Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

44 günlük İkinci Qarabağ müharibəsi  dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi.

2025-09-26 11:15:42 9087 baxış
Xəbər şəkil

       27 sentyabrda başlanan və  zəfər ilə bitən ikinci Qarabağ müharibəsi təkcə xalqımız üçün anım günü deyil, həm də iki əsrlik müstəqillik tariximizin qəhrəmanlıq səhifəsidir. Təqvimin bu günündə Azərbaycan xalqı qəhrəmanlığını, mücadilə əzmini dünyaya nümayiş etdirməklə bir daha bəyan etdi ki, bizim üçün Vətən məhəbbəti sıradan bir hiss deyil, biz Vətənimizi sevə və uğrunda şərəflə ölə bilərik!  Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq dövlət başçısı cənab İlham Əliyevin  2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir. Sentyabrın 27-si tarixi Zəfərimizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə gedən yolun başlanğıcı oldu. Beş il bundan öncə İkinci Qarabağ müharibəsinin başlanmasını şərtləndirən amillər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hər bir çıxışında əsaslı şəkildə diqqətə çatdırılır. Bu baxımdan dövlətimizin başçısının “Müharibə olmaya da bilərdi” çağırışı özündə bütün məqamları ehtiva edir. 44 gün davam edən Vətən müharibəsi zamanı otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğalçılardan təmizləndi. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsini uca tutur. 44 günün hər anını tariximizə Zəfər günü kimi yazan Vətən övladları bir daha sübut etdilər ki, Azərbaycan xalqı yenilməz, məğrur xalqdır, tarixinə, torpaqlarına hər zaman sahib çıxan xalqdır. Tarixi ədalətin bərpasının  böyük səylər, qətiyyət tələb etdiyini Azərbaycan dövləti, xalqı 44 günlük müharibədə sübuta yetirdi. 30 ilə yaxın dövrdə  işğal altında qalan torpaqlarımız  erməni vəhşiliklərinin, vandalizminin şahidi olmaqla yanaşı, əyilməzliyin simvoluna çevrildi. Bu torpaqlar öz tarixi sahibinə qovuşacağı günü gözləyirdi və əmin idi ki, qovuşacaq. 
       27 sentyabr bizim üçün həm də dünyanın görməzdən gəldiyi ədalətin təmin olunduğu günün başlanğıcıdır. 20 faiz torpağı işğal olunan ölkəmizin, övladının qanı axıdılan, terrora məruz qalan, evindən didərgin salınmış  xalqımızın cavab haqqı 2020-ci ilin sentyabrında gəldi. Biz halal torpaqlarımızın 30 illik işğal dönəmində dövlət, xalq olaraq düşmənlə ləyaqətlə davrandıq, onlara, himayadarlarına anlatmağa çalışdıq ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir, biz müharibə istəmirik. Amma düşmən bunu anlayışla qəbul etmədi, əksinə təmas xəttində böyük güclərin, anti-Azərbaycan qüvvələrin himayədarlığı ilə təxribata əl atdılar. Halbuki, böyük güclər, dediyimiz həmin o qüvvələr beynəlxalq hüququn norma və prinsipinə uygun olaraq Qarabağ problemini ədalətli şəkildə həll etməyi öhdəlik kimi üzərinə götürmüşdülər. ATƏT və digər beynəlxalq qurumların fəaliyyətsizliyi onu deməyə əsas verirdi ki, onlar ədalətə, sülhə deyil, əslində, şərə xidmət edirlər. Bu, ölü doğulmuş, indiki vəziyyətdə tarixin arxivində  olan keçmiş Minsk qrupunun fəaliyyətində aydın şəkildə özünü göstərirdi.
       Bundan ilhamlanan Ermənistanın  yeni rəhbərliyinin qəbulolunmaz davranışları, “Qarabağ Ermənistandır və nöqtə” kimi populist xarakterli məsuliyyətsiz bəyanatları, bundan başqa Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri, Ermənistan silahlı qüvvələrinin təmas xəttində təxribatçı hərəkətlərinə qəhrəman ordumuzun cavabı öldürücü oldu. Diplomatik masalarda, beynəlxalq forumlarda erməni yalanlarını ifşa edərək qarşı tərəfə tarix dərsi keçən Prezident İlham Əliyev bu dəfə Ali Baş Komandan kimi cəbhə xəttində düşmənə hərbi dərs verdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli ordumuz 44 gün ərzində pərən-pərən olan düşmənin silahlı qüvvələrini  ağ bayraq qaldırmağa və Ermənistan rəhbərliyini rəzil təslimçilik aktına imza atmağa məcbur etdi. 
       Məhz bundan sonra  biz tarixi yurd yerimizə sahib olduq. Prezident İlham Əliyev iki əsrlik tariximizdə Vətəni bütövləşdirən lider kimi qəhrəmanlıq səhifəsi yaradaraq fenomen kimi ilkə imza atdı. 44 günlük münaqişə dövründə düşmənlə ideoloji, diplomatik, hərbi savaşlardan qalib ayrılaraq  ümumxalq sevgisi qazandı və mütləq qəhrəman oldu. Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə bu savaşda Azərbaycan ordusu müharibə qaydalarına tam əməl etməklə qarşı tərəfə həm də ləyaqət dərsi keçdi. 44 günlük Qarabağ müharibəsində hərbi əsirlərə qarşı qeyri-insani rəftar, vəhşilik, zorakılıqla dünyanı heyrətləndirən Ermənistan ordusundan fərqli olaraq Silahlı Qüvvələrimiz mülki şəxsləri hədəf götürmədi. Beynəlxalq hüquqa hörmətlə yanaşan ölkəmiz əsir götürülən hərbçilərə insani münasibət göstərdi. Ölkələrinə təhvil verilən hərbi əsirlər bu həqiqəti vətənlərində belə etiraf etmək məcburiyyətində qaldılar. Çünki öldürmək, baş kəsmək erməni  işi, erməni xislətidir. Hər zaman qan tökməyin əleyhinə olan Azərbaycan illərdir ki, regionda sülhün bərqərar olmasına çalışır, öz tarixi torpaqlarında xoşbəxt bir ömür yaşamaq istəyirdi. Bu tarixi xoşbəxtliyi Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan yaşadı. 
       Bu gün bütövləşən Azərbaycanın hər yerində-işğaldan azad edilmiş Qarabağımızda müqəddəs bayrağımız dalğalanır. Bir vətəndaş üçün bundan böyük xoşbəxtlikmi var? Bizə bu sevinci yaşadan şəhidlərimizi, qazilərimizi qürurla anır, hüzurlarında  baş əyirik. 

Rəşad Kərimov,
Salyan RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları 
və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 
Vətən müharibəsi iştirakçısı

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01