Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Yeni Azərbaycan Partiyası - Dövlətçiliyin və Sabitliyin Təminatçısı

2025-11-20 11:56:25 245 baxış
Xəbər şəkil

Azərbaycanın müasir siyasi tarixində Yeni Azərbaycan Partiyasının yaranması xüsusi əhəmiyyət daşıyır. 1990-cı illərin əvvəlləri ölkə üçün mürəkkəb və taleyüklü dövr idi. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan daxili siyasi böhran, iqtisadi çətinliklər və Ermənistanın davam edən hərbi təcavüzü ilə üz-üzə idi. O dövrdə cəmiyyətin təhlükəsizliyi və dövlətçiliyin möhkəmlənməsi üçün güclü və milli maraqlara əsaslanan siyasi qüvvəyə böyük ehtiyac vardı. Məhz bu reallıq “91-lər”in tarixi müraciətində öz əksini tapdı. Ölkənin ziyalıları, ictimai-siyasi xadimləri və milli məsuliyyət hissi ilə hərəkət edən şəxslər xalqın ümummilli lideri Heydər Əliyevin yenidən siyasi proseslərə qayıdışını tələb edən müraciət verdilər. Bu müraciət yalnız siyasi təşəbbüs deyildi, həm də Azərbaycan dövlətçiliyinin xilası, milli birlik və sabitliyin təmin olunması üçün tarixi çağırış idi.
1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis edilməsi ölkənin siyasi meydanında lider siyasi qüvvənin formalaşmasına yol açdı. YAP ilk gündən özünü xalqın partiyası kimi təsdiqlədi. Onun ideoloji xətti milli dövlətçilik, sabitlik, inkişaf və xalqla birliyi əsas prinsiplər kimi müəyyən etdi. Qısa müddətdə partiya cəmiyyətin bütün təbəqələrində dəstək qazandı və Azərbaycan siyasi sistemində aparıcı rol oynamağa başladı. YAP təkcə siyasi təşkilat deyil, həm də dövlətin güclü idarəçiliyinin və ictimai dəstəyin təmin olunmasında mühüm institut olaraq formalaşdı.
Yeni Azərbaycan Partiyasının inkişaf yolunda keçirilən qurultaylar xüsusi mərhələlər kimi tarixə düşmüşdür. Ümumilikdə 7 qurultay partiyanın fəaliyyət strategiyasının, ideoloji xəttinin və təşkilati strukturunun müəyyənləşdirilməsində həlledici rol oynamışdır. Hər bir qurultay partiyanın qarşısında duran yeni vəzifələri müəyyənləşdirmiş, fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və struktur islahatlarına imkan yaratmışdır. Bu qurultaylar YAP-ın regionda nüfuzunu möhkəmləndirməsinə və Azərbaycan cəmiyyətində siyasi aparıcı qüvvə kimi rolunu artırmasına şərait yaratmışdır. Xüsusilə Prezident İlham Əliyevin partiyanın Sədri seçilməsi YAP-ın inkişafında yeni mərhələ açdı. Onun rəhbərliyi ilə partiya təşkilati baxımdan gücləndi, sıraları genişləndi, ideoloji və fəaliyyət prinsipləri müasirləşdi və YAP təkcə ölkə miqyasında deyil, Cənubi Qafqazda da ən nüfuzlu siyasi təşkilata çevrildi.
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı. Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr qoydu. Partiyanın VII qurultayı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Yeni qərarların qəbulu YAP-ın gələcək fəaliyyətinə bələdçilik edir. Yeni tərkib formalaşdı, yeni Nizamnamə qəbul olundu. Dövlət başçısı, YAP Sədri İlham Əliyevin tapşırığına uyğun olaraq müasir dövrün yeniliklərini, çağırışlarını özündə ehtiva edən yeni Proqram hazırlandı və 2021-ci ilin sonunda təsdiqləndi. Yeni Proqramın əsas devizi “Biz birlikdə güclüyük!” oldu. Prezident İlham Əliyevin VII qurultaydakı çıxışı isə partiyanın həm milli, həm də regional səviyyədə rolunu bir daha vurğuladı: “YAP son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiyadır. Hazırda YAP-ın 730.354 üzvü var... Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.” Bu sözlər YAP-ın gücünü, təşkilati potensialını və cəmiyyət qarşısında məsuliyyətini aydın şəkildə ifadə edir.
Yeni Azərbaycan Partiyası yalnız ölkə daxilində deyil, həm də regionda nüfuzlu siyasi institut kimi fəaliyyət göstərir. Partiyanın təşəbbüsü ilə aparılan partiyalararası dialoq ölkədə sağlam siyasi mühitin formalaşmasına, qarşılıqlı anlaşma və əməkdaşlığın genişlənməsinə xidmət edir. YAP həm dövlət maraqlarının qorunmasına, həm də demokratik dəyərlərin inkişafına töhfə verir. Eyni zamanda partiya milli birlik və həmrəylik uğrunda yeni səhifə açaraq müxtəlif sosial və siyasi qrupları bir araya gətirir, dövlət siyasətinə dəstək verən konstruktiv platforma yaradır.
Bu gün YAP yeni zirvələrə doğru inamla addımlayır. Partiya dövlətçilik ideyalarına sadiq qalaraq Azərbaycanın inkişaf strategiyasının həyata keçirilməsində aparıcı missiyasını davam etdirir. O, həm sosial-iqtisadi inkişafın, həm modernləşmənin, həm də milli maraqların təmin olunmasında etibarlı dayağa çevrilmişdir. Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrini əhatə edən geniş sosial bazası və regionda nüfuzlu mövqeyi ilə Azərbaycanın gələcək hədəflərinə doğru inamla irəliləyir.
Bir sözlə, Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyası yeni Proqramda əksini tapan hədəfləri zamanında reallığa çevirməklə Ümummilli Liderin şah əsəri olan müasir müstəqil, eyni zamanda, qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfəsini verəcək. YAP “Biz birlikdə güclüyük!” deyib bu hədəfə tezliklə nail olmaq üçün bütün qüvvə və bacarığını səfərbər edib. 

Xalidə Sadıqova,
Salyan şəhər 2 saylı uşaq bağçasının müdiri, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01