Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq

2025-04-19 23:42:38 225 baxış
Xəbər şəkil

Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi mühüm yer tutur. Respublikamız regionda əməkdaşlığın möhkəmlənməsinə böyük səylər göstərir. Bu ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə yüksək səviyyəli xoş münasibətlərə malikdir. Azərbaycanın müstəqillik tarixində sıx partnyorluq və strateji tərəfdaşlıq münasibətləri qurduğu qonşu dövlətlərdən biri də Gürcüstandır. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri əlaqələrin daha da inkişafı baxımından böyük önəm daşıyır. 
Azərbaycan və Gürcüstan uzun illərdir uğurlu əməkdaşlıq modeli yaradıb. Bu təcrübə regional əməkdaşlığın əhəmiyyətini bir daha təsdiqləyir. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk xarici səfərini ölkəmizə etməsi bu mənada təsadüfi sayılmamalıdır. Rəsmi Bakı bunu əlaqələrimizin mahiyyətinin, xalqlarımızın dostluğunun göstəricisi kimi dəyərləndirir. Yüksək səviyyəli təmaslar siyasi dialoqun inkişafını göstərir. 
Mətbuata birgə bəyanat zamanı Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz, xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Bakı və Tbilisi beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bu illər ərzində icra olunan uğurlu layihələr yalnız regionu deyil, daha geniş coğrafiyanı əhatə edir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, “birgə həyata keçirilən neft-qaz, nəqliyyat və kommunikasiya layihələri nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir”. 
Yəni, artıq elə bir reallıq yaranıb ki, biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Eyni zamanda mürəkkəb geosiyasi vəziyyətdə ən cəlbedici marşrut olan Orta Dəhliz Cənubi Qafqazda məhz Azərbaycandan və Gürcüstandan keçir. Amma aprelin əvvəlində Səmərqənddə keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya sammitində Gürcüstanın Orta Dəhlizdə iştirakı gözardı edildi. Bu məsələyə Prezident İlham Əliyev ADA-da keçirilən beynəlxalq forumda münasibət bildirdi və İttifaqın bu yanaşmasını “ədalətsiz” adlandırdı. Heç bir potensialı olmayan, regionda destruktiv bənd olan Ermənistanı əhəmiyyətli faktor kimi qabartmaq, Gürcüstanı isə görməzdən gəlmək, sadəcə, riyakarlıqdır və təbii ki, bu qərəzli yanaşmanın kökündə Avropa İttifaqının Gürcüstanı alət kimi istifadə etmə cəhdinin boşa çıxması dayanır. Görünən budur ki, Avropa İttifaqı Cənubi Qafqazda müstəqil siyasət yeridən dövlətlərin yox, forpostların, alətlərin yaranmasında maraqlıdır. Elə regionda dayanıqlı sülhün bərpasına mane olmaq cəhdi də bu məkrli planın tərkib hissəsidir.
Bakı və Tbilisi həm də bu coğrafiyada sülhün, əmin-amanlığın bərqərar edilməsində maraqlıdır. Liderlərin verdiyi bəyanatlardan aydın oldu ki, hər iki ölkə bundan sonra da əlaqələrin yüksələn xətlə inkişafına çalışır. Prezident Mixeil Kavelaşvili də öz növbəsində bəyan etdi ki, ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr etimada əsaslanır. Çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşma dövründə hər iki qonşu ölkə milli dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir.
Tərəflər bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini bir daha bəyan etdi. Həm Gürcüstan, həm də Azərbaycan güclü və firavan Cənubi Qafqaz naminə səylərin birləşdirilməsində maraqlıdır. Kavelaşvili də Bakıda “heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil” söyləməklə regionda dağıdıcı siyasət yeridən dairələrə mesaj ünvanladı. O, eyni zamanda, Azərbaycanın ölkəsi ilə ümumi maraqların müdafiəsi sahəsində intensivləşən əməkdaşlığın vacibliyinə də diqqət çəkdi. Tbilisi düzgün və ardıcıl siyasətlə regionun potensialından tam istifadə etməyi, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməyi vacib sayır. Beləliklə, səfər zamanı aparılan müzakirələrdən, səslənən bəyanatlardan aydın olur ki, sülhə, əməkdaşlığa, rifaha əsaslanan Azərbaycan və Gürcüstan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur.
İki ölkə arasındakı siyasi dialoqun yüksək dinamizminə uyğun olaraq tərəflərin maraqlarına cavab verən iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. Azərbaycan şirkətləri dost ölkədəki əlverişli investisiya mühitindən bəhrələnərək tikinti, turizm, infrastruktur quruculuğu və digər sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər. Bütövlükdə, Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir. Bu amil, dövlətlərimizin və xalqlarımızın maraqlarına tamamilə cavab verir.

Rəşad Tağızadə, 
Salyan rayon Ərəbqardaşbəyli kənd tam orta məktəbin direktoru, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03