Deputat:Zərifə Əliyevanın adı insanlara işıq, ümid və şəfa gətirən bir ad kimi əbədiləşib
Bu gün Azərbaycanın görkəmli oftalmoloqu, akademik Zərifə xanım Əliyevanın doğum günüdür. Onun həyatı, elmi fəaliyyəti və insanlara olan sevgisi qəlblərdə əbədi taxt qurub.
Zərifə xanım Əliyeva tibb sahəsindəki böyük uğurları ilə yanaşı, həm də yüksək mənəviyyatı, vətənə və insana xidmət ruhu ilə fərqlənirdi. O, oftalmologiya elminə mühüm töhfələr vermiş, göz xəstəliklərinin profilaktikası və müalicəsi sahəsində əvəzsiz işlər görmüşdür. Onun elmi araşdırmaları təkcə Azərbaycan üçün deyil, bütün sovet məkanında geniş əks-səda doğurmuşdur.
Zərifə Əliyevanın adı insanlara işıq, ümid və şəfa gətirən bir ad kimi əbədiləşib. O, həyatını insan sağlamlığına həsr edərək minlərlə insanın gözlərinə nur bəxş edib. Eyni zamanda, ailəsinə, övladlarına və xalqına sonsuz məhəbbət nümunəsi olub.
Bu əziz gündə Zərifə xanımı dərin hörmət və ehtiramla anırıq. Onun nurlu xatirəsi qəlbimizdə daim yaşayacaq, gənc nəsillərə ilham mənbəyi olacaqdır.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
28 Aprel 2025-ci il.