Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

İdeologiya, iqtisadiyyat və milli ideyalar Azərbaycanı layiq olduğumuz yerə gətirib çıxarıb

2025-02-14 19:37:49 165 baxış
Xəbər şəkil

Davos Forumu son dərəcə uğurlu, inteqrasiya çağırışlarının fövqündə dayanan qlobal iqtisadi dialoq platformasıdır və mümkün risklərin fonunda insanlığın iqtisadi rifahının qorunmasına xidmət edir. Beynəlxalq münasibətlər sistemində ciddi qəbul olunan, siyasi liderləri, iş adamlarını və vətəndaş cəmiyyətinin üzvlərini bir araya gətirən Davos Forumu mühüm müzakirələr meydanı, qlobal böhranların çözülməsinin aktual tribunasıdır. Ölkəmizin Davos Forumunda təmsil olunması, Prezident İlham Əliyevin dünya liderləri, aparıcı şirkət rəhbərləri ilə görüşü həm də onun təsdiqidir ki, Azərbaycanın qlobal siyasətdə rolu və mövqeyi əvəzsizdir. Öz iqtisadi qüdrətini təmin edən Azərbaycana dünyanın marağı böyükdür və Davosda ölkəmizin başçısının keçirdiyi bütün görüşlərdə bu, açıq şəkildə görünürdü.
Prezident İlham Əliyevin bir müddət öncə İsveçrə Konfederasiyasına səfəri çərçivəsində Davosda CGTN telekanalına müsahibəsi mühüm məqamlarla yadda qalıb. Dövlətimizin başçısı ölkəmizin hədəflərini, eyni zamanda, Azərbaycanın iqtisadi gücünü dəqiq şərh edərək görüləcək işlərin anonsunu verib, həm respublikamız, həm də beynəlxalq gündəm üçün həlledici olan bir çox mövzulara toxunub. Ölkəmizin reallıqlarını bəyan edən dövlətimizin başçısı qeyd edib ki, ötən il Bakıda uğurla keçirilən və 200 ölkəni bir araya gətirən iqlim konfransına ev sahibliyi etmək böyük nailiyyət idi və namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəklənib. Bununla yanaşı, Azərbaycan-Çin münasibətlərinə toxunan Prezident ölkələrimizin rəsmi olaraq strateji tərəfdaş olduğunu, Çin ilə əməkdaşlığın genişləndirilməsini arzuladığını ifadə edib.
Müsahibədə Prezident İlham Əliyev nəqliyyat əlaqələri sahəsində əməkdaşlığın vacibliyinə də toxunub və Azərbaycanın Şərqlə Qərb arasında yüklərin daşınmasını təmin edən Orta Dəhliz layihəsində əsas rol oynaya biləcəyini deyib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan müstəqilliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına və beynəlxalq tərəfdaşlığa yönəlmiş xarici siyasətini fəal şəkildə inkişaf etdirməkdə davam edir. 
Prezident İlham Əliyev müsahibəsində daha vacib məqama, Birləşmiş Ştatlarla ölkəmizin əlaqələrindən danışaraq Prezident Donald Trampın dövründə ABŞ-la münasibətlərinin son dörd ildən fərqli olaraq çox uğurlu olduğunu, ABŞ-Azərbaycan əlaqələrinin Co Bayden administrasiyasının ədalətsiz və vicdansız yanaşması səbəbindən pisləşdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev ABŞ-la gələcək münasibətlərin daha məhsuldar vəziyyətə qayıda biləcəyinə nikbinliyini ifadə etdi. Bundan başqa, Azərbaycan Prezidenti ABŞ-da hakimiyyət dəyişikliyinin qlobal təhlükəsizliyin yaxşılaşmasına gətirib çıxara biləcəyi fikrini bildirdi, çünki Trampın prezidentliyinin ilk illərində ABŞ yeni müharibələrə başlamadı və bu, son onilliklərdə bu ölkənin tarixində nadir hadisədir.
Sözügedən müsahibədə ölkəmizə beynəlxalq baxışın yüksək səviyyədə olduğunu təsdiqləyən fikirlər hər birimiz üçün qürurvericidir. Jurnalist qeyd etdi ki,  Azərbaycanın hüdudlarından kənara baxdıqda ölkənizi çox proaktiv beynəlxalq oyunçu kimi görmək mümkündür. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyir. Həmçinin qlobal İqlim sammitinə ev sahibliyi etdi. Bu siyahını davam etdirmək olar. Prezident İlham Əliyev jurnalistin bu təqdimatının davamı olaraq bildirdi ki, hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Bundan əvvəl Azərbaycan 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il  uğurla sədrlik etdi. Bu, onu göstərir ki,  dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir.
Bir sözlə, dövlətimizin başçısının sözügedən  müsahibəsi bir daha Azərbaycanın mövqeyinin təqdimatı oldu. Prezident İlham Əliyev vurğuladı ki, mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə, dominantlıq, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır. Azərbaycan  özünü daxili işlərə müdaxilədən qorumağa müvəffəq oldu. Lakin heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar, bunların hamısı Azərbaycanı layiq olduğu yerə gətirib çıxardı.

Nəbi İbrahimov, 
Azərbaycan Yazıçılar Birliyinin Muğan-Salyan Regional Bölməsinin sədri, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03