Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycanın həyata keçirdiyi enerji siyasəti uzaqgörən və davamlı inkişaf prinsiplərinə əsaslanır

2025-04-08 15:14:08 151 baxış
Xəbər şəkil

Azərbaycan son illər həyata keçirdiyi strateji layihələrlə regional və qlobal enerji bazarında mühüm aktora çevrilib. Bu uğurlu yolun əsas dayaqlarından biri isə Cənub Qaz Dəhlizi layihəsidir. Vaxtında və uzaqgörənliklə gerçəkləşdirilən bu nəhəng enerji infrastrukturu layihəsi bu gün ölkəmizin beynəlxalq aləmdə strateji əhəmiyyətini daha da artırır. 
Avropanın enerji təhlükəsizliyi məsələsi aktuallaşdıqca Azərbaycanın bu sahədə rolu da artır. Artıq Avropa İttifaqı da etiraf edir ki, Cənub Qaz Dəhlizi qitənin alternativ və etibarlı qaz mənbələrindən biri kimi mühüm funksiyanı yerinə yetirir. Azərbaycanın təşəbbüsü ilə yaradılan bu dəhliz həm də siyasi sabitlik, iqtisadi əməkdaşlıq və qarşılıqlı etimadın simvoluna çevrilib.
Bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları da bir daha sübut etdi. İclaslarda Azərbaycanın regional enerji lideri kimi rolu, qaz təchizatındakı sabitlik və proqnozlaşdırıla bilən siyasəti yüksək qiymətləndirildi. İştirak edən ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanın enerji gündəliyinin strateji və çevik olduğunu açıq şəkildə ifadə etdilər.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü 2015-ci ilin fevral ayından etibarən hər il keçirilir. Tədbir Avropanın enerji təhlükəsizliyinin daha da gücləndirilməsi istiqamətində strateji əhəmiyyətli qərarların qəbulu üçün əsas platformadır. Hər il keçirilən iclaslar layihənin beynəlxalq səviyyədə əlaqələndirilməsinə, tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsinə və Cənub Qaz Dəhlizinin dayanıqlılığının təmin edilməsinə xidmət göstərir.
Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi region ölkələrinin və Avropanın enerji xəritəsini dəyişən qlobal enerji marşrutudur. Dəhlizin təməli 1997-ci ildə qoyulub. Xarici təzyiqlər və müxtəlif bürokratik maneələr layihənin həyata keçirilməsini çətinləşdirdi. Lakin Prezident İlham Əliyevin praqmatik və uğurlu siyasəti nəticəsində bu maneələr aradan qaldırıldı və layihə yeni inkişaf mərhələsinə keçdi. 2013-cü ildə dövlət başçımızın Cənub Qaz Dəhlizinin dörd layihəsini - "Şahdəniz", "Cənub Qafqaz Boru Kəməri", TANAP və TAP-ın genişləndirilməsi ilə bağlı Sərəncamından sonra dəhliz tam işlək vəziyyətə gətirildi və Azərbaycan təbii qazı Avropaya çatdırıldı. 2014-cü ildə layihənin daha sistemli və effektiv idarə olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Qurum layihənin maliyyələşdirilməsi, idarə olunması və inkişaf etdirilməsi ilə bağlı mühüm funksiyalar yerinə yetirir. Bu baxımdan resurslarının şaxələndirilməsində mühüm əhəmiyyətə malik Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Dəhlizin hazırkı gücü ildə 10 milyard kubmetrdir. Azərbaycandan qaz idxal edən dövlətlər tədarük həcminin artırılmasına təşəbbüs göstərirlər. Məhz bununla bağlı Azərbaycan və Avropa İttifaqı 2027-ci ilə qədər dəhlizin ötürmə qabiliyyətinin ildə 20 milyard kubmetrə qədər genişləndirilməsinə dair memorandum imzalayıb.
Cənub Qaz Dəhlizinin imkanlarının genişləndirilməsinin digər mühüm şərti uzunmüddətli qaz tədarükü müqavilələridir. Bu kontekstdə Moldova Respublikasının Baş naziri Dorina Reçana son bəyanatlarında ölkəsinin Azərbaycanla uzunmüddətli qaz müqavilələrinin imzalanmasında maraqlı olduğunu bildirib.
Bolqarıstan da Azərbaycandan qaz idxalının artırılmasında maraqlı olduğunu dəfələrlə bəyan edib. Dövlətimiz tərəfdaşlarının artan tələbatını ödəməyə hazır olduğunu təsdiqləyib.
Martın 11-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ilə mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan hazırda 12 ölkəyə təbii qaz ixrac edir və tərəfdaşlarımızın coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir: "On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq".
Bir sözlə, Prezident İlham Əliyevin enerji siyasəti davamlı inkişafın təmin edilməsində, xarici investisiyaların cəlb olunmasında, dövlətimizin regionda və onun hüdudlarından kənarda enerji əməkdaşlığının aparıcı qovşağı kimi mövqeyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti uzaqgörən və davamlı inkişaf prinsiplərinə əsaslanır. Məhz bunun nəticəsidir ki, bu gün Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib, ölkəmiz beynəlxalq enerji bazarında etibarlı tərəfdaş mövqeyini daha da gücləndirir. Bu əməkdaşlıq həm iqtisadi, həm də sosial baxımdan əhəmiyyətlidir. Artan enerji ixracı sayəsində daxil olan maliyyə vəsaiti Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, yeni iş yerlərinin yaradılmasına, infrastruktur layihələrinin icrasına və xalqın rifah səviyyəsinin yüksəlməsinə xidmət edir.

Məhərrəm Piriyev,
YAP Salyan rayon təşkilatının əməkdaşı
 
Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03