Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan-Gürcüstan tərəfdaşlığı Cənubi Qafqazda davamlı sülh, iqtisadi inkişaf və təhlükəsizlik üçün mühüm təməldir

2025-04-19 23:45:25 233 baxış
Xəbər şəkil

Azərbaycan və Gürcüstan arasında münasibətlər uzun illərə söykənən dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulmuşdur. Hər iki ölkə regional sabitlik və inkişaf naminə siyasi, iqtisadi və mədəni sahələrdə sıx əməkdaşlıq edir. Bu əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə 2025-ci ilin aprel ayında Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana rəsmi səfər etmişdir.
Prezident Mixeil Kavelaşvilinin Azərbaycana səfəri iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşlərdə siyasi dialoqun davam etdirilməsi, iqtisadi layihələrin genişləndirilməsi və enerji sahəsində əməkdaşlığın yeni mərhələyə keçməsi müzakirə olunmuşdur.
Tərəflər arasında imzalanan sənədlər enerji təhlükəsizliyi, yaşıl enerji layihələri, ticarət əlaqələrinin genişləndirilməsi və sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığı əhatə edir. Həmçinin, təhsil, mədəniyyət və gənclər siyasəti sahələrində birgə proqramların həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur.
Aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyevlə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin təkbətək görüşündən sonra hər iki ölkə başçısı mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev çıxışı zamanı söyləyib ki, siyasi əlaqələr inkişaf edir, yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır, fəal siyasi dialoq aparılır. İki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bununla yanaşı, ölkələrimizi birləşdirən bir çox sərmayə layihələrinin böyük coğrafiya üçün önəmli olduğu, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya layihələrinin böyük əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Mətbuata bəyanatında enerji təhlükəsizliyi məsələsi barədə də danışan ölkə başçısı qeyd edib ki, Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Bildirilib ki, hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu, Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaradıb və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili isə ölkəsinin həmişə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və dəstəkləməkdə davam edəcəyini bildirib. Mixeil Kavelaşvili, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstana səfərə dəvət edib. Bildirilib ki, çoxsaylı səylərə baxmayaraq, hər iki dövlət təhlükələri qətiyyətlə aradan qaldırır, regionun təhlükəsizliyini və sabitliyini təmin edir. Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlığın intensivləşməsindən məmnunluq ifadə olunub.
Azərbaycan-Gürcüstan tərəfdaşlığı yalnız ikitərəfli münasibətlərə töhfə vermir, həm də Cənubi Qafqazın sabitliyi və inteqrasiyası üçün əsas baza rolunu oynayır. Regionda sülh gündəliyinin təşviqi, postmünaqişə dövrünün bərpası, nəqliyyat dəhlizlərinin açılması və enerji təhlükəsizliyinin təmin edilməsi baxımından rəsmi Bakı və Tbilisinin ortaq maraqları üst-üstə düşür. Bu kontekstdə Gürcüstanın rəsmi Bakı nümunəsində balanslaşdırılmış siyasəti Azərbaycanın enerji və iqtisadi gücü regional sabitliyin formalaşmasında mühüm rol oynayır. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana ilk səfəri iki ölkə arasındakı dərin strateji münasibətlərin və qarşılıqlı etimadın bariz nümunəsidir. Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda Gürcüstanla bağlı fikirləri bu əməkdaşlığın yalnız regional deyil, eyni zamanda, qlobal çərçivədə əhəmiyyət daşıdığını göstərir. Azərbaycan-Gürcüstan tərəfdaşlığı isə Cənubi Qafqazda davamlı sülh, iqtisadi inkişaf və təhlükəsizlik üçün mühüm təməldir.

Avdi Həsənov,
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzində sektor müdiri, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03