Azərbaycanın qlobal arenadakı mövqeyini bir daha gücləndirdi.
Dövlət başçısı İlham Əliyev çıxışlarında tarixi Zəfərimizin reallıqları fonunda qalib Azərbaycanın uğurlarından böyük qürur hissi ilə bəhs edir, hədəflər açıqlanarkən işğaldan azad edilmiş ərazilərimizin hərtərəfli inkişafının bütün sahələrdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi bərpası, yenidən qurulması qarşıya mühüm vəzifə kimi qoyulur. Əsas çağırışlar sırasında gələcəyimiz olan gənclərin daha vətənpərvər, milli ruhda tərbiyəsi vacib amil kimi önə çəkilir. Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri zamanı idman obyektlərinin tikintisinə xüsusi diqqət göstərilir. Beş ildir idmançılarımız qalib Azərbaycanı təmsil etməkdən qürur hissi keçirirlər. Döyüş meydanlarında əldə edilmiş Qələbənin idman yarışlarında da özünü ifadə etməsi üçün  səylərini daha da artırırlar. Prezident İlham Əliyev sözügedən mərasimdə də bu məqamı xüsusi vurğuladı. “Hər dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk” söyləyən Prezident İlham Əliyev bildirdi ki,  son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına  qürur hissi ilə çıxırlar. Eyni zamanda,  5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər.
İlin ən vacib idman hadisələrindən biri də Bakının  “Dünyanın İdman Paytaxtı” seçilməsidir. Ümumiyyətlə, şəhərlərin “idman paytaxtı” seçilməsi təkcə idman sahəsinə aid simvolik qərar deyil, iqtisadi, sosial, mədəni və strateji əhəmiyyətə malik hadisədir. Bu status şəhərin və ölkənin inkişafına çoxşaxəli təsir göstərir. Eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir. 
Bütün bu uğurların kökündə dövlət dəstəyi, eyni zamanda idmanı vətənə xidmət forması kimi təqdim etmək dayanır. Bu, xüsusilə gənclər arasında vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət edir.

Elmar Əbilov,
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və  idman sektorunun müdiri

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01