Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Kremlin Güney Qafqaz xiffəti - Satanovskidən inanılmaz sözlər...

2025-02-16 15:06:14 481 baxış
Xəbər şəkil

Rus politoloq ölkəsinin bu regionda rəqiblərinə uduzduğunu iddia edir; azərbaycanlı analitiklər isə deyirlər ki...

“Ermənistan xarici təhlükəsizlik məsələsində hələ də Rusiyaya arxalanır, amma Moskva onunla əlaqələri kəsmiş ölkənin taleyi üçün narahat olmayacaq”. Bunu rusiyalı politoloq Yevgeni Satanovski deyib. Onun iddiasına görə, Cənubi Qafqaz bir neçə böyük geosiyasi oyunçunun döyüş meydanına çevrilib, amma hazırda Rusiya onların arasında yoxdur: 

“Bölgədə Türkiyə və İran kimi dövlətlərin, eləcə də qlobal ağalıq iddiasında olan kollektiv Qərbin maraqları toqquşub. Rusiyaya gəlincə, əsrlər sonra region onun təsir dairəsindən uzaqlaşır”. Satanovski qeyd edib ki, Rusiya Ermənistanın taleyi ilə İrəvandan çox maraqlanmayacaq: “Respublikaya qərbyönlü Nikol Paşinyan rəhbərlik edir, o, ölkəni Rusiyanın təsir və maraqları zonasından çıxarmaq üçün hər şeyi edir. Bundan sonra Ermənistanın mövcudluğuna təhlükə yaranarsa, Rusiyanın müdaxiləsinə arxalanmaq sadəlövhlük olardı. Mən həqiqətən başa düşmürəm ki, Ermənistan tarixindəki rolu Zelenskinin Ukrayna tarixindəki roluna çox bənzəyən bir adamın rəhbərlik etdiyi bir ölkə üçün niyə narahat olmalıyıq?!”.

Satanovski: Paşinyan Rusiyanın onlara pis silahlar verdiyini deyir

Politoloq Rusiyanın Cənubi Qafqazda uduzduğunu etiraf edib. O, siyasətçilər, ekspertlər, diplomatlar və medianı Rusiyanın Cənubi Qafqazda mövcudluğu ilə bağlı insanları aldatmamağa çağırıb, həmçinin əlavə edib ki, regiondan geri çəkilmək Moskva üçün müsbət amil deyil. Satanovski nə dərəcədə haqlıdır?

gunay agamali.jpeg (96 KB)

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, rusiyalı politoloq Yevgeni Satanovskinin ölkəsinin Ermənistanla münasibətləri fonunda Cənubi Qafqazda varlığı ilə bağlı səsləndirdiyi fikirlərdə müəyyən həqiqətlər mövcuddur: “Rusiya İkinci Qarabağ müharibəsinə qədər xarici güclər arasında regionda ən çox təsir imkanlarına malik dövlətlərdən biri idi. Lakin 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan liderliyində Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yarandı. Bu fakt qərb meyilli siyasət həyata keçirən Ermənistan baş naziri Nikol Paşinyana üzləşdikləri məğlubiyyətə görə Kremli və onun liderliyində formalaşan KTMT-ni günahlandırmağa əsas verdi. Çünki bu zamana qədər Ermənistanın təhlükəsizlik məsələləri Rusiyanın ölkədəki 102-ci bazası fonunda cəmləşdirdiyi hərbi qüvvələrdən aslı idi. İndi isə proseslər tamamilə fərqli məcrada inkişaf edir. Paşinyan administrasiyası KTMT-dən çıxmaq və Gümrü şəhərində yerləşən rus hərbi varlığını ölkədən çıxarmaq niyyətini açıq şəkildə dilə gətirir. Aydındır ki, Ukrayna müharibəsinə fokuslanmış Moskvanın bunlara adekvat cavab verməsi müəyyən qədər çətinləşib. Ancaq onu da unutmaq lazım deyil ki, Ermənistan iqtisadiyyatı təməl sahələr üzərindən Rusiyadan aslı vəziyyətdədir və Kreml sanksiyalar paketi ilə istənilən vaxt İrəvanı sərt şəkildə cəzalandıra bilər”.

