Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Unudulmaz alim, mehriban ana, qayğıkeş insan

2025-04-10 18:13:35 158 baxış
Xəbər şəkil

 

Bu il dünya şöhrətli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 102, əbədiyyətə qovuşmasının 40-cı ildönümüdür. Azərbaycan qadınlarına məxsus ləyaqətli ömür yaşamış Zərifə xanımın ürəklərdə əbədi yaşayan nurlu xatirəsi xalqımız tərəfindən hər il hörmətlə anılır.
Akademik Zərifə xanım Əliyeva şərəfli və mənalı bir həyat yolu keçmişdir. O, Azərbaycanın görkəmli dövlət xadimi və elm xadimi Əziz Əliyevin ailəsində mükəmməl tərbiyə məktəbi keçmiş, Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunda yüksək səviyyədə ali təhsil almışdır. Praktik göz həkimi kimi fəaliyyətə başlayan Zərifə xanım Əliyeva həm də ardıcıl olaraq elmi fəaliyyətlə məşğul olmuş, aktual mövzularda namizədlik və doktorluq dissertasiyaları müdafiə etmiş, elm sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının akademiki səviyyəsinə qədər yüksəlmişdir. O, keçmiş Sovetlər İttifaqı miqyasında və onun hüdudlarından kənarlarda tibb elminə mühüm yeniliklər gətirmiş görkəmli elm xadimi kimi tanınmış və qəbul olunmuşdur.
Akademik Zərifə xanım Əliyevanın fəaliyyəti çoxcəhətli olub, tibb elminin, həkimlik peşəsinin və ictimai fəaliyyətin müxtəlif sahələrini əhatə edir. Məşğul olduğu sahələrin hər birində o, yüksək professionallıq və Azərbaycan xalqına məxsus olan əsl vətəndaşlıq nümunəsi göstərmişdir.
Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, Azərbaycan tibb elmi uzun illər ərzində əsasən müalicə, terapiya və cərrahiyyə sahələri üzrə ixtisaslaşmışdır. Ölkəmizdə neyrologiya, göz xəstəlikləri, onkologiya və sair kimi istiqamətlər üzrə həm təbabət elmi, həm də müalicə işi XX əsrin altmışıncı-yetmişinci illərindən etibarən inkişaf etməyə başlamışdır. Xüsusən oftalmologiya bu dövrdə nisbətən geridə qalmış sahələrdən biri idi. Məhz görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın səmərəli elmi və praktik fəaliyyəti ilə Azərbaycan göz xəstəlikləri sahəsində ilkin tibbi müalicələr aparan respublikadan inkişaf etmiş əsas elmi-tibbi mərkəzlərdən birinə çevrilmişdir.
Zərifə xanım Əliyevanın həkim kimi səmərəli və yorulmaz fəaliyyəti sayəsində göz xəstəlikləri üzrə Azərbaycandan digər müttəfiq respublikalara getməyə məcbur olan xəstələrin axını dayandırılmışdır. Zərifə xanım Əliyeva geniş yayılmış göz xəstəliklərinin, traxomanın müalicəsi üçün regiondan paytaxta axının da qarşısını almışdır. Onun rəhbərliyi ilə traxoma üzrə ixtisaslaşmış həkim heyətləri Azərbaycanın regionlarına gedərək yerlərdə xəstələrə lazımi yardımlar göstərmişdir. Zərifə xanım Əliyevanın başçılıq etdiyi həkim heyətləri Gəncə şəhəri, Əli Bayramlı (indiki Şirvan şəhəri) və Salyan rayonlarında mütəşəkkil surətdə traxoma ilə mübarizənin əsl nümunəsini göstərmişlər. Onun traxoma ilə mübarizə aparan tibb briqadasının Bakı şəhərində və kəndlərində, Abşeron rayonunda və digər rayonlarda apardıqları müalicə işləri minlərlə insan tərəfindən yüksək minnətdarlıqla qarşılanmışdır. Bundan başqa, akademik Zərifə xanım Əliyeva ilk dəfə olaraq Bakı şəhərinin sənaye müəssisələrində göz xəstəliklərinin müalicəsini və araşdırılmasını aparan xüsusi bir laboratoriya yaratmış və bu yolla istehsalat sahəsi ilə təbabət elmi arasındakı baryeri də aradan qaldırmışdır. Beləliklə, Zərifə xanım Əliyeva özünün fədakar zəhməti ilə xalqın gözü önündə əsl xalq həkimi adını və nüfuzunu qazanmağı bacarmışdır.
