Dövlət rəhbərimiz mütəmadi olaraq nəqliyyat sektorunun inkişafını təşviq edən qərarlar qəbul edir" - DEPUTAT
"Cənab Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirəsi sözügedən istiqamət üzrə görülmüş işlər və görüləcək işlər barəsində aydın fikir formalaşdırdı".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Deputat qeyd edib ki, dövlət rəhbərimiz nəqliyyat məsələləri ilə bağlı mütəmadi olaraq müzakirələr aparır və bu sektorda inkişafı təşviq edən qərarlar qəbul edir:
"Nəqliyyat infrastrukturu, logistik imkanlar və beynəlxalq əlaqələrin genişləndirilməsi hər zaman ölkə başçısının diqqət mərkəzindədir. Cənab Prezidentin çıxışında Azərbaycanın nəqliyyat şəbəkəsinin inkişafı, yük daşınmasının artırılması, paytaxt Bakıda sərnişin sıxlığı ilə müşahidə olunan halların aradan qaldırılması, eləcə də bu sektorda müasir texnologiyaların tətbiqi məsələləri xüsusi yer tutdu".
Deputat vurğulayıb ki, cənab prezidentin mövcud uğurları artırmaq üçün verdiyi tövsiyələr və irəliləmələr ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcək:
"Bununla yanaşı cənab Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı növbəti dəfə Ermənistana xəbərdarlıq etdi və qarşı tərəfi 10 Noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırdı. Söhbət nəqliyyat infrastruktur məsələlərindən gedirsə Zəngəzur koridoru beynəlxalq yük daşımalarını həyata keçirmək zəruri olan mühüm komponentdir. Məhz bu səbəbdən rəsmi İrəvanın sərgilədiyi uzlaşmaz siyasi ritorika sadəcə olaraq regional inkişafa, iqtisadi istiqrara əngəl törədir. Lakin, Ermənistan rəhbərliyinin vaxt qazanmağa hesablanmış gedişləri elə də çox çəkməyəcək və onlar bizim haqlı tələblərimizi yerinə yetirməyə məcbur olacaqlar".