Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Çin-Azərbaycan iqtisadi münasibətləri 

2025-04-30 05:50:40 176 baxış
Xəbər şəkil

Prezident İlham Əliyevin 2025-ci ildə Çinə səfəri təkcə siyasi əməkdaşlıq baxımından deyil, həm də iqtisadi əlaqələrin dərinləşməsi ilə əlamətdar oldu. Cənab Prezidentin CGTN telekanalına verdiyi müsahibədə vurğuladığı kimi, iki ölkə arasında bərpaolunan enerji, nəqliyyat və istehsal sahələrində əməkdaşlıq genişlənməkdədir. Hazırda Çin Azərbaycanın ən böyük idxal tərəfdaşı və 4-cü ticarət dövriyyəsi partnyorudur. Bu çərçivədə Çində artıq altı Azərbaycan Ticarət Evi fəaliyyət göstərir və Azərbaycan şərabının Çin bazarına çıxışı təmin olunub. Bununla yanaşı, “Bir Kəmər, Bir Yol” təşəbbüsünün təkcə tranzit layihəsi deyil, həm də regional istehsal və logistika mərkəzlərinin yaradılması imkanlarını verdiyi xüsusi vurğulanır. 
Ən mühüm istiqamətlərdən biri bərpaolunan enerji sahəsində əməkdaşlıqdır. Cənab Prezident müsahibəsində qeyd edir ki, imzalanmış müqavilələr çərçivəsində Azərbaycanın 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji istehsal etmək imkanları yaranacaq. Bu, ölkənin enerji strategiyasında çevriliş olacaq və təbii qazın ixrac imkanlarını genişləndirəcək. Eyni zamanda, bu əməkdaşlıq çərçivəsində BYD ilə birgə elektrik avtobuslarının istehsalına başlanması Bakının və digər şəhərlərin yaşıl nəqliyyata keçidini sürətləndirəcək. Tranzit daşımalar sahəsində də ciddi irəliləyiş müşahidə olunur – ötən il Çin-Azərbaycan tranzitində 86% artım qeydə alınıb. Yeni nəqliyyat dəhlizləri ilə yüklərin daşınması müddəti 10-12 günə endirilib ki, bu da Azərbaycanın regiondakı nəqliyyat qovşağı rolunu gücləndirir. Beləliklə, bu səfər Azərbaycanın iqtisadi strategiyasının mühüm sütunlarına çevriləcək real əməkdaşlıq mexanizmləri yaratdı. Çin-Azərbaycan iqtisadi münasibətləri dayanıqlı və inklüziv inkişaf üçün nümunəvi modelə çevrilməkdədir. Cənab Prezident İlham Əliyevin Çinə etdiyi səfər çərçivəsində vurğulanan əsas sahələrdən biri təbii ki, iqtisadi əməkdaşlıq oldu. Müsahibəsində cənab İlham Əliyev Çin iqtisadiyyatının təcrübəsini nümunə kimi göstərdi: “Gördüklərim, iqtisadi inkişafla bağlı oxuduqlarım və mənə verilən məlumatlar göstərir ki, ölkəniz həqiqətən düzgün yoldadır.” Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsünə qoşulması və bunun nəticəsində formalaşan infrastruktur layihələri də diqqətə çatdırıldı: Cənab Prezident dedi ki, “Biz 'Bir kəmər, bir yol' təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biri də bizik... Azərbaycanda xeyli infrastruktur layihələrini həyata keçirmişik.” Azərbaycan bu əməkdaşlıq sayəsində bərpaolunan enerji, nəqliyyat və ticarət sahəsində böyük uğurlara imza atmaqdadır. Cənab Prezident bununla bağlı ölkənin iqtisadi göstəricilərinə də diqqət çəkdi: “Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən azdır. Mübadilə olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 14 dəfə çoxdur. İşsizlik və yoxsulluq səviyyəsini 5 faizə endirdik.” Çinlə daşıma və ticarət sahəsində artan rəqəmlər, iki ölkə arasında artan qarşılıqlı marağın iqtisadi nəticəsidir. Prezidentin qeyd etdiyi kimi, bu sahələrdə əməkdaşlıq Azərbaycanın nəqliyyat qovşağı kimi mövqeyini gücləndirir. Çin modelindən ilhamlanan Azərbaycan – iqtisadi yüksəliş və enerji əməkdaşlığında da uğurlu nəticələrəə nail olub. Azərbaycan-Çin münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi və texnoloji əməkdaşlıqdır. Cənab Prezident İlham Əliyevin səfəri zamanı bu sahələrdə də mühüm razılaşmalar əldə olunub. Çin Modeli və İlhamverici İslahatlardan danışarkən cənab Prezident İlham Əliyev Çinin inkişaf modelini belə qiymətləndirir: “Çinin keçdiyi tərəqqi yolu bizim üçün ilham mənbəyi olmuşdur.” O, Azərbaycanın iqtisadi inkişafında əldə edilən uğurların arxasında sabitlik siyasəti və islahatların dayandığını bildirilib.  Cənab Prezident müsahibəsində onu da bildirib ki, “Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Biz “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür. Beləliklə, həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görə həmin ölkə ilə Bəyanatın imzalanması Azərbaycan üçün həqiqətən mühüm nailiyyətdir. Sizə deyə bilərəm ki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır.” Bu gün hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir xəbərdir.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03