44 günlük Vətən müharibəsi şəhidi Əlirza Rzayevin xatirəsi anılıb
Salyan şəhərində 44 günlük Vətən müharibəsi şəhidi Rzayev Əlirza Mehman oğlunun anadan olmasının 25, şəhidliyə ucalmasının isə 5-ci ildönümü münasibətilə ailəsi ziyarət olunub. Ziyarətdə Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, sədr müavini Aqşin Babayev, təşkilatın əməkdaşları və partiya fəalları, həmçinin Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova və rayon Mərkəzi Kitabxanasının direktoru Səidə Əliyeva iştirak ediblər.
Tədbir zamanı şəhid Əlirza Rzayevin keçdiyi şərəfli döyüş yolu, Vətənə olan sarsılmaz sevgisi və göstərdiyi qəhrəmanlıqlardan bəhs olunub. Qeyd edilib ki, onun igidliyi bugünkü gənclər üçün nümunədir və daim xalqımızın yaddaşında yaşayacaqdır.
Görüş çərçivəsində şəhidin anası Gülnarə Rzayevaya, YAP Salyan rayon təşkilatı adından üzərində şəhidin şəkilləri əks olunmuş xatirə saatı təqdim edilib.
Sonda şəhidin anası övladının xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib, bunun onun üçün böyük qürur mənbəyi olduğunu qeyd edib.
Allah rəhmət eləsin!




