Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Brüssel Qarabağdan köçən erməniləri “oyatdı

2025-12-12 16:05:34 370 baxış
Xəbər şəkil

Aİ yenə də ikili oyun oynamağa davam edir; Ermənistan anlamır ki...

Brüsseldə keçirilən Tərəfdaşlıq Şurasının iclasının yekununda Ermənistan və Avropa İttifaqı (Aİ) arasında imzalanan Strateji Tərəfdaşlıq Gündəliyində əks olunanlar revanşistləri ruhlandırıb. Yada salaq ki, həmin strateji sənəddə Qarabağdan öz xoşu ilə getmiş ermənilər zorla qovulmuş, didərgin salınmış kimi təqdim olunur. Bu həqiqəti təkzib etməklə Avropa Birliyi növbəti dəfə riyakar və ikili standart mərkəzi olduğunu sübut etdi.

Elə bu səbəbdən bir qrup revanşist və separatçı İrəvanda “Qarabağa dair” dinləmələr keçiriblər. Onlar “Qarabağın geri qaytarılması” və ermənilərin qayıdışı məsələsini müzakirə ediblər. Ümumiyyətlə, 2023-cü ilin sentyabrında Azərbaycan dövlətinin irəli sürdüyü reinteqrasiya planını qəbul etməyərək, könüllü şəkildə Ermənistana köçən ermənilər orada da dinc dayanmırlar. Eyni zamanda parlamentdə müxalif deputatların “artsax”ın əski parçası olan bayraqlarını qoyduğunu görmək mümkündür. Sirr deyil ki, Qarabağdan köçən ermənilər üzərindən Azərbaycana təzyiq etmək, hansısa formada ölkəmizə qarşı təhdid yolunu seçmək bəzi mərkəzlərin əlinə düşən fürsətdir.

Ermənistanın baş naziri Nikol Paşinyan son aylarda bir neçə dəfə açıq şəkildə vurğulayıb ki, Qarabağdan öz xoşu ilə köçmüş ermənilərin Azərbaycana qayıtması məsələsini qabartmaq sülh prosesinə ciddi zərər vurur. Baş nazirin bu cür açıqlamasına rəğmən, erməni revanşistlərin fəallığı haqlı suallar doğurur.

Təbii ki, həm Ermənistandan, həm də xarici ölkələrdən gələn təhdidlər “sabun köpüyü” effektindən uzağa getmir. Azərbaycanın əlində, necə deyərlər, “daşdan keçən” faktlar var. Dövlətimiz 44 günlük müharibəni öz ərazisində separatçılara və Ermənistan ordusuna qarşı aparıb. Dinc sakinlər hərbçilərimizin hədəfi olmayıb. Mümkün qədər mülki vətəndaşların zərər çəkməməsinə çalışıb. Nəticə də bunu sübut edir. Bəs Paşinyan hakimiyyəti separatçıların keçirdiyi bu tədbirlərlə bağı niyə addımlar atmır?

Günay Ağamalı qurultayda baş verənlərlə bağlı bəyanat yaydı

Günay Ağamalı

Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı “Yeni Müsavat”a dedi ki, “Brüsseldə Ermənistan-Aİ arasında imzalanan Strateji Tərəfdaşlıq Gündəliyində Qarabağdan öz istəyi ilə çıxmış ermənilərin "zorla qovulmuş" kimi təqdim edilməsi bir daha göstərdi ki, Avropa İttifaqı müəyyən dairələrin siyasi sifarişlərinə uyğun davranır və reallığı bilərəkdən təhrif edir: “Bu addım həm beynəlxalq hüquqa, həm də faktlara ziddir və regionda sülh prosesinə zərbə vurmaqdan başqa bir məna daşımır.

Məhz bu riyakar yanaşmanın nəticəsidir ki, uzun müddətdir gündəmdən düşmüş bəzi revanşist və separatçı qruplar yenidən hərəkətə keçərək İrəvanda “Qarabağa dair” dinləmələr keçirib, uydurma “qayıdış” iddialarını səsləndirirlər. Halbuki 2023-cü ilin sentyabrında Azərbaycan dövlətinin tam təminatlı reinteqrasiya planını qəbul etməyən və könüllü şəkildə Ermənistana köçən şəxslərin bu gün “zorakılıq” bəhanəsi ilə istifadə olunması siyasi manipulyasiyadan başqa bir şey deyil.

