Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan-Vyetnam münasibətləri dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etməkdədir

2025-05-13 11:04:55 207 baxış
Xəbər şəkil

Mayın 7-də Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə kimi böyük əhəmiyyətə malikdir. Səfər çərçivəsində tərəflər qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi məqsədilə müxtəlif sahələrdə yeni inkişaf istiqamətlərini müzakirə ediblər. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Vyetnam lideri cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq.
Azərbaycan və Vyetnam 60 ildən artıq dövrə söykənən tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur. Azərbaycan və Vyetnam münasibətləri BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlıq kimi xarakterizə olunur. Beynəlxalq hüququn norma və prinsiplərinə və eləcə də BMT TŞ-nın müvafiq qətnamələrinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi ilə ədalətli mövqe sərgiləyən Vyetnamla Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Bu münasibətlər dövlətlərimizin mənafeyinə uyğun ikitərəfli və çoxtərəfli müstəvidə tərəfdaşlığın daha da genişləndirilməsinə zəmin yaradır. Bu günə qədər dövlətlərimiz arasında imzalanmış 20-dən çox müxtəlif məzmunlu Saziş və Anlaşmalar Azərbaycanla Vyetnam arasında siyasi, iqtisadi, elmi, ədəbi-mədəni əlaqələrin möhkəmlənməsinə, mədəni diplomatiyanın güclənməsinə əhəmiyyətli töhfələr verməkdədir. İkitərəfli münasibətlərin inkişafından bəhs edərkən ilk növbədə qeyd etmək lazımdır ki, qarşılıqlı səfərlər fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm təsir göstərib. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə səfəri ikitərəfli əməkdaşlığın təməlini qoyub.
Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama etdiyi səfər isə bu əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradıb. 2014-cü ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın ölkəmizə etdiyi rəsmi səfər qarşılıqlı təşəbbüslərin reallaşmasına töhfə verib. Bu səfərlər çərçivəsində iqtisadiyyat, enerji, ticarət, turizm və digər sahələrdə bir çox strateji sazişlər imzalanıb. Həmçinin Birinci Azərbaycan-Vyetnam biznes forumu da iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayıb. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 223,93 milyon ABŞ dollarına çatıb. Bu göstərici gələcəkdə daha geniş iqtisadi əməkdaşlıq üçün zəmin yaradır. Xüsusilə neft sektorunda 2019-cu ildə SOCAR ilə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” şirkəti arasında imzalanmış müqavilə tərəfdaşlığın genişlənməsinə töhfə verib. Ölkəmizin neft mütəxəssisləri uzun illər Vyetnamın enerji sənayesinin inkişafında mühüm rol oynayıblar. Turizm sahəsində birgə təşəbbüslərin reallaşdırılması da əsas istiqamətlərdən biridir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava xəttinin açılması, mədəni proqramların icrası, səhiyyə və ətraf mühitlə bağlı layihələrin təşviqi bu istiqamətdə imkanları daha da artıracaq. Həmçinin Azərbaycan vyetnamlı tələbələri təqaüd proqramları çərçivəsində təhsil imkanları ilə dəstəkləməyə hazırdır. Prezident İlham Əliyev bildirib ki, bu, akademik mübadilə, elmi tədqiqatlar və Azərbaycanla Vyetnam arasında şəxsi təmasların möhkəmləndirilməsi üzrə imkanları yaxşılaşdıracaq. Dövlətimizin başçısı qeyd edib ki, mübadilə proqramlarının reallaşdırılması, həmçinin elmi-texniki sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı üçün daha bir perspektivli istiqamətə çevrilə bilər. Bu dost ölkələrin strateji işbirliyi tarixən möhkəm bir təməl üzərində qurulmuşdur və gələcək inkişaf üçün geniş imkanlar mövcuddur. İqtisadi, mədəni, humanitar və siyasi sahələrdə əməkdaşlıq iki ölkənin xalqları arasında daha sıx münasibətlərin qurulmasına və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına təkan verəcək. Bu proses, həmçinin gələcəkdə regionda və beynəlxalq arenada daha təsirli birgə fəaliyyət imkanlarının yaranmasına şərait yaradacaq.

Səmra Əhmədova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03