Vuqar-isgender-.jpg (281 KB)

“Əslində rusiyalı politoloq Yevgeni Satanovski haqlıdır. O mənada ki, Rusiya Cənubi Qafqazda uduzub. Lakin bu uduzmağın əsas günhakarı da elə Rusiyanın özüdür”. Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Rusiyanın hakimiyyətə yaxın mediasının və siyasətçilərinin sərgilədiyi yanlış mövqe bu ölkəni getdikcə tək qalmağa sövq edir: “Sərgilənən mövqe, reallaşdırılan yanlış siyasət Rusiyanın dostlarını da narazı salır. Heç uzağa getməyək. Məlum təyyarə qəzasından sonra Rusiya Azərbaycandan üzr istəmək əvəzinə bizə təzyiqlər etməyə cəhd göstərdi. Nəticədə də Cənubi Qafqazın lider ölkəsini incik saldı. Bu cür yanlış siyasət yalnız və yalnız Rusiyanın ziyanınadır”.

V.İskəndərov deyib ki, Y.Satanovskinin siyasətçilər, ekspertlər, diplomatlar və medianı Rusiyanın Cənubi Qafqazda mövcudluğu ilə bağlı insanları aldatmamağa çağırışı da haqlıdır: “Çünki reallıq Rusiyanın Cənubi Qafqazda mövqelərinin tamamilə zəiflədiyini göstərir. Səbəb isə onların özləridir. Dediyim kimi, Rusiya tərəfindən digər ölkələrə və xalqlara qarşı sərgilənən sərt mövqe qəbul edilən deyil”.

_elxan234.jpg (76 KB)

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da rusiyalı politoluqun fikirlərində həqiqət görür: “Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə əslində şimal qonşumuzu gücləndirməyib, xeyli zəiflədib. Potensialını xərcləyir. Maliyyəsi gedir, ordusunda böyük itkilər var. Hərbi texnika, canlı itkiləri də kifayət qədər çoxdur. Düzdür, Rusiya Ukraynada qələbə çalarsa - hərçənd ki, bunu çoxları arzu etmir - başqa ölkələri də hədəf götürə bilər. İstər Cənubi Qafqaz, istərsə də, Mərkəzi Asiya olsun. Amma Rusiya Ukraynada qələbə qazanmayacaq. Tramp hər iki tərəfi atəşkəsə məcbur edə bilər. Bu isə Rusiyanın qələbəsi olmayacaq. Müharibə bitsə belə Avropa Rusiyadan o qədər də çox qaz almayacaq. Rusiya mövqelərini də itirəcək. Necə ki, itirir də. Cənubi Qafqazda Azərbaycanla münasibətləri korlayıb, durduğu yerdə münasibətləri gərginləşdirdi. Raketlə 30 vətəndaşımızı öldürüb. Buna görə məsuliyyət daşımaq istəmir. Azərbaycanın çox haqlı tələbləri var. Azərbaycanı artıq itirmək üzrədir. Qazaxıstanı da itirməklə üz-üzədir. Rusiyanın daim imperiya maraqları olub. Bunu da daim həyata keçirməyə çalışıb. Hətta müttəfiq adlandırdıqları Belarus da bunu anlamamış deyil. Rusiyanın dostu və tərəfdaşı çox deyil. Cənubi Qafqaza gəldikdə isə, əslində Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasını yubatmasa, İlham Əliyevin də dediyi kimi, Qafqaz Evi qurulardı. Bu qurularsa, Rusiyanın Cənubi Qafqaza təsir imkanları da azalacaq. Ona görə də haradasa Satanovksi Rusiyanın Cənubi Qafqazda maraqlarının azalması barədə dediklərində haqlı görünür. Azalmalıdır da, çünki Rusiya əvvəlki gücdə deyil. Sovetlər Birliyi deyil ki, hər bir ölkədə maraqlarını təmin edə bilsin”. 

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03