Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Trampın ən yaxın adamı Bakını nişan verdi

2025-05-19 10:20:08 288 baxış
Xəbər şəkil

Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması ölkəmizə nə vəd edəcək?

Azərbaycan tezliklə “İbrahim sazişləri”nə qoşula biləcək ölkələr sırasındadır. APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof “Breitbart”a müsahibəsində bildirib. Onun sözlərinə görə, yaxın bir neçə ay ərzində bu sazişə 4-6 ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Suriya və Livan qoşula bilər.

Yada salaq ki, ABŞ-ın 50-dən çox yəhudi ravvini “İbrahim sazişləri”nın genişləndirilməsi və türk dövlətlərini (Azərbaycan, Qazaxıstan və Özbəkistan) ora daxil etməklə bağlı ABŞ Prezidenti Donald Trampa müraciət edib. Eyni zamanda artıq bir müddətdir ki, Azərbaycanın “İbrahim sazişləri” çərçivəsinə qoşulacağı müzakirə edilir.

Bu barədə ABŞ-ın “Forbes” jurnalında məqalə dərc edilib. Yazıda “İbrahim sazişləri” çərçivəsinə qoşulmaq üçün namizəd olan ölkələrdən birinin Azərbaycan olduğu qeyd edilib.

“İbrahim sazişləri (Abraham Accords)” siyasi termin olaraq ilk dəfə ABŞ Prezidenti Donald Tramp və onun yeznəsi Jared Kuşner tərəfindən dilə gətirilib.

“İbrahim sazişləri” 2020-ci ildə rəsmi olaraq tətbiq olunmağa başlamış ərəb dövlətləri və İsrail arasında barışığı ehtiva edən plandır. Planın iki əsas hissəsi var, birincisi, Fələstin münaqişəsinin həlli və yeni Fələstin dövlətinin yaradılması, mövcud torpaqların BMT qərarlarından fərqli şəkildə, daha çox İsrailin xeyrinə bölüşdürülməsidir. İkinci hissəsi isə ərəb region ölkələri ilə İsrail arasında barışıq prosesidir.

günay ağamalı.jpg (169 KB)

 Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, regionun siyasi və iqtisadi konfiqurasiyasında mühüm rol oynayan ölkəmiz eyni zamanda qlobal miqyasda etibarlı tərəfdaşa və söz sahibi olan dövlətə çevrilib: “ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofun Azərbaycanın "İbrahim sazişi"nə qoşulma ehtimalını bildirməsi ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqində qazandığı uğurların və yüksək rolun göstəricisidir. 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail və bir sıra ərəb ölkələri arasında imzalanan “İbrahim sazişləri” Yaxın Şərqin geosiyasi münasibətlər sistemində əsaslı dönüş nöqtəsi kimi qiymətləndirilir. Məhz bu səbəbdən sözügedən saziş İslam dünyası və Təl-Əviv arasında yaxınlaşmanın rəmzinə çevrilib. Birləşmiş Ərəb Əmirlikləri,  Mərakeş, Sudan və Bəhreyn kimi dövlətlər İsraillə diplomatik əlaqələr qurmaqla yanaşı, iqtisadi və təhlükəsizlik əməkdaşlıqlarını da genişləndirirlər. Azərbaycanın “İbrahim sazişləri”nə potensial qoşulma ehtimalı, sadəcə, diplomatik gediş deyil, regionun gələcəyini yenidən müəyyənləşdirə biləcək tarixi addımdır. Bu qərar sayəsində ölkəmiz üçün yeni investisiya imkanları açılacaq, Qərb və İsraillə hərbi texniki əməkdaşlıq daha da inkişaf edəcək və Şərqlə Qərb arasında mühüm strateji mərkəz kimi rolu artacaq. Azərbaycan və İsrail arasında uzun illərdir yüksək səviyyəli strateji tərəfdaşlıq mövcuddur. Tərəflərin enerji, müdafiə sənayesi və texnologiya sahələrində əməkdaşlığı yüksək səviyyədədir. Bununla yanaşı, rəsmi Bakı İslam dünyasının bir parçası olaraq Təl-Əvivin müsəlman dövlətləri ilə münasibətlər qurmasında vasitəçilik rolunu artıra bilər. Bununla paralel, hesab edirəm ki, mövcud situasiya, yəni Bakının “İbrahim sazişi”nə qoşulma ehtimalı Fələstin məsələsinin həllinə öz töhfəsini verəcək".

qaynarinfo.az

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlının fikrincə, Bakı üçün Ankaranın da bu məsələdəki mövqeyi çox vacibdir: “Azərbaycanın bu sazişə qoşulmasının müsbət perspektivləri var. Burada təhlükəsizlik amilinin güclənməsi, İsrailin texnoloji imkanlarına çıxışın genişlənməsi, o cümlədən sazişdə yer alan ərəb ölkələri ilə iqtisadi-siyasi münasibətlərin genişlənməsi, Yaxın Şərqdə mövqelərimizin möhkləmləndirilməsi kimi dividentlər qazanmaq mümkündür. Eyni zamanda ABŞ tərəfindən 907-ci düzəlişin ləğvi də reallaşa bilər. Lakin fikrimcə, iki məsələ Azərbaycan üçün həlledici ola bilər.

Birincisi, Ermənistanla sülh sazişinin imzalanmasıdır. ABŞ Ermənistanın da sazişə qoşulmasını istəyir və bunun üçün əvvəlcə Azərbaycanla sülh sazişi imzalanmalıdır. Tramp Administrasiyası sülh sazişinin hansı prinsiplər çərçivəsində imzalanmasına razı olacaq, Azərbaycanın haqlı tələbləri nəzərə alınacaqmı, Zəngəzur dəhlizinin açılmasına yanaşması necə olacaq? Bu suallara yanaşması Bakının mövqeyinə təsir edə bilər.  İkincisi, Azərbaycanın strateji müttəfiqi olan Türkiyənin məsələyə yanaşmasıdır. Çünki “İbrahim sazişləri”nin  ana hədəfi İsrail vektorlu güc ittifaqının formalaşdırılmasıdır ki, bu da Türkiyənin regional maraqları ilə toqquşa bilər. Bakı üçün Ankaranın da mövqeyinin əsas olacağını düşünürəm".

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03