Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

ABŞ ilə münasibətlərimizdə yeni dövrün başlanması hər iki tərəfin marağındadır.

2025-02-14 06:16:27 197 baxış
Xəbər şəkil

Dünya İqtisadi Forumu hər il İsveçrənin Davos şəhərində keçirilən dünya liderləri və tanınmış iş adamlarının iştirak etdiyi toplantıdır. Əlbəttə ki, bu toplantıda irəli sürülən yeni fikirlər, təkliflər dünya iqtisadiyyatına yeni istiqamətlər verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün cari ilin yanvar ayının 20-də İsveçrə Konfederasiyasına səfərə getmiş, Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə vermişdir.  

  Azərbaycan və Çin arasında iqtisadi, siyasi, mədəni, humanitar və demək olar ki, digər önəmli sahələr üzrə qurulan əlaqələr dövlətlərarası münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Hələ ötən il iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir.

Cənab Prezident öz müsahibəsi zamanı aydın və məzmunlu çıxışı ilə bu məsələlərə, eləcə də bir sıra tarixi faktlara toxunmuşdur. Xüsusilə cənab Prezident, Sizcə çoxqütblü dünyada Azərbaycanın yeri haradadır?, sualına- “Biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq”, cavabını verməsi bir daha onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursuna sadiq şəkildə həyata keçirdiyi güclü və bənzərsiz siyasət bu gün ölkəmizi demək olar ki, bütün sferalar üzrə inkişafın zirvəsində qərarlaşdırıb. Əlbəttə ki, dövlətin müstəqilliyini əldə etməkdən də çətin vəzifə məhz bu müstəqilliyi qorumaq, onu daimi və əbədi etməkdir. Bizim hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Hazırda qonşumuz olmağına baxmayaraq, məkirli siyasət aparan Ermənistan siyasi rəhbərliyi riyakar havadarlarına arxalanmağa son qoyub, regiondakı yeni tarixi reallıqlarla barışmalı, dövrün tələblərini, beynəlxalq hüquq normalarını və Azərbaycanın ədalətli, konstruktiv mövqeyini qəbul edib, 17 maddədən ibarət olan sülh müqaviləsini imzalamalıdır. Bu, həqiqətən Ermənsitan dövləti və cəmiyyəti üçün də seçilmiş ən yaxşı yol olardı.

Müasir geosiyasi reallıqlar fonunda Prezident İlham Əliyevin Ermənistan siyasi rəhbərliyinə tarixi bir şans verərək, tarixi ədaləti könüllü olaraq qəbul etmələri üçün fürsət tanıması məhz dövlətimizin başçısının humanist mövqeyinin göstəricisidir. Əks təqdirdə, necə deyərlər, ədalət gec-tez yerini tapacaq.

  Prezident müsahibə zamanı ABŞ-la münasibətlərdən danışıb: “Biz prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”. Rəsmi Bakının Trampdan əsas gözləntisi ABŞ-la münasibətlərin normallaşmasıdır. Prinsipcə, Prezidentin də dediyi kimi, Azərbaycanın ABŞ-la problemi yoxdur. İki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması ilə bağlıdır. Bakı Trampın bu vəziyyəti düzəldəcəyinə ümid edir. Azərbaycan Cənubi Qafqazın ən mühüm ölkəsidir. Rusiya və İranla sərhədin olması, Mərkəzi Asiyaya qapı rolunu oynaması, enerji resursları baxımından zənginliyi və İsrail, Türkiyə kimi strateji tərəfdaş və müttəfiqinin olması ölkəmizin ABŞ üçün dəyərini artırır. Bunu Tramp da yaxşı bilir. Buna görə Bakı onun hakimiyyəti dövründə münasibətlərin normallaşmasına ümid edir. Prezidentin jurnalistin “Çinlə ABŞ arasında qarşılıqlı əlaqələri necə görürsünüz” sualına cavabı da diqqət çəkib. Prezident İlham Əliyev deyib ki, “Bəli, bu, dünya üçün çox yaxşı bir xəbər idi ki, Çin və ABŞ rəhbərləri yenidən təmasdadırlar”. 

Azərbaycanla Çin arasında son zamanlar təmaslar xüsusilə artıb. Bakı Pekinlə əməkdaşlıqda, Asiya bazarında yer tutmaqda maraqlıdır. Prezident Çin lideri Si Szinpini daha yaxşı tanıdığını, onunla dəfələrlə görüşdüyünü deyib. Bu, çox mühümdür. Çin kimi bir ölkənin rəhbəri ilə şəxsi əlaqə yaratmaq, hətta zamanla dostluq münasibəti qurmaq perspektivdə Bakıya müsbət dividendlər gətirə bilər. Azərbaycan Çin və ABŞ-ın gücünün fərqindədir. Çinlə əlaqələr yaxşı olsa da, Azərbaycan ABŞ-la da əməkdaşlığı genişləndirmək istəyir. Xüsusilə Trampın ölkəmizə səfər etməsi tarixi addım ola bilər. Müsahibədən bu qənaətə gəlmək olar ki, Prezident Çin və ABŞ arasında balans siyasəti aparmaq istəyir. Pekini daha yaxşı tanıyan Bakı balans üçün Vaşinqtonla da münasibətlərin inkişafında maraqlıdır.

Ramin Əsədov,

Salyan rayon Piratman-Gəncəli tam orta ümumtəhsil məktəbinin müəllimi

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03