Ermənistan parlamentində separatçı simvolların nümayişi revanşist düşüncələrin əslində heç bir real dayağı olmayan, puç iddialardan ibarət olduğunu göstərir. Bu vəziyyət Paşinyanın son aylarda verdiyi “qayıdış məsələsini qabartmaq sülh prosesinə zərər vurur” açıqlaması ilə ziddiyyət təşkil edir və belə fəaliyyətlərin niyə qarşısının alınmadığı sualını aktuallaşdırır.

Azərbaycanın mövqeyi tam, açıq və hüquqa əsaslanır. 44 günlük Vətən müharibəsi Azərbaycanın öz ərazisində, separatizmə və Ermənistan ordusuna qarşı aparılıb. Azərbaycan Ordusu heç zaman mülki vətəndaşları hədəfə almamış, əksinə, mülki itkilərin minimum olması üçün bütün tədbirləri görmüşdür. Faktlar, sübutlar və obyektiv hesabatlar bunu təsdiq edir.

Separatçı dairələrin və xarici mərkəzlərin manipulyativ təhdidləri, əsassız iddiaları informasiya təxribatıdır və heç bir siyasi gücü yoxdur. Azərbaycan sülh gündəliyinə sadiqdir, heç bir təhdid, heç bir iddia Azərbaycan dövlətinin maraqlarını, ərazi bütövlüyünü və suveren hüquqlarını sual altına ala bilməz.

Sülh real faktlarla, qarşılıqlı etimadla və hüquqa əsaslanan münasibətlə mümkündür. Ermənistan revanşist dairələrin ucuz avantüralarına deyil, regionun gələcəyinə xidmət edən rasional mövqeyə üstünlük verməlidir".

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, separatçıların seçkiöncəsi fəallaşması təsadüfi deyil. Onun sözlərinə görə, revanşistlər bölgədə maraqları olan üçüncü qüvvələrin dəstəyindən maksimum yararlanmağa, beləliklə də hökumətə qarşı ciddi təzyiq yaratmağa və ictimai dəstək almağa çalışırlar.

Siyasi şərhçi hesab edir ki, Ermənistan və Avropa İttifaqı (Aİ) arasında imzalanan Strateji Tərəfdaşlıq Gündəliyində sülh prosesinə zidd olan məsələlərin yer alması da təsadüfi deyil: “Bu məsələ ilk növbədə Avropa ittifaqının maraqlarını özündə əks etdirir. Bilirsiniz ki, Avropa İttifaqı Fransanın "drijor çubuğu" ilə sülh prosesini pozmağa, Zəngəzur dəhlizinə alternativ yaratmaqla bölgədə iqtisadi və geosiyasi maraqlarını təmin etməyə çalışırdı. Amma Azərbaycan bütün təzyiqləri neytrallaşdırmağı bacardı. Vaşinqton Bəyannaməsinin imzalanması isə vəziyyəti kökündən dəyişdi. Yəni Azərbaycanın şərtləri Ermənistanla yanaşı, ABŞ tərəfindən də qəbul edildi. Tramp yolu adlanan dəhlizin açılması ilə bağlı razılıq əldə olunandan sonra Avropa İttifaqı diplomatik məğlubiyyətlə barışaraq, reallığı qəbul etdi və fərqli siyasət yürütməyə başladı. Avropa İttifaqı orta dəhliz layihəsindən yararlanmaqla bağlı niyyətlərini ortaya qoyub və prosesdən kənarda qalmaq istəmir. Ona görə də Avropa ittifaqı Qarabağdan öz xoşu ilə köçmüş ermənilərlə bağlı məsələni Ermənistan və Avropa İttifaqı (Aİ) arasında imzalanan Strateji Tərəfdaşlıq Gündəliyinə salmaqla Azərbaycan üzərində təzyiq rıçaqlarını saxlamağa çalışır. Təbii ki, bu, sülh prosesi ilə bağlı mənfi tendensiya yaradır".

Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, revanşistlərin arxasında həm də Rusiya faktoru var: “Rusiya seçki ərəfəsində revanşistlərin güclənməsinə və parlamentdə daha çox yerə sahib olmalarına çalışacaq. Ona görə də hesab edirəm ki, bölgədə maraqları olan üçüncü qüvvələrin pərdəarxası mübarizəsi Ermənistanda siyasi proseslərə ciddi təsir edir. Paşinyan da prosesə mümkün qədər ehtiyatlı yanaşmağa çalışdığı üçün onun siyasi kursuna zidd olan məsələlərlə bağlı da konkret və qəti addım atmaqdan çəkinir.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01