Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Somali ilə əməkdaşlıq ortaq maraqlara əsaslanır

2025-02-16 15:55:37 170 baxış
Xəbər şəkil

Ölkəmiz coğrafi baxımdan Asiya və Avropa arasında yerləşsə də, uzun illərdir ki, Afrika ölkələri ilə həm siyasi-iqtisadi sahədə, həm də humanitar yardımlar, inkişaf proqramları və beynəlxalq məsələlərdə əməkdaşlıq edir. Azərbaycan Afrikada müxtəlif sosial və iqtisadi çağırışlara dəstək göstərməklə qitənin inkişafına töhfə verir.
Afrika qitəsinin şərq hissəsində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının üzvü olaraq dünya siyasətində mühüm yer tutur. Azərbaycan həm İƏT-in, həm də Qoşulmama Hərəkatının fəal üzvü kimi Somali ilə uzunmüddətli və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq əlaqələri qurmuşdur. 2004-cü ilin martında diplomatik əlaqələr qurulandan sonra Azərbaycan və Somali arasında müxtəlif sahələrdə əməkdaşlıq intensivləşmiş və son illərdə bu əlaqələr daha da inkişaf etmişdir.
Azərbaycan-Somali əlaqələri təkcə dövlətlərarası diplomatik münasibətlərlə məhdudlaşmır, həm də bir çox sahələrdə strateji əməkdaşlıq perspektivlərini ortaya qoyur. Kənd təsərrüfatı, balıqçılıq, neft-qaz sənayesi, "yaşıl enerji", humanitar yardım və təhsil sahələrində qarşılıqlı təcrübə mübadiləsi aparılır və müvafiq texnologiyaların tətbiqi ilə bağlı uzunmüddətli planlar hazırlanır.
Azərbaycan və Somali əməkdaşlığı diplomatik dialoq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Hər iki tərəf bir-birinin daxili işlərinə hörmətlə yanaşaraq, regional və qlobal məsələlərdə birgə mövqe sərgiləyir. İki ölkə arasında münasibətlər ticari-iqtisadi əlaqələrə, həm də siyasi dəstəyə əsaslanır. İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvü olaraq Somali Azərbaycanın Qarabağ məsələsində haqlı mövqeyini dəstəkləyib. Bu, iki ölkə arasında dərin dostluq və etibarın əsasını qoyur.
Türkiyə ilə Somali arasında inkişaf edən əlaqələr ölkəmizə də müsbət təsir göstərir. Somali-Türkiyə əlaqələrinin inkişafı Azərbaycanın Afrikada daha da möhkəmlənən mövqeyinə təkan verir. Həmçinin Türkiyənin Afrika ölkələri ilə sıx əməkdaşlıq qurması Azərbaycanın strateji əhəmiyyətini artırır. Beləliklə, Somali-Türkiyə münasibətlərinin güclənməsi Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan faydalıdır. Azərbaycanın Afrika ilə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq prinsipinə əsaslanır.
Azərbaycan və Somali arasında əməkdaşllıq son dövrlər sürətlə inkişaf edir. Fevralın 11-12-də Somali Prezidenti Həsən Şeyx Məhəmmədin Azərbaycana rəsmi səfəri bu əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Səfər zamanı Azərbaycan və Somali prezidentləri İlham Əliyev və Həsən Şeyx Məhəmmədin iştirakı ilə bir sıra mühüm sənədlər imzalanıb. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və yeni imkanların açılması baxımından böyük əhəmiyyət daşıyır.
İmzalanan sənədlər və həyata keçirilən mübadilə iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirir. Somali Azərbaycanın inkişaf təcrübəsindən faydalanaraq iqtisadiyyatını gücləndirə bilər. Eyni zamanda bu əməkdaşlıq regional təhlükəsizliyin təmin olunması və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan və Somali arasında müdafiə sahəsində əməkdaşlıq da vacib istiqamətlərdən biridir. Azərbaycan hazırda öz müdafiə avadanlıqlarını istehsal edir və bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək niyyətindədir. Azərbaycan ilə Somali arasında imzalanmış mühüm sənədlərdən biri də məhz “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” oldu. Öz çıxışında cənab Prezident bu sahədə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edərək bildirdi ki, Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal etməklə, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm özümüzə lazımdır, həm də müasir müdafiə avadanlığına ehtiyacı olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Bu sahədə əməkdaşlığı ən yüksək səviyyədə qurmaq məqsədilə Somali Prezidenti Azərbaycanın müdafiə imkanlarının, o cümlədən müdafiə sənayesinin bəzi elementləri ilə tanış edilib. Eləcə də nümayəndə heyətlərinin görüşü zamanı bu imkanlar müzakirə edilib. Möhtərəm dövlət başçımız həmçinin təlimlərin keçilməsi perspektivlərindən bəhs etdi. Əlbəttə ki, hərbçilərimizin İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı zamanı nümayiş etdirdikləri yüksək peşəkarlıq bu gün istənilən ölkənin ordusu üçün örnək ola bilər.
Bu gün Azərbaycan öz müsbət təcrübəsini Afrika ölkələri ilə bölüşərək qitənin inkişafına dəstək verir. Ölkəmizin uğurlu iqtisadi modeli, təcrübə mübadiləsi və humanitar yardımları Afrika ölkələrinin daha güclü və müstəqil gələcəyə doğru irəliləməsini təmin edə bilər. Somali və digər Afrika ölkələri ilə əməkdaşlıq ölkəmizin qlobal mövqeyini möhkəmləndirir və qitə ilə gələcək əlaqələrin dərinləşməsinə zəmin yaradır.

Nübar Bayramova, 
Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03