Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Rəqəmsal mühitdə uşaqlar: Süni intellekt təhlükələri gündəmdə - ARAŞDIRMA

2025-12-09 21:01:17 405 baxış
Xəbər şəkil

 

Süni intellekt son illərdə həyatımızın ayrılmaz hissəsinə çevrilərək təhsildən tutmuş media istehsalına, təhlükəsizlikdən məxfilik məsələlərinə qədər geniş sahələrə nüfuz edib. Lakin bu texnologiyanın sürətli inkişafı onun yaratdığı potensial riskləri də gündəmə gətirir. Xüsusilə uşaqların hüquqlarının qorunması, müəllif hüquqlarının pozulması, cinayət hallarında süni intellektdən sui-istifadə, eləcə də şəxsi məlumatların təhlükəsizliyi artıq qlobal səviyyədə ciddi müzakirə mövzusudur.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Operativ Media-ya bildirib ki, müasir dövrdə hər bir insanın həyatına rəqəmsal texnologiyalar və süni intellekt ikiqat təsir göstərir:

"Biz bu təsiri həyatın bütün sahələrində açıq şəkildə müşahidə edirik. Artıq uşaqlar da süni intellektlə sıx təmasda böyüyür, bu texnologiya onların gündəlik həyatının, demək olar ki, daimi bir “dostuna” çevrilir. Təbii ki, bu proses həm onların düşünmə tərzinə, həm də anlama və qavrama qabiliyyətinə ciddi şəkildə təsir edir.

Bu səbəbdən əsas məqsədimiz uşaqların və gənclərin süni intellektdən balanslı və düzgün şəkildə istifadə etməsini təmin etmək olmalıdır. Onlar rəqəmsal mühitdə “itirilməməli”, ictimai həyatdan uzaq düşməməli və real sosial bacarıqlarını itirməməlidirlər. Eyni zamanda, texnologiyanın imkanlarından maksimum səmərəli istifadə etmələri üçün onlara düzgün istiqamət verilməlidir.

Bu məsələdə həm valideynlərin, həm müəllimlərin, həm də ümumilikdə təhsil sisteminin üzərinə böyük məsuliyyət düşür. Uşaqların vaxtdan səmərəli istifadəsi, tədris prosesində texnologiyanın düzgün tətbiqi və rəqəmsal savadlılığın artırılması artıq zəruri tələblərdən biridir.

Görüləcək tədbirlər sistemli və ardıcıl olmalıdır. Məktəblərdə süni intellektdən təhlükəsiz istifadə qaydalarının tədrisi, maarifləndirici proqramların həyata keçirilməsi və uşaqların həm intellektual, həm sosial inkişafını əhatə edən kompleks tədbirlər planı hazırlanmalıdır. Əminik ki, bu addımlar atıldıqca müsbət nəticələri həm müşahidə edəcəyik, həm də cəmiyyət olaraq bundan faydalanacağıq”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elnarə Akimovanın sözlərinə görə, süni intellektdən geniş istifadə həm böyük imkanlar yaradır, həm də ciddi risklər meydana çıxarır:

“Bu risklərə qarşı paralel şəkildə hüquqi, texnoloji, həm də sosial sahələrdə təsirli addımlar atılmalıdır. Bu sahədə ən həssas mövzulardan biri uşaqların təhlükəsizliyidir. Araşdırmalar göstərir ki, uşaqlar süni intellektlə daha çox vaxt keçirir, bəzən onu real münasibətlərin əvəzinə qoyur və bu, sosial inkişafda problemlərə səbəb ola bilir. Süni intellektin uşaqlarla qeyri-uyğun dialoqa girməsi və onların öyrənmə prosesini zəiflətməsi faktları da narahatlıq yaradır. Buna görə həm ailələr, həm müəllimlər, həm də platformaların özləri uşaqlar üçün təhlükəsiz rejimlər yaratmalı, yaşa uyğun məzmun filtrləri və istifadə məhdudiyyətləri tətbiq edilməlidir.

Digər vacib məsələ müəllif hüquqlarıdır. Xalq mahnılarının, filmlərin və digər mədəni irs nümunələrinin süni intellekt tərəfindən yenidən işlənmiş versiyalarının milyonlarla baxış toplaması bu sahədə ciddi hüquqi boşluqları üzə çıxarır. Orijinal yaradıcıların hüquqlarının pozulmaması üçün aranjemanların hüquqi statusu dəqiq müəyyənləşdirilməli, gəlir bölgüsü və icazə mexanizmləri formalaşdırılmalıdır.

Süni intellektin cinayət məqsədilə istifadə riski də artmaqdadır. Bir çox ölkələr artıq platformalardan tələb edir ki, potensial təhlükəli fəaliyyətləri aşkar etdikdə hüquq mühafizə orqanlarına məlumat versinlər. Bu istiqamətdə şəffaf protokollar, risk aşkarlama alqoritmləri və dövlət–platforma əməkdaşlığı gücləndirilməlidir.

