Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Ülvi Mehdiyev: "ASAN xidmət" modelini tətbiq edən ölkələr Azərbaycana və onun prezidentinə təşəkkür edir

2025-04-10 19:38:33 253 baxış
Xəbər şəkil

“ASAN xidmət” “Töhfə sazişi”nin icrasına BMT-də 50-dən çox ölkə və 100-dən artıq nümayəndənin iştirakı ilə start verdi.

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçirilən təşkilatın İqtisadi və Sosial Şurasının (ECOSOC) Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 24-cü sessiyasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev bildirib.

O, BMT-də təqdimatı keçirilən “Töhfə sazişi”nin fəaliyyət istiqamətləri barədə danışıb.

Ü.Mehdiyev qeyd edib ki, “Töhfə sazişi” ötən il Bakıda keçirilən COP29 çərçivəsində BMT ilə Azərbaycan hökuməti arasında imzalanıb.

O bildirib ki, sazişin əsas məqsədi Azərbaycanın intellektual brendi olan “ASAN xidmət” modelini BMT xətti ilə dörd qitədə tətbiq və təşviq etmək, dövlət xidmətləri vasitəsilə vətəndaşların hüquqlarının reallaşdırılması və bu sahədə innovasiya və texnologiyaların tətbiqinə dair tədbirlərin keçirilməsidir:

“BMT-nin Baş Qərargahında həmin “Töhfə sazişi”nin açılış tədbirini BMT ilə birgə həyata keçirdik. Burada 50-dən çox ölkə və 100-dən artıq nümayəndə iştirak edirdi. Artıq “Töhfə sazişi”nin icrasına start verildi”.

Onun fikrincə, BMT tərəfindən bu sazişin dörd qitədə təşviq olunması Azərbaycanın brendinin beynəlxalq səviyyədə tanınması, qiymətləndirilməsi və digər ölkələrə tövsiyə olunması deməkdir.

“Bu, Azərbaycanın dövlət xidmətləri sahəsində, korrupsiyaya qarşı mübarizədə, vətəndaş hüquqlarının şəffaf və bürokratiyadan kənar şəkildə reallaşdırılmasında uğurlu model kimi öz təcrübəsini dünyaya təqdim etməsidir”, – deyə Ü.Mehdiyev bildirib.

Sədr əlavə edib ki, Azərbaycan təcrübəsindən faydalanan 25 ölkənin artıq dördündə "ASAN xidmət" tam fəaliyyətə başlayıb:

“ASAN xidmət" bu gün təkcə xidmətlərin vətəndaşa çatdırıldığı platforma deyil, həm də BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) bir çoxuna cavab verən bir modeldir. BMT-nin İnsan Hüquqları Şurası da qəbul etdiyi qətnamədə "ASAN xidmət" kimi modellərin insan hüquqlarının reallaşmasında rolunu vurğulayıb. “ASAN xidmət” həm dövlət xidmətlərinin göstərilməsi üsuludur, həm də DİM-lərə xidmət, insan hüquqlarına hörmət edən bir sistemdir. Bu sistem artıq 25-dən çox ölkəyə ixrac olunur və BMT tərəfindən bütün ölkələrə tövsiyə olunur”.

O bildirib ki, bu ölkələrin sırasında həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dövlətlər var. Ü.Mehdiyev qeyd edib ki, bu dövlətlərin hər biri “ASAN xidmət” modeli ilə tanış olduqdan sonra bunun nə qədər faydalı və ciddi bir islahat olduğunu bildirirlər. Hər ölkənin öz qanunvericiliyi və ənənələri var, lakin  “ASAN xidmət” həmin ölkələrin hüquqi bazasına uyğunlaşdırılaraq tətbiq edilir.

“Bu, elə bir islahatdır ki, bu gün tətbiq edilsə, sabah nəticəsini verir və vətəndaşlar bunu öz gündəlik həyatlarında hiss edirlər. Bu səbəbdən  “ASAN xidmət” modelini tətbiq edən ölkələrin hökumətləri Azərbaycan dövlətinə və dövlət başçısına öz təşəkkürlərini bildirirlər”, – Ü.Mehdiyev vurğulayıb.

O, “ASAN xidmət"in yeni fəaliyyət istiqamətləri və texnologiyaların tətbiqi ilə bağlı planlar barədə də danışıb. Ü.Mehdiyev bildirib ki, hazırda “ASAN xidmət"in fəaliyyətlərinə süni intellektin tətbiqi və dataların idarə olunması ilə bağlı strategiyalar üzərində iş gedir. Onun sözlərinə görə, məqsəd ən müasir texnologiyaları dövlət xidmətlərinə tətbiq edərək 99 faizlik vətəndaş məmnunluğunu davamlı saxlamaqdır. Ü.Mehdiyev deyib ki, bu yeniliklərin qarşıdakı iki il ərzində tətbiqi planlaşdırılır.

“ASAN xidmət”də vətəndaş məmnunluğunun əsasını onların rəylərinin toplanması təşkil edir. Vətəndaşların fikirləri, şikayət və təklifləri təhlil olunur. Bu istiqamətdə biz yeni texnologiyaların tətbiqi ilə "ASAN xidmət"in 24 saat daha rahat və əlçatan fəaliyyət göstərməsini təmin edəcəyik. Toplanan bütün informasiyalar bizə data əsaslı qərar vermək imkanı yaradacaq ki, bu da səhvləri tamamilə istisna edəcək”, – deyə Ü.Mehdiyev əlavə edib.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03