Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Zəfərin başlanğıc tarixi

2025-10-01 22:49:10 1787 baxış
Xəbər şəkil

XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan 1991–1993-cü illərdə ağır sınaqlardan keçirdi. Siyasi xaos, dövlət institutlarının iflic vəziyyəti, qanunsuz silahlı dəstələrin meydan sulaması ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Xarici qüvvələrin təzyiqləri və Ermənistanın təcavüzü fonunda Azərbaycan dövləti demək olar ki, məhv olmaq ərəfəsində idi. Məhz belə bir tarixi anda xalq öz xilaskarını – Ulu Öndər Heydər Əliyevi seçdi. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri təkcə siyasi qərar deyil, dövlətçiliyin xilası və gələcəyin təminatı idi. Ulu Öndərin siyasi missiyası isə xalqın xilası oldu. Oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyevin xalqa verdiyi vəd – “ömrümün sonuna qədər Azərbaycan xalqına xidmət edəcəyəm” – dövlət başçısının xilaskarlıq missiyasının mahiyyətini bir daha göstərirdi.
İlk addım kimi ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qiyam və vətəndaş qarşıdurmalarına son qoyuldu, dövlətçiliyi dağıtmaq istəyən qüvvələr zərərsizləşdirildi. Ordu quruculuğuna başlanıldı, hüquqi dövlətin əsasları qoyuldu və xalq dövlətinə sahib çıxdı. 1990-cı illərin əvvəlində Azərbaycan dövlətçiliyi uçurumun kənarına gətirilmişdi. Xaos, parçalanma, silahlı dəstələrin hakimiyyət uğrunda çəkişməsi – bunların hamısı ölkəni məhvə aparırdı. Bir tərəfdən Ermənistanın hərbi təcavüzü, digər tərəfdən isə daxildə xəyanət və xəfif düşüncə xalqı ümidsizliyə sürükləmişdi.  Məhz belə bir çətin anda xalq ümidini Ulu Öndər Heydər Əliyevə bağladı. Həmin illərin ortalarında Azərbaycan iqtisadi cəhətdən iflic olmuşdu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, liberal iqtisadi mühitin yaradılması ölkəni böhrandan çıxardı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın qlobal enerji məkanına daxil olmasını təmin etdi və müstəqilliyimizin möhkəmlənməsində həlledici rol oynadı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi transmilli layihələr yalnız iqtisadi deyil, həm də siyasi qələbə idi. Azərbaycan regionda enerji təhlükəsizliyinin əsas təminatçısına çevrildi. 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycan dövlətçiliyinin hüquqi bünövrəsini formalaşdırdı. Dövlət hakimiyyətinin bölgüsü, insan hüquq və azadlıqlarının təminatı, demokratik prinsiplərin tətbiqi bu sənəddə təsbit olundu. Müstəqil məhkəmə sistemi yaradıldı, kütləvi informasiya vasitələrində senzura ləğv edildi, ölüm hökmü aradan qaldırıldı. Bütün bunlar dövlət idarəçiliyində demokratik prinsiplərin möhkəmlənməsinə xidmət etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırdı. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq müstəviyə çıxarılması, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrin qəbul edilməsi onun diplomatik məharətinin nəticəsi idi. Azərbaycan qlobal enerji və nəqliyyat layihələrinin mərkəzinə çevrilməklə yanaşı, beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş imici qazandı. Ulu öndər Heydər Əliyev təkcə daxildə deyil, beynəlxalq aləmdə də Azərbaycanın mövqeyini gücləndirdi. Müstəqil Azərbaycan dünya dövlətləri içində layiqli yerini tutdu, qlobal layihələrin ayrılmaz hissəsinə çevrildi. Onun uzaqgörən diplomatiyası nəticəsində Azərbaycan etibarlı tərəfdaş kimi tanındı, bölgədə söz sahibinə çevrildi.
Bu gün Azərbaycan qalib ölkədir. 2020-ci ilin Vətən müharibəsi ilə tarixi ədalət bərpa olundu, 2023-cü ildə isə antiterror tədbirləri ilə suverenlik tam təmin edildi. Bu qələbələrin kökündə 1993-cü ilin 3 oktyabrında qoyulan möhkəm təməl dayanır. Cənab Prezident İlham Əliyev həmin yolu uğurla davam etdirərək Azərbaycanın gücünü, müstəqilliyini və mövqeyini daha da yüksəltdi. Əgər Ulu Öndər Heydər Əliyev xalqı uçurumdan qurtardısa, cənab Prezident İlham Əliyev bu xalqı zirvələrə, qələbələrə ucaltdı. 3 oktyabr tarixi Azərbaycan xalqının yaddaşında qurtuluş, xilaskar, dirçəliş günü kimi həmişə yaşayacaq. Bu gün yalnız bir siyasi hadisənin deyil, bir millətin taleyinin dəyişdiyi gündür. Artıq  Azərbaycan regional və qlobal miqyasda söz sahibidir. Bu, Ulu Öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl və cənab Prezident İlham Əliyevin qətiyyətli siyasətinin vəhdətindən doğan reallıqdır. Ulu Öndər Heydər Əliyevin irsi bu gün də yolumuzu işıqlandırır, cənab  Prezident İlham Əliyevin siyasətində öz bəhrəsini verir. Xalqımızın ən böyük gücü də məhz bundadır. Bizim liderlərimiz dövlətimizi qoruyur, gücləndirir və qələbələrə aparır.

Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01