Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

İrəvan öz “dilini kəsən” sənədə imza atıb

2025-05-01 04:21:00 254 baxış
Xəbər şəkil

 

Ermənistan Avropa İttifaqının sərhəddəki missiyasına “gözün üstə qaşın var” deyə bilməz; öhdəliklər özünü müstəqil dövlət hesab edən ölkə üçün əsl həqarətdir

 

Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında Avropa İttifaqının Ermənistandakı missiyasının, yəni EUMA-nın statusu ilə bağlı 2023-cü il dekabrın 8-də imzalanan razılaşma sənədinin 5-ci və 6-cı maddələrində missiyaya, onun əməkdaşlarına verilən imtiyazlardan və immunitetlərdən söz açılır.

 

Məlum olur ki, missiyaya aid obyektlərdən tutmuş sənədlərə kimi hər bir şey toxunulmaz hesab edilir. Ermənistanın hüquq -ühafizə və ya xüsusi xidmət orqanlarının onlara qarşı hər hansı bir hərəkəti qadağan olunur.

 

Bu fikirləri Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri, deputat Ramid Namazov parlamentin “Cənubi Qafqazda sabitliyə "sülh missiyası" adlı hibrid hücum" mövzusunda ictimai müzakirədə səsləndirib.

O bildirib ki, razılaşmaya əsasən, missiyanın əməkdaşları heç bir halda həbs oluna və ya saxlanıla bilməz, Ermənistanın cinayət yurisdiksiyasından bütün hallarda toxunulmazlığa malikdirlər. Eyni zamanda onlar fəaliyyətləri ilə bağlı dedikləri və ya yazdıqları fikirlərə görə mülki və inzibati məsuliyyətdən azad olunurlar, şahid qismində ifadə vermək məcburiyyətində deyillər. Ermənistan ərazisində onlar barəsində cinayət hüquqi və intizam tədbirlərini yalnız vətəndaşı olduqları ölkənin müvafiq qurumları həyata keçirə bilər. Sənədin 11-ci maddəsində göstərilir ki, Ermənistan rəsmiləri EUMA və personalı ilə tam əməkdaşlıq etməli, onları dəstəkləməlidirlər. Aİ-nin Ermənistandakı missiyası əslində kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Adətən marionet dövlətlərdə hansısa missiyanın bu dərəcədə geniş və toxunulmaz statusu olur. Ermənistan da bu kateqoriyada olan ölkə olduğu üçün Aİ missiyası bu imkanlara malikdir.

 

AĞAMALI Günay Fəzail qızı

 

Günay Ağamalı 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı hesab edir ki, Azərbaycan və Gürcüstanda nüfuzunu itirən Avropa İttifaqı geosiyasi uğursuzluqlarını Ermənistan vasitəsilə kompensasiya etmək istəyir: “Rəsmi İrəvan tərəfindən Avropa İttifaqı missiyasına, obrazlı şəkildə ifadə etsək, sərhədsiz imtiyazların tanınması Ermənistanın müstəqil xarici siyasət strategiyası həyata keçirməkdən uzaq olduğunun əyani sübutudur. Nikol Paşinyanın ölkə sərhədlərini üçüncü qüvvələrə açması regional istiqrara ən böyük təhdiddir. Aydındır ki, Avropa İttifaqı bölgənin sabitliyini sarsıtmaqla Ermənistan üzərindən Cənubi Qafqazda açıq şəkildə öz geosiyasi maraqlarını həyata keçirməyə çalışır. İrəvana Avropa Sülh Fondundan əlavə maliyyə vəsaitinin ayrılması, Ermənistana hərbi attaşenin təyin olunması, missiyanın Azərbaycanla şərti sərhəddə qalma müddətinin uzadılması həmin planların icrasına hesablanmış addımlardır. Təbii ki, bu tip qərəzli mövqe iki tərəf arasında davamlı sülh perspektivlərini təhlükə altına atır. Bilindiyi kimi, monitorinq adı altında fəaliyyət göstərən Avropa İttifaqı missiyası əslində kəşfiyyat məlumatları toplamaqla məşğuldur. Həmin məlumatların ölkəmizlə yanaşı, Rusiya və İran əleyhinə də istifadə edilməsi ehtimalı olduqca yüksəkdir. Görünən odur ki, Fransanın moderatorluğu ilə Azərbaycan və Gürcüstanda nüfuzunu itirən Avropa İttifaqı geosiyasi uğursuzluqlarını Ermənistan vasitəsilə kompensasiya etmək istəyir. Ermənistan rəhbərliyi də öz növbəsində bu tip planların tərkib hissəsi olmaqla sülh və qarşılıqlı faydalı tərəfdaşlıq niyyətində olmadığını nümayiş etdirir. Onların əsas məqsədi Azərbaycana qarşı qüvvələr balansını qoruyub saxlamaq və məntiqsiz ambisiyaları ilə dünya ictimaiyyətini manipulyasiya etməkdir. Bu yanaşma Ermənistanı daha da təcrid vəziyyətinə salır və bölgədə gərginliyin artmasına səbəb olur. Nəticə etibarilə, real və ədalətli sülhün bərqərar olunması üçün bu cür destruktiv siyasətə son qoyulmalıdır”.