Son olaraq qeyd etmək istəyirəm ki, məxfilik məsələsi isə ən fundamental narahatlıq olaraq qalır. Süni intellektdən istifadə edən qurumların, şəxslərin və cihazların getdikcə artması məlumatların kim tərəfindən, necə saxlandığı və kimin buna çıxışı olduğu suallarını aktuallaşdırır. Hər bir istifadəçinin şəxsi məlumatları güclü şifrələmə, məxfiliklə bağlı hüquqi çərçivələr və şəffaf məlumat emalı siyasətləri ilə qorunmalıdır. Heç bir süni intellekt sisteminə tam etibar etmək mümkün deyil; etibar yalnız onun nə etdiyini və məlumatları necə emal etdiyini açıq şəkildə göstərməsi ilə formalaşır”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin üzvü, deputat Günay Ağamalı qeyd edib ki, müasir dövrün ən mühüm çağırışlarından biri süni intellektin sürətli inkişafı və onun cəmiyyət həyatına nüfuzu ilə bağlıdır:

"Süni intellekt təhsil, iqtisadiyyat, idarəetmə, səhiyyə və bir çox sahələrdə yeni imkanlar açır. Lakin bu texnoloji irəliləyişlə paralel, xüsusilə uşaqların psixoloji sağlamlığı, sosial davranışları və hüquqlarının qorunması sahəsində ciddi risklər də ortaya çıxmaqdadır.

Son illər aparılan araşdırmalar göstərir ki, uşaqlar bəzən valideyn və müəllimlərindən daha çox süni intellekt platformalarına inanır, onlarla emosional münasibət qururlar. Bu isə olduqca təhlükəlidir. Çünki süni intellekt nə insan dəyərlər sistemini, nə də etik məsuliyyəti öz üzərinə götürə bilmir. Uşaqların süni intellektlə “dostlaşması”, ondan məsləhət alması, şəxsi məlumatlarını paylaşması həssas yaş dövründə şəxsiyyət formalaşmasına mənfi təsir göstərə, onları real həyatdan, sosial mühitdən uzaqlaşdıra bilər.

Biz süni intellektdən istifadəni qadağan etməli deyilik, ondan düzgün istifadə mexanizmlərini uşaqlara izah etməliyik.

Valideynlər uşaqların süni intellektlə necə və hansı məqsədlə ünsiyyət qurduğunu izləməli, onları yönlətməlidirlər. Süni intellektdən istifadə tədris prosesinə inteqrasiya olunarkən, onun məqsədi uşağın təfəkkürünü əvəzləmək yox, inkişaf etdirmək olmalıdır. Məktəblərdə süni intellekt savadlılığı üzrə dərslərin keçirilməsi də məqsədəuyğundur.

Süni intellekt inkişafdan geri dönməyən bir prosesdir və onu dayandırmaq mümkün deyil. Uşaqların hüquqlarının qorunması, onların sağlam sosial inkişafı, milli-mənəvi dəyərlər əsasında formalaşması dövlətimizin strateji prioritetidir. Bu sahədə təhsil müəssisələri, valideynlər birgə fəaliyyət göstərməli, məsuliyyətli yanaşmanı əsas prinsipə çevirməlidirlər”. 

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov isə bildirib ki, süni intellekt artıq həyatımıza çox sürətlə daxil olub və bu proses nəzarətsiz davam edərsə, bəzi ciddi problemlər yarada bilər:

 

“Ona görə də əsas məsələ süni intellekti qadağan etmək yox, onu düzgün idarə etmək və sağlam çərçivəyə salmaqdır. Əlbətdəki ən həssas mövzulardan biri uşaqların qorunmasıdır. Bu gün bir çox uşaq valideynindən və müəllimindən daha çox süni intellektlə ünsiyyətdə olur. Süni intellekt bəzən uşaqlarla həddindən artıq yaxın, emosional dialoqa girir bu da real sosial münasibətlərin zəifləməsinə səbəb ola bilər. Uşağın süni intellekti dost kimi görməsi, ona sirlərini danışması psixoloji asılılıq yarada bilər. Araşdırmalar göstərir ki, dərsləri yalnız süni intellekt vasitəsilə öyrənən uşaqlar məlumatı tez əldə etsələr də, onu uzun müddət yadda saxlamırlar. Bu səbəbdən uşaqlar üçün yaş məhdudiyyətləri, valideyn nəzarəti alətləri və maarifləndirmə mütləq olmalıdır. Yəni süni intellekt uşaq üçün əsas öyrədən yox, köməkçi rolunda qalmalıdır. Müəllif hüquqları da ciddi problem olaraq qalır. Xalq mahnıları, filmlər, arxiv materialları süni intellekt tərəfindən yenidən işlənir və bəzən müəllifin adı belə qeyd olunmur. Bu, mədəni irsin kommersiya məqsədilə icazəsiz istifadəsinə gətirib çıxara bilər. Düşünürəm ki, burada açıq qaydalar olmalıdır hansı materialdan istifadə olunub, müəllif kimdir və gəlir necə bölüşdürülür və s. bunlar şəffaf şəkildə göstərilməlidir. Cinayət riski də göz ardı edilə bilməz. Süni intellekt bu gün dələduzluq, deepfake videolar, şantaj və manipulyasiya üçün istifadə olunur. Məxfilik məsələsinə gəldikdə isə, burada ən sadə qayda budur süni intellektə kor-koranə etibar etmək olmaz. Bu sistemlər böyük həcmdə şəxsi məlumatla işləyir. Düşünürəm ki, xüsusilə dövlət qurumlarında və vəzifəli şəxslər üçün məlumatların harada saxlanması, kimlərin çıxışı olması və necə qorunduğu açıq şəkildə tənzimlənməlidir. İstifadəçilər də süni intellektlə bölüşdükləri məlumatın məsuliyyətini dərk etməlidirlər”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu qeyd edib ki, süni intellektin imkanları ilə yanaşı, müəyyən təhlükələr də mövcuddur və bu risklər xüsusilə uşaqlar üçün daha həssasdır: “Araşdırmalar göstərir ki, uşaqlar bəzən valideyn və müəllimlərindən daha çox süni intellektlə ünsiyyətdə olur, onunla emosional bağ qurur və hətta şəxsi məlumatlarını bölüşürlər. Bəzi hallarda süni intellektin uşaqlarla qeyri-münasib dialoqa girməsi faktları da qeydə alınıb.