Akademik Zərifə xanım Əliyeva keçmiş Sovetlər İttifaqında və onun hüdudlarından kənarda oftalmologiya elminin yeni bir sahəsini -peşə xəstəlikləri elmi istiqamətini yaradan elm xadimi kimi qəbul edilir. Akademik Zərifə xanım Əliyevanın peşə xəstəliklərinə həsr olunmuş qiymətli elmi əsərləri oftalmologiya elmində əsl peşəkarlıq, professionallıq nümunəsi olan nəzəri-praktik təlimdir.  O, xüsusən kimya sənayesi kimi göz xəstəlikləri üçün həssas olan istehsalat müəssisələrində apardığı təcrübələr əsasında yaranan peşə xəstəliklərinin sirlərini Bakı Şin zavodunda, ölkəmizin kimya-texnologiya müəssisələrində təşkil etdiyi müalicə-diaqnostika laboratoriyası vasitəsilə real surətdə araşdırıb öyrənmiş, elmi cəhətdən əsaslandırılmış diaqnostika əsasında uğurlu müalicə işlərini təşkil etmişdir. Onun peşə xəstəliklərinə həsr olunmuş və təcrübədə təsdiq edilmiş doktorluq dissertasiyası da təcrübi materiallarla elmi-nəzəri təhlillərin vəhdəti əsasında yazılmış mükəmməl elmi əsər kimi qəbul edilmişdir. Görkəmli alimin "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliklərinin profilaktikası" kimi monoqrafik tədqiqatları nəinki Azərbaycanda, keçmiş Sovetlər İttifaqında təbabətin istehsalatla əlaqələri əsasında yazılmış əhəmiyyətli elmi əsərlərdir. Zərifə xanım Əliyevanın göz xəstəliklərində irsiyyət məsələlərinə dair müşahidələri və qənaətləri də tibb elmi üçün mühüm yeniliklərdən biridir. Bundan başqa, Zərifə Əliyeva "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yollarının qoruyucu cərrahiyyə üsulları" kimi əsərləri ilə oftalmologiyanın bu istiqaməti üzrə də yüksəkixtisaslı həkim və alim olduğunu nümayiş etdirir. Zərifə xanım Əliyeva "Şəkərli diabetdə göz xəstəlikləri" əsəri ilə oftalmologiyada fərqli bir elmi istiqamətə də imza atmışdır.
Peşəsinə sədaqətlə xidmət edən Zərifə xanım Əliyeva ailə həyatında və Azərbaycan cəmiyyətində hər addımda əsl sədaqət nümunəsi nümayiş etdirmişdir. Zərifə xanım Əliyeva dünyaşöhrətli görkəmli dövlət xadimi Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, layiqli silahdaşı olmağın əsl nümunəsini göstərmişdir. Ulu Öndər Heydər Əliyev kimi misilsiz Ata ilə bərabər, Zərifə xanım Əliyeva dünya liderlərindən biri olan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kimi övladı ölkəmizə bəxş etmiş əsl Ana olmağın da ucalığına və əlçatmazlığına nümunə olmuşdur. 
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tale yoldaşı və mübarizədə silahdaşı olan Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyətinə, elmi xidmətlərinə və mənəvi dəyərlərinə yüksək qiymət vermişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.”
Ölkəmizin Prezidenti İlham Əliyev də görkəmli elm xadimi və ictimai xadim, akademik Zərifə xanım Əliyevanın çoxcəhətli xidmətlərinin nəsillər üçün nümunə olduğunu diqqətə çatdırmışdır: "Zərifə xanım Əliyeva böyük həkim, böyük alim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir. Hər bir insan üçün onun valideynləri, onun anası əzizdir, müqəddəsdir... Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur".
Bir sözlə, Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Böyük alim, tanınmış akademik Zərifə xanım Əliyevanın işıqlı xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaqdır.

Aytəkin Əbilova,
Səhiyyə işçiləri həmkarlar ittifaqı Salyan rayon komitəsinin sədri, YAP fəalı
 

 





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03