Rəqəmsal Gələcək: Süni İntellektlə Yeni Dövr” adlı maarifləndirici tədbir keçirilib
Rəqəmsal dünyanın sürətlə inkişaf etdiyi müasir dövrdə süni intellektin yaratdığı yeni imkanlar və çağırışlar cəmiyyətin bütün sahələrinə təsir göstərir. Bu istiqamətdə gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə Salyan Rayon İcra Hakimiyyəti və Salyan Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı “Rəqəmsal Gələcək: Süni İntellektlə Yeni Dövr” adlı maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Salyan rayon İcra Hakimiyyətinin başçısı yanında "Uşaq hüquqlarının müdafiəsi üzrə" komissiyanın uşaqlarla və ailələrlə iş üzrə məsləhətçi psixoloqu Sevinc Səmədova ,Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Şamxal Əhmədov, MİHİ-nin Salyan rayon üzrə komitəsinin sədri Vəfa Əbilova,"Uşaq səfirlər məclisinin" üzvləri,rayon peşə liseyinin müəllim və tələbələri,rayon təhsil müəssisələrinin müəllim və şagird kollektivi iştirak edib.
Təlimçi BDU- nun tətbiqi riyaziyyat və kibernetika fakultəsi,informasiya təhlükəsizliyi ixtisası üzrə tələbə,"Code academy full stack backend" əsaslı kurs üzrə ixtisaslaşmış Kübra Əhmədova çıxış edərək süni intellekt anlayışı, onun gündəlik həyatda və müxtəlif peşə sahələrində tətbiqi, eləcə də gələcək perspektivləri barədə ətraflı məlumat verib. Görüş zamanı süni intellektin təhsildə, mədəniyyətdə və innovasiya sahəsində rolu müzakirə olunub,gənclərin bu sahəyə marağının artırılması və yaradıcı düşüncə bacarıqlarının inkişafının vacibliyi vurğulanıb.
İnteraktiv formatda keçən tədbir iştirakçıların sual-cavabları və fikir mübadiləsi ilə davam edib. Tədbirin əsas məqsədi gənclərin rəqəmsal savadlılığının artırılması, müasir texnologiyalara adaptasiya prosesində onların daha fəal iştirakını təmin etmək olub.





