Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan "Bir Kəmər, Bir Yol" layihəsində Çinin mühüm tərəfdaşıdır

2025-04-25 09:32:40 268 baxış
Xəbər şəkil

Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe, malik olduğu iqtisadi imkanlar, eləcə də beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınması dünyanın inkişaf etmiş ölkələri ilə əlaqələrinə müsbət təsir göstərir. Hazırda planetin aparıcı güclərindən biri olan Çin Xalq Respublikasının Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməsi ölkəmizin həm siyasi, həm də iqtisadi nüfuzunun artmasında mühüm rol oynayır. Azərbaycan Çinin Avropaya açılan qapısıdır. Ölkəmiz Çinin təşəbbüsü olan "Bir kəmər, bir yol" layihəsində çox mühüm tərəfdaş hesab olunur. Qlobal təşəbbüsün vacib hissəsinə çevrilmiş və öz tranzit potensialı ilə layihəyə əhəmiyyətli töhfələr verən Azərbaycan Çin ilə əlaqələri getdikcə daha da gücləndirir.
Aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasının nüfuzlu Sinxua Agentliyinə verdiyi müsahibəsi də məhz iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsi və genişlənməsi baxımından mühüm mesajlar ehtiva edir. Həm də Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini, qlobal çağırışlara münasibətini və beynəlxalq sistemdə öz mövqeyini necə formalaşdırdığını göstərir.
Prezident İlham Əliyev müsahibəsində ötən ilin 3 iyul tarixində Astanada keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə xüsusi diqqət çəkib. Həmin sammit çərçivəsində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulmasına dair imzalanan Birgə Bəyannamə iki ölkə münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirilib. Prezident qeyd edib ki, 1992-ci ilin 2 aprel tarixində diplomatik münasibətlər qurulduqdan bəri Azərbaycan-Çin əməkdaşlığı çoxsaylı uğurlu nəticələrlə zənginləşib. Birgə Bəyannamədə tərəflər qarşılıqlı maraqları qorumaq, beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək və regional, eləcə də qlobal sülh və sabitliyə birgə töhfə vermək istiqamətində qəti iradə ortaya qoyublar. İkitərəfli münasibətlərin qarşılıqlı hörmət, bərabərlik, qarşılıqlı etimad, dəstək və fayda prinsipləri üzərində qurulacağı təsdiq olunub. Sənəddə, həmçinin hər iki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığı, daxili işlərə müdaxilədən çəkinərək müstəqil xarici siyasət yürütməyə sadiq qaldıqları xüsusi vurğulanıb.
Prezident İlham Əliyev müsahibəsində bildirib ki, 2024-cü ildə Azərbaycanın xarici ticarətinin ümumi həcminin 7,9 faizi Çinin payına düşür. 2024-cü ildə Azərbaycan ilə Çin arasında xarici ticarət həcmi 20,7 faiz artaraq 3,7 milyard ABŞ dollarına yüksəlib. Bu dinamika iki ölkə arasında iqtisadi əməkdaşlığın mütərəqqi şəkildə inkişafını aydın şəkildə nümayiş etdirir. Xüsusilə də artımın yalnız enerji sahəsi ilə məhdudlaşmaması, eyni zamanda qeyri-neft sektorunda da öz əksini tapması tərəfdaşlığın tarazlı və çoxşaxəli xarakter aldığını göstərir. 
İki ölkə arasında əlaqələrin genişlənməsində "Bir kəmər, bir yol" təşəbbüsünün əhəmiyyətli rolu vardır. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan bu təşəbbüsə dəstək verən ilk dövlətlərdən biri olmuş və bu istiqamətdə ölkə daxilində irimiqyaslı infrastruktur layihələri həyata keçirilmişdir. 2013-cü ildə Çin tərəfindən ümumi dəyəri 21 milyard dollar olaraq qiymətləndirilən "Bir kəmər, bir yol" proqramının icrasına başlanılmış və Azərbaycan bu layihəni yalnız dəstəkləməklə kifayətlənməyib, eyni zamanda onun icrasında əsas tərəfdaşlardan birinə çevrilmişdir. Rəsmi Pekin tranzit sahəsində Azərbaycanı ən etibarlı tərəfdaş kimi görür. Çinin Avropa ilə ticarət əlaqələrini məhz Azərbaycan vasitəsilə qurmağa üstünlük verməsi təkcə ölkəmizin əlverişli coğrafi mövqeyi ilə bağlı deyil. Azərbaycan ildə 15 milyon ton yük qəbul etmək imkanına malik beynəlxalq dəniz limanına, habelə illik 5 milyon ton yükdaşıma qabiliyyəti olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yoluna sahibdir. Dəmir yolunun Gürcüstan ərazisindən keçən hissəsində aparılan yenidənqurma işləri nəticəsində həmin marşrut üzrə yükdaşıma potensialı ikiqat artırılıb.
Bir sözlə, Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaş olduğunu ikitərəfli istiqamətdə atılan bütün addımlarla sübut edir. Coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, ölkəmiz dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik bu dövlətlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.

Elşad Əzizov, 
Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühəndisi,
YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03