resad.jpg (16 KB)

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov bu missiyanın casusluq fəaliyyətini ifşa etdi: “Avropa İttifaqının mülki adlanan, amma əslində artıq uzun müddətdir ki, hərbiləşdirilmiş struktur kimi fəaliyyət göstərən missiyasına bu şəkildə geniş səlahiyyətlər verilməsi hər nə qədər anlaşılmaz olsa da, digər tərəfdən də gözlənilən idi. Çünki bu missiyanın əsas funksiyası özündə kəşfiyyat və casusluq fəaliyyətini ehtiva edir. Ermənistanın missiyaya və onun əməkdaşlarına bu cür imtiyaz və immunitetin verilməsi üçün məcbur edilməsi də onların casusluq fəaliyyətini rahat şəkildə həyata keçirmək üçün əlavə imkanlar əldə etməsinə hesablanıb. Başqa sözlə desək, Aİ missiyası üçün bu şəkildə imtiyazların verilməsi Ermənistan hakimiyyətinin Avropa institutlarından asılılığının göstəricisidir.

Missiyanın əməkdaşlarının heç bir halda həbs oluna və ya saxlanıla bilinməməsi, onların Ermənistanın cinayət yurisdiksiyasından bütün hallarda toxunulmazlığa malik olmaları missiya adı altında fəaliyyət göstərən ayrı-ayrı ölkələrin xüsusi kəşfiyyat qurumlarının Ermənistan qanunlarına belə məhəl qoymadan istədikləri fəaliyyəti rahat şəkildə icra edə bilməsinə imkan verir. Ermənistanın hüquq-mühafizə və ya xüsusi xidmət orqanlarının onlara qarşı hər hansı bir hərəkəti də faktiki olaraq qadağan olunur.

Digər tərəfdən isə Ermənistan ərazisindən istifadə edərək sərhəd ölkələri haqqında kəşfiyyat məlumatları toplayan missiya əməkdaşları bu şəkildə toxunulmazlıq əldə edərək üçüncü ölkələrdən Ermənistana edilə biləcək təzyiqlərdən də sığortalanmış olurlar. Çünki hər hansı bir ölkə bu cür qeyri-qanuni fəaliyyətə görə Ermənistana təzyiq göstərəcəyi və bu cür fəaliyyətə son verməyi tələb edəcəyi halda, Ermənistanın missiya əməkdaşlarına hər hansı formada təsir göstərmək imkanları olmayacaq.

Bu şəkildə imtiyazlar missiyaya təkcə sərhəd istiqamətində deyil, Rusiyanın hərbi bazaları istiqamətində rahat şəkildə məlumat toplamağa da imkan verir. Təsadüfi deyil ki, artıq keçən ilin əvvəlindən etibarən, yəni 2023-cü il dekabrında razılaşma sənədinin imzalanmasından sonra biz missiya üzvlərinin təkcə şərti sərhəd istiqamətində deyil, digər ərazilərdə, İran sərhədində, o cümlədən də Gümrü istiqamətində müşahidələr həyata keçirdiyinə şahidlik etdik.

Müvafiq razılaşma təkcə missiya üzvlərinə toxunulmazlıq hüququ vermir, həm də Ermənistan qarşısında konkret öhdəliklər qoyur. Sənədin 11-ci maddəsində göstərildiyi kimi, Ermənistan rəsmiləri missiya personalı ilə tam əməkdaşlıq etməli, onları dəstəkləməlidirlər. Yəni, belə demək mümkünsə, Ermənistanın rəsmi şəxsləri missiyadan veriləcək tapşırıqların icrasını da təmin etməlidirlər. Bütün bu sadalananları nəzərə alaraq deyə bilərik ki, imzalanmış razılaşma sənədi və orada nəzərdə tutulan öhdəliklər özünü müstəqil dövlət hesab edən bir ölkə üçün sözün əsl mənasında həqarətdir".





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03