Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan-Pakistan əməkdaşlığı regionda və beynəlxalq arenada yeni geosiyasi reallıqlar yaradır

2025-02-27 09:41:52 229 baxış
Xəbər şəkil

Azərbaycan-Pakistan münasibətlərinin tarixi uzun bir dövrü əhatə edir. Xüsusilə Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuş və bu günədək Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləmişdir. 1993-cü ilin aprelində Pakistan BMT Təhlükəsizlik Şurasına sədrlik edərkən Ermənistanın işğalını qınayan 822-ci qətnamə məhz bu dövrdə qəbul edilmişdir. Son 35 ildə Azərbaycan-Pakistan münasibətləri yüksələn xətt üzrə inkişaf etmiş, Pakistan prezidentləri və baş nazirləri dəfələrlə Azərbaycana səfər etmiş, eyni zamanda Azərbaycan prezidentləri dəfələrlə Pakistanda olmuşdur. Hər iki dövlət bir-birini daim dəstəkləmiş və strateji əməkdaşlığı gücləndirmişdir. Xüsusilə son 5 ildə tərəflər arasındakı münasibətlər daha intensiv inkişaf edir. Bu əlaqələr dövlət və cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edir. 
Rəsmi Bakı və İslamabad arasında bir qərinədən artıqdır müxtəlif istiqamətlərdə davam edən yüksək templi əlaqələr hər iki ölkənin əməkdaşlıqda nə qədər maraqlı olduğunu göstərir. Ticarət, enerji və infrastruktur sahələrində həyata keçirilən birgə layihələr, ticarət mübadiləsi, elmi-tədqiqat sahəsində əməkdaşlıq və hərbi sahədə koordinasiya əlaqələrin genişlənməsinə müsbət təsir göstərir. Regional təhlükəsizlik və sabitlik məsələlərində də rəsmi Bakı və İslamabad birgə fəaliyyət göstərir. Terrorizm, ekstremizm və digər təhlükələrə qarşı mübarizədə əməkdaşlıq iki ölkənin bir-birinə olan etimadını daha da artırır. Bu kontekstdə, Pakistanın Azərbaycanın müstəqilliyini dəstəkləyən strateji mövqeyi dostluq münasibətlərinin daha da dərinləşməsinə səbəb olub.
Fevralın 23-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri münasibətlərdə yeni spektrlərin açılması üçün önəmli mesaj rolunu oynadı. Səfərdən bir gün sonra Prezident İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata birgə bəyanatla çıxış etdilər. Bu mühüm siyasi hadisə iki ölkə arasında strateji əməkdaşlığın inkişafında yeni mərhələnin əsasını qoydu. Dövlət başçısı İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifi səmimi qardaşlıq hissi ilə salamlayaraq Azərbaycan və Pakistan arasında əlaqələrin son illərdə daha da dərinləşdiyini vurğuladı. Prezident çıxışında ölkələrimizin beynəlxalq platformalarda bir-birini daim dəstəklədiyini, ərazi bütövlüyü və suverenlik məsələlərində ortaq mövqeyini xüsusi qeyd etdi.
Bu səfər zamanı bir çox sənədlər imzalanmış, o cümlədən iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum təşkil olunmuşdur. Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard dollara qədər investisiya yatırması ilə bağlı razılaşmalar əldə edilmiş, həmçinin Pakistanın neft-kimya sənayesinin inkişafı üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə Pakistan şirkətləri arasında anlaşmalar imzalanmışdır. 
Həmçinin, Pakistan keçmiş Qarabağ münaqişəsi dövründə və 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycanın haqlı mövqeyini daim açıq şəkildə dəstəkləyib. Rəsmi İslamabad Ermənistanın işğalçılıq siyasətini pisləyərək Azərbaycanın ərazi bütövlüyünə dəstəyini hər zaman ifadə edib. Məhz bu prinsipial mövqeyə görə Pakistan Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb. Bu qərar Azərbaycana verilən sarsılmaz dəstəyin bariz nümunəsidir.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-Pakistan əməkdaşlığı regionda və beynəlxalq arenada yeni geosiyasi reallıqlar yaradır. İmzalanmış sazişlər və gələcəkdə həyata keçiriləcək investisiya layihələri strateji müttəfiqliyin daha da möhkəmlənməsinə zəmin yaradacaq. Ümumilikdə, Azərbaycan-Pakistan münasibətlərinin intensiv inkişafı hər iki tərəf üçün böyük strateji əhəmiyyət daşıyır.

Tariel Atamalıyev, 
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03