Milli məclisin Deputatı Sadiq Qurbanov Salyan rayonun Marışlı və Seyid Sadıqlı kəndlərində vətəndaşlarla növbəti dəfə görüş keçirib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Millət vəkili Sadiq Qurbanov növbəti vətəndaş qəbulu çərçivəsində Salyan rayonunun Marışlı və Seyidsadıqlı kənd sakinləri ilə görüş keçirdi.
Görüş Marışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında baş tutdu. Millət vəkili kənd sakinlərinin gündəlik həyatına, sosial rifahına və yerli problemlərinə dair müraciətlərini diqqətlə dinlədi, onların qaldırdıqları məsələləri qeyd edərək həlli istiqamətində müvafiq addımların atılacağını bildirdi.
Bu görüş bir daha sübut etdi ki, dövlət-vətəndaş münasibətlərinin əsas dayağı xalqın səsini eşitmək, onların qayğılarına həssas yanaşmaqdır. Hörmətli millət vəkili Sadiq Qurbanovun bölgələrdə mütəmadi olaraq keçirdiyi qəbullar insanların arzu və tələblərinin birbaşa parlament səviyyəsində gündəmə gətirilməsinə imkan yaradır.
Salyan rayonunun Marışlı və Seyidsadıqlı kənd sakinləri millət vəkilinin diqqət və qayğısını yüksək qiymətləndirərək, bu cür görüşlərin onların problemlərinin həllinə mühüm töhfə verdiyini vurğuladılar.









