Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Müstəqil Azərbaycan gəncliyinin ən ümdə vəzifələri

2025-01-31 09:41:09 228 baxış
Xəbər şəkil

      Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə hamilik edib onların qüvvəsindən səmərəli istifadəni ölkəmizin gələcəyi üçün başlıca amil adlandıran Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə dövlət siyasətinin başlıca istiqaməti kimi diqqət artırıldı. «Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır» sözləri ilə ölkəmizin gələcəyini etibar etdiyimiz yeni nəslin nümayəndələrinin potensialını yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Azərbaycanı gənclər ölkəsi adlandıran Ulu Öndər müstəqil dövlətimizin qarşıdakı illər üçün inkişaf konsepsiyasını gənclərin cəmiyyətdə rolunun artırılmasını təmin edəcək prioritetlər əsasında formalaşdırdı.
     Ötən əsrin 70-80-ci illərində ölkə gənclərinin ixtisaslı kadr kimi yetişdirilməsini başlıca məqsəd kimi qarşıya qoyan, azərbaycanlı oğlan və qızların SSRİ-nin tanınımış ali məktəblərində təhsillərini davam etdirmələri üçün ciddi səy göstərən Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra özünü doğruldan təcrübəsini davam etdirdi. Müstəqil ölkə olan Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları üçün təkmil konsepsiya hazırlandı. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc bu layihəyə cəlb edildi. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq üçün «Prezident təqaüdü» təsis edildi. Gənclərin ümumi maraqlarına uyğun keçirilən forumlarda qarşıya qoyulan «Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir» vəzifəsi yeni nəslin nümayəndələrinin fəallığını daha da artırdı. 
     Respublikaya rəhbərliyə başladığı ilk günlərdən Azərbaycan gəncliyinin yenilməz qüvvəsindən məqsədyönlü istifadə edən Prezident İlham Əliyev gənclər siyasətinin daha geniş miqyasda tətbiqi üçün yeni imkanlar yaratdı. «İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar» sözləri ilə gələcəyimiz olan yeni nəslin nümayəndələrində özünə güvəni artırdı. Onların XXI əsrin tələbi olan yeni texnologiyaların imkanlarından səmərəli istifadə etmələri, savadlı kadrlar kimi hazırlanmaları, ölkənin aparıcı qüvvəsinə çevrilmələri, bütövlükdə, kreativ gənclik kimi formalaşması üçün yeni imkanlar yaradıldı.
     «Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı»na uyğun olaraq hər il 400, ümumilikdə 2000 nəfərədək ölkə vətəndaşının xarici dövlətlərin nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. Ötən 2 il ərzində 146 bakalavriat, 571 magistratura səviyyəsində olmaqla, 717 nəfər tələbə təqaüd almaq hüququ qazanıb. 2023-2024-cü tədris ilində Proqram çərçivəsində bakalavriat səviyyəsi üzrə 64, magistratura səviyyəsi üzrə 317 nəfər olmaqla ümumilikdə 381 nəfər xarici ölkələrdə təhsilə cəlb olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi ilə yaradılan Gənclər Fondu mütəxəssislərə daha bir qayğı idi.
Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilən cənab İlham Əliyevin ən çox diqqət yetirdiyi sahə gənclərin fiziki tərbiyəsinin yüksəldilməsi, idmana cəlb olunmaları idi. Bu məqsədlə bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi inşa edildi.
     Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi, 50-dən çox ölkəni təmsil edən 6 mindən artıq idmançının iştirakı ilə keçirilən yarışlarda sağlam rəqabət uğrunda mübarizədə uğur qazanan gənclərimiz Azərbaycanı dünyaya idman ölkəsi kimi tanıtdılar.
     Bakıda keçirilən, Azərbaycanı dünyaya musiqi və idman ölkəsi kimi tanıdan «Eurovision-2012» beynəlxalq müsiqi fevtivalı, Birinci Avropa və IV İslam Həmrəyli Oyunları azərbaycanlı istedadların yaradıcılıq hesabatı kimi yaddaşlarda iz saldı. Şərqlə Qərbi birləşdirən Azərbaycan dünya gənclərinin həmrəylik diyarına çevrildi. 
«Bizim gənclərimiz idmanda böyük qələbələr qazanırlar, başımızı uca edirlər. Hər bir idman qələbəsi hər bir vətənpərvər vətəndaşı sevindirir, ruhlandırır. Görün, biz hansı böyük nailiyyətlərə çatdıq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, tarixi qələbələri müstəqillik dövründə doğulmuş və boya-başa çatmış gənclər əldə ediblər. Bu, bir daha göstərir ki, bizim gənc idmançılarımız nə qədər peşəkar, iradəli, vətənpərvərdirlər.
     Xalqımızın qürur mənbəyi olan, əsasən gənclərdən ibarət hərbçilərimizin rəşadətini «Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik» sözləri ilə dəyərləndirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya cəbhəsində üstünlüklərini təsdiq edən gənclərimizin siyasi hazırlığını da yüksək qiymətləndirir və hər iki cəbhənin qaliblərini xalqımızın qürur mənbəyi adlandırır. İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdə daha çox xidməti olan Silahlı Qüvvələrin əsgər və zabitləri kimi, vətənpərvərlik ruhunda tərbiyə alan gənclərimiz də ənənəvi informasiya resurslarından, eyni zamanda, sosial şəbəkələrdən istifadə edərək haylara layiq olduqları cavabları verdilər. Bu fəallıq gənclərin Vətənə sonsuz məhəbbətlərinin ifadəsidir. 

Səmra Əhmədova,
            Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03