Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Kişilərin hörməti daha da artır: Valideynlik hüquqları güclənir

2025-12-22 15:06:50 302 baxış
Xəbər şəkil

 

Qanun layihəsi cəmiyyət tərəfindən dəstəklənir, valideynlərin fəal iştirakı uşağın inkişafını təmin edəcək 

"Aliment Fondunun yaradılması çox vacibdir". Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında komitə sədri Hicran Hüseynova deyib. O qeyd edib ki, Aliment Fondunun yaradılması dünyada mövcud olan bir modeldir: "Müqayisə etdikdə görünür ki, bu, dövlət büdcəsinə heç də problem yaratmayan məsələdir". Komitə sədri qeyd edib ki, təqdim olunan qanun layihəsi hər bir vətəndaşın əmək hüquqlarının qorunmasına xidmət edir: "Sənədi 3 əsas istiqamət üzrə nəzərdən keçirmək olar. Bunlar ilk növbədə mahiyyəti üzrə təkmilləşdirmə məqsədi daşıyan dəyişikliklər, əmək münasibətlərində çevik və sosialyönümlü hüquqi tənzimləmələrin tətbiqi, müasir iş şəraitinə uyğun olaraq yeni anlayışların qanunvericiliyə daxil edilməsidir. Əmək münasibətlərində çevik və sosialyönümlü hüquqi normaların yaranması artıq bir zərurət idi. Əlbəttə ki, layiqli əmək şəraitinin yaradılması, əmək hüquqlarının müdafiəsi, ailə vəziyyətindən asılı olmayaraq özünü inkişaf etdirməsi, iş və ya ailə həyatı arasında balansın qorunması hər bir vətəndaşın haqqıdır. Bu baxımdan müzakirəyə çıxardığımız qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir". 

"Bu, kişini hörmətdən salmır”

Komitə sədri vurğulayıb ki, qanun layihəsi ailə institutunun möhkəmləndirilməsi, vətəndaşın əmək hüququnun qorunması, ailənin sosial müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir: "Qanunvericilikdə uşağın dünyaya gəlməsi ilə bağlı atalara 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyət hüququ verilirdi. Lakin biz görürük ki, təcrübədə heç bir ata bu hüquqdan istifadə etmir. Çünki ödənişsiz məzuniyyət ailə büdcəsinə əlavə təzyiq yaradır. Təqdim olunan layihədə isə bu məzuniyyət ödənişli olacaqdır. Burada məqsəd nədən ibarətdir? Məlumdur ki, qadınlar uşaq dünyaya gətirdikdən sonra bir sıra sosial-psixoloji çətinliklər yaşayır. Bir çox ailələrə digər ailə üzvləri, məsələn, ana, qayınana və ya digər qohum kömək edə bilmir. O zaman yeni ana olmuş qadına və körpə uşağa yardım edən, onların qayğısına qalan kişi olur. Kişinin bir həyat yoldaşı və ata olaraq ailəyə dəstək olması, onların qayğısına qalması çox vacibdir. Bu, kişini hörmətdən salmır, əksinə, ona olan etibarı, hörməti daha da artırır. Bizə müraciətlər olur, ailə münaqişələri ilə bağlı, boşanmalarla bağlı. Biz səbəbləri təhlil edərkən, görürük ki, bir çox problemlər həmin dövrə təsadüf edir. Elə, araşdırmalar da göstərir ki, belə bir məzuniyyətin tətbiqi və ataların uşağın qayğısında, təlim-tərbiyəsində iştirakı həm ailədaxili münasibətlərə, həm də uşağın şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir. Bir çox ölkələrin əmək qanunvericiliyində olduğu kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində də qadınlar üçün güzəştlər, imtiyaz və əlavə təminatlar, həmçinin, qadınlar üçün müəyyən məhdudiyyətlər də nəzərdə tutulur.

"Ailənin qayğıları ya qadının, ya da kişinin üzərinə düşür"

H.Hüseynova bildirib ki, layihəyə daxil edilən anlayışlardan biri də “ailə vəzifələri olan işçi” anlayışıdır: "Ailə institutunun möhkəmləndirilməsi baxımından bu dəyişikliyi xüsusilə qeyd etmək istəyirəm. Biz ailələrimizin güclü və dayanıqlı, uğurlu olması üçün elə şərait yaratmalıyıq ki, insan iş ilə ailə arasında seçim etməsin. Ailələr müxtəlifdir. Elə ailələrimiz var ki, orada davamlı baxıma ehtiyacı olan uşaqlar böyüyür, xəstə valideynlər var. Ya da ailə təkvalideynli ailədir. Və bu ailənin qayğıları ya qadının, ya da kişinin üzərinə düşür". H.Hüseynova qeyd edib ki, belə insanların əmək hüquqlarının qorunması və ailədə rahatlığın təmin olunması üçün imkanlar yaradılmalıdır: "Yəni qanunvericilik ailə məsuliyyəti daşıyan şəxsləri dəstəkləməli, onların həm iş, həm də ailə öhdəliklərini balanslı şəkildə yerinə yetirməsinə şərait yaratmalıdır. Ailə vəzifələrinin bölüşdürülməsi qadın və kişilərin öz potensialından istifadə etməsi üçün maneələrin aradan qaldırılması deməkdir".

