Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

İqtisadi əməkdaşlıq Azərbaycan-Qazaxıstan strateji münasibətlərinin əsas sütununa çevrilir

2025-10-21 20:42:15 3106 baxış
Xəbər şəkil

Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər bu gün strateji tərəfdaşlıq və dərin etimad üzərində qurulmuş, çoxşaxəli əməkdaşlıq nümunəsi kimi fərqlənir. Hər iki dövlət ortaq tarixə, mədəni köklərə və türk birliyinin güclənməsi ideyasına sadiq qalaraq, siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı maraqlara əsaslanan möhkəm əməkdaşlıq əlaqələri formalaşdırıb.
Məhz bu əməkdaşlığın dinamik inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 oktyabr 2025-ci ildə Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibəsində də ətraflı şəkildə əksini tapıb. Dövlət başçısının müsahibəsi zamanı səsləndirdiyi fikirlər Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı mərhələsini və gələcək inkişaf perspektivlərini aydın göstərir. Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın spektri son illərdə daha da genişlənib, qarşılıqlı fəaliyyətin davamlı artımı hər iki tərəf üçün mühüm nəticələr doğurur.
Azərbaycan və Qazaxıstan ardıcıl şəkildə birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı dərinləşdirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes dairələri arasında fəal dialoq və qarşılıqlı etimad mühitinin nəticəsidir. Prezident İlham Əliyevin sözlərinə görə, bu günə qədər Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturunun fəaliyyəti qeydə alınıb. Bu fakt ölkəmizin sabit və açıq investisiya mühitinə olan yüksək inamın göstəricisidir və iqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin yaradır.
Ticarət dövriyyəsində də əhəmiyyətli artım müşahidə olunur. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin ilk səkkiz ayında isə bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çox – 547 milyon dollara çatıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu artım Orta Dəhlizin imkanlarından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi ilə birbaşa bağlıdır.
Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı da yüksələn xətt üzrə inkişaf edir. Hazırda Azərbaycanın Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiyalar 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər iki ölkənin uzunmüddətli iqtisadi tərəfdaşlığa və qarşılıqlı inkişaf hədəflərinə sadiqliyini nümayiş etdirir.
Eyni zamanda, nəqliyyat-logistika sahəsində əməkdaşlıq regional iqtisadi inteqrasiyanın və yeni ticarət marşrutlarının inkişafında strateji əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu istiqamətdə Orta Dəhliz mühüm rol oynayır və onun səmərəli fəaliyyəti həm Azərbaycan, həm də Qazaxıstan üçün yeni iqtisadi imkanlar açır. 2024-cü ildə iki ölkə arasında tranzit daşımalarının həcmi əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub.
Bu əməkdaşlığın dərinləşməsinə xidmət edən mühüm sənədlərdən biri 2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan arasında imzalanmış “2022–2027-ci illər üçün Orta Dəhlizin inkişafı və istismarı üzrə Yol Xəritəsi”dir. Sənədin məqsədi nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafı, əməliyyatların optimallaşdırılması və vahid tarif siyasətinin həyata keçirilməsidir. Bununla yanaşı, Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi də regional rəqəmsal inteqrasiyanın yeni mərhələsinə təkan verəcək. 2025-ci ilin martında Bakıda imzalanmış bu müqaviləyə əsasən, layihənin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır.
Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsində vurğuladığı kimi, bu gün Azərbaycan-Qazaxıstan münasibətləri qarşılıqlı etimad, strateji baxış və qardaşlıq prinsipləri üzərində qurulub. Dövlət başçısının fikirləri bir daha göstərir ki, iki ölkə arasında iqtisadi tərəfdaşlıq sadəcə ticarət və sərmayə münasibətləri ilə məhdudlaşmır, əksinə, regionda sabitlik, dayanıqlı inkişaf və ortaq gələcəyə yönəlmiş genişmiqyaslı strateji əməkdaşlıq modelinə çevrilib.

Anar Hacıyev,
YAP Salyan rayon təşkilatının fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01