Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – milli birliyin və dövlətçiliyin rəmzidir 

2025-12-27 11:23:50 281 baxış
Xəbər şəkil

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli azadlıq mübarizəsinin, birlik və bərabərlik ideyasının məntiqi nəticəsi olaraq formalaşmış və artıq möhkəm ənənəyə çevrilmiş dövlət bayramıdır. Qədim və zəngin tarixə malik Azərbaycan xalqının milli dirçəlişini, tərəqqisini və müstəqil dövlətçilik uğrunda apardığı müqəddəs mübarizəni özündə əks etdirən bu əlamətdar gün hər bir azərbaycanlı üçün inam, ümid və qürur mənbəyidir.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Ali Soveti tərəfindən bu tarix rəsmi dövlət bayramı elan olunmuşdur. Bu qərar bütün dünyaya səpələnmiş azərbaycanlıların vahid ideya və məqsəd ətrafında birləşməsinə güclü təkan vermişdir.
Həmrəylik Gününün tarixi kökləri XX əsrin sonlarında baş vermiş mühüm hadisələrlə bağlıdır. Sovet imperiyasının süqutu ərəfəsində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədlərə doğru yürüşü, süni şəkildə ayrılmış Şimali və Cənubi Azərbaycanın birləşmək arzusu xalqımızın bir millət olduğunu dünyaya nümayiş etdirmişdir. Bu hadisələr milli birliyin və azadlıq ideyasının simvoluna çevrilmişdir.
Dünya azərbaycanlılarının həmrəyliyi ideyasının mərkəzində Azərbaycan dövlətçiliyinə sədaqət, ana dilimizə, milli-mənəvi dəyərlərimizə hörmət və ümumbəşəri dəyərlərin qorunması dayanır. Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təşkilatçısı və təbliğatçısı kimi bu ideyanı ardıcıl şəkildə həyata keçirmiş, xarici ölkələrdə yaşayan soydaşlarımızla daim əlaqə saxlamış, onların təşkilatlanmasına xüsusi önəm vermişdir. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı hər bir azərbaycanlı üçün milli qürur rəmzinə çevrilmişdir.
Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onların problemləri ilə maraqlanır, diaspor quruculuğunu dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, Azərbaycan Diasporuna Dəstək Fondunun təsis edilməsi, diaspor fəaliyyətinə dair mühüm sənədlərin qəbulu dünya azərbaycanlılarının daha sıx birləşməsinə xidmət edir.
Dünya Azərbaycanlılarının Qurultayları bu birliyin möhkəmlənməsində xüsusi rol oynayır. 2001-ci ildə keçirilmiş I Qurultaydan başlayaraq, xüsusilə 2022-ci ildə azad Şuşada keçirilmiş V Qurultay – Zəfər Qurultayı dünya azərbaycanlılarının milli həmrəyliyinin və qələbə ruhunun bariz ifadəsi olmuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu qurultaylar müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün güclü cazibə mərkəzi olduğunu bir daha təsdiqləmişdir.
2020-ci il Vətən müharibəsi və sonrakı dövrdə əldə olunan tarixi Zəfər dünya azərbaycanlılarının birliyini daha da gücləndirmişdir. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında fəallıq göstərmiş, dövlətimizin ətrafında sıx birləşmişlər. “Dəmir yumruq” yalnız hərbi gücün deyil, eyni zamanda milli birliyin və həmrəyliyin rəmzinə çevrilmişdir.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Vətənə bağlılıq, dövlətçilik ideyalarına sədaqət bayramıdır. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında güclü, müstəqil Azərbaycan dövləti dayanır. Bu birlik və həmrəylik Azərbaycan xalqının bu günü və sabahı üçün ən böyük təminatdır.

Milli məclisin deputatı Ülviyyə Həmzəyeva 

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01