The Economist-in vurğuladığı kimi, süni intellekt üçün uşaqlar bir növ laboratoriya rolunu oynayır – sistem onların suallarına uyğun formalaşır və özünü təkmilləşdirir. Bundan başqa, dərslərini süni intellektlə edən uşaqlarda öyrəndiklərini daha tez unutma, yaradıcı və analitik düşüncənin zəifləməsi kimi hallar müşahidə edilir.

Bu risklərin qarşısını almaq üçün bir sıra addımlar vacibdir: valideyn nəzarətinin artırılması, məktəblərdə rəqəmsal təhlükəsizlik və süni intellektdən düzgün istifadə üzrə tədrisin gücləndirilməsi, uşaqlar üçün etik və texniki məhdudiyyətlərin tətbiqi, texnologiya şirkətlərinin məsuliyyətinin artırılması və uşaqların real sosial bacarıqlarının inkişaf etdirilməsi.

Nəticə etibarilə, məqsəd süni intellektdən istifadəni məhdudlaşdırmaq deyil, onu uşaqlar üçün təhlükəsiz, nəzarətli və sağlam inkişafı dəstəkləyən şəkildə yönləndirməkdir”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin üzvü, deputat Könül Nurullayev bildirib ki, uşaq hüquqlarının pozulması Süni İntellektin potensial təhlükələrindən biridir:

“Belə ki, süni intellektin uşaqlarla qeyri - münasib dialoqa girmə faktları müşahidə edilir. Bəzi uşaqlar hətta real həyatdan qoparaq, süni intellektlə dostluq edir, onunla sirlərini bölüşürlər. Burada ilk növbədə uşaqların şəxsi məlumatları toplanarkən minimum məlumat prinsipi tətbiq olunmalıdır, məlumatlar şifrələnməli və valideyn razılığı alınmalıdır. Eyni zamanda zərərli məzmunun qarşısının alınması da əsas şərtlərdən biridir. Belə ki, süni intellekt sistemləri uşaq üçün uyğun olmayan məzmunu dərhal filtr etməlidir. Həmçinin xüsusilə təhsil və sağlamlıqla bağlı qərarlar təkcə Sİ tərəfindən deyil, mütləq insan nəzarəti ilə verilməlidir.

Burada ən vacib məqamlardan biri Süni İntellekt alətlərinin uşaqların inkişaf səviyyəsinə uyğun hazırlanmasıdır. Həmçinin asılılıq yaradan mexanizmlər yolverilməzdir. Dövlətlər və qurumlar uşaq hüquqları ilə bağlı qanunları Süni İntellekt sahəsində tətbiq etməli, müasir tələblərə uyğun yeniləməlidirlər. 

Süni intellektin üstünlüklərinə gəlincə, kiberzorakılıq, təhqir və təhdidləri analiz edib valideynləri, məktəbləri vaxtında xəbərdar edə bilər. Burada əsas məsələ təhlükəsiz internet mühiti yaratmaqdır. Uşaqlar üçün xüsusi tətbiqlər və axtarış sistemləri Sİ ilə daha ağıllı filtrasiya apara bilər.

Təbii ki, valideyn nəzarətinin gücləndirilməsi başlıca şərtdir. Sİ əsaslı valideyn nəzarət alətləri uşağın ekran vaxtını, istifadə etdiyi məzmunu və tətbiqləri təhlükəsiz şəkildə idarə etməyə kömək edir.

Yəni, risklərin vaxtında göstərilməsi, daha təhlükəsiz rəqəmsal mühit yaradılması vacibdir. Bir sözlə, Süni İntellekt “uşağın mənafeyi” prinsipini əsas götürməli, texnologiya uşağa zərər yox, fayda verməlidir”.





Oxşar xəbərlər


Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
2026-11-02
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
2026-11-02
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib
2026-11-01