"Bu şəxslərin əmək müqaviləsinə xitam verilməsi cinayət məsuliyyəti yaradır"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib ki, ailə vəzifəsi olan işçilərlə əmək müqaviləsinə xitam verilməsinin cinayət məsuliyyəti yaratması təklif edilib. Şöbə müdiri qeyd edib ki, Cinayət Məcəlləsinin 164-cü maddəsinə bu barədə dəyişiklik edilə bilər: "Hazırkı qüvvədə olan qanuna görə, hamilə olduğuna və ya himayəsində 3 yaşına qədər övladı olan qadınlar, 3 yaşına qədərki övladını təkbaşına böyüdən atalarla əmək müqaviləsinə xitam verilməsi cinayət məsuliyyəti yaradır. Bunu “ailə vəzifələri olan işçilər” ifadəsi ilə əvəz edə bilərik". O qeyd edib ki, əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına bir hal da əlavə edildi: "Fərdi məlumatların yayılması qanun pozuntusu kimi qiymətləndiriləcək və buna yol vermək işçilərlə əmək müqaviləsinə xitam verilə biləcək. Bu çox önəmlidir. Çünki bəzən sosial işçilər, məişət zorakılığı qurbanları ilə işləyənlərin fərdi məlumatlarının mediada və digər resurslarda yayılmasının şahidi olurduq".

"Qanuna edilən dəyişiklik atalıq məzuniyyətindən istifadəyə şərait yaradacaq"

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov deyib ki, konvensiyada nəzərdə tutulan norma dəyişikliklər mütləq Əmək Məcəlləsində öz əksini tapmalıdır. Şöbə müdiri bildirib ki, hazırda baxılan layihə ilə bağlı təkliflərin əsasını onun beynəlxalq standartlara uyğunlaşması təşkil edir: "Bugünədək ödənişsiz atalıq məzuniyyətindən istifadə edən şəxsə rast gəlməmişik. Ancaq qanuna edilən dəyişiklik buna şərait yaradacaq".

"Azərbaycanda reallıqda orta aylıq əməkhaqqı qadınlara münasibətdə kişilərdən daha yüksəkdir"

Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib ki, birbaşa ayrı-seçkilik kişi və qadınlara münasibətdə onların eyni vəzifə funksiyasını yerinə yetirərkən maaşları arasında fərqli yanaşmanın olması anlamına gəlir: "Bu, bildiyim qədərilə Azərbaycanda mövcud deyil". Şöbə müdiri bildirib ki, Azərbaycanda reallıqda orta aylıq əməkhaqqı qadınlara münasibətdə kişilərdə daha yüksəkdir: "Bu, əslində dolayı ayrı-seçkilikdir".

"Dəyişiklik ailə institutuna dövlət səviyyəsində verilən yüksək dəyərdir"

Deputat Günay Ağamalı deyib ki, atalara uşağın doğulması ilə bağlı 14 günlük ödənişli məzuniyyət hüququnun verilməsi, ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi istiqamətində atılan mühüm və strateji addımdır. O qeyd edib ki, bu dəyişiklik ailədaxili məsuliyyət bölgüsünün təşviqi, valideynlik institutunun gücləndirilməsi və uşağın erkən inkişafında atanın rolunun hüquqi müstəvidə tanınması baxımından xüsusi əhəmiyyət daşıyır: "Bu gün cəmiyyətimizdə ailə dəyərlərinin qorunması, sağlam ailə modelinin təşviqi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Məhz bu kontekstdə atanın uşağın dünyaya gəlməsi prosesində fəal iştirakının təmin olunması ailədaxili münasibətlərin keyfiyyətinə, psixoloji mühitə və valideynlər arasında qarşılıqlı dəstəyin artmasına müsbət təsir göstərir. Ən vacib məqam ondan ibarətdir ki, bu dəyişikliklə ata artıq formal deyil, hüquqi baxımdan ailədə daha aktiv subyektə çevrilir. O, həyat yoldaşına dəstək olur, körpənin ilk günlərində ailənin yanında olur və bu, uşağın erkən emosional və sosial inkişafı üçün olduqca vacibdir". Deputat hesab edir ki, bu dəyişiklik ailə institutuna dövlət səviyyəsində verilən yüksək dəyərin, ata rolunun tərbiyə prosesində gücləndirilməsinə yönəlmiş müasir yanaşmanın bariz nümunəsidir: “Bu qanun layihəsini tam dəstəkləyir və hesab edirəm ki, bu qanun layihəsi Azərbaycan cəmiyyətində sağlam ailə münasibətlərinin formalaşmasına mühüm töhfə verəcək”.





Oxşar xəbərlər


Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
2026-11-02
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
2026-11-02
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib
2026-11-01