Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də, gələcəkdə “faydalı ola bilər”

2025-01-25 11:13:12 204 baxış
Xəbər şəkil

“Əgər münaqişə yoxdursa, münaqişənin həlli ilə məşğul olan formatın olmasının nə mənası var?” Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. “Biz bu mövqeyi başa düşürük, amma əmin olmaq istəyirik ki, Azərbaycan da bu məsələyə eyni məntiqlə yanaşır” - Paşinyan deyib.

Ermənistanın xarici siyasətini və Avropaya inteqrasiya siyasətini tənqid edən Çiçəklənən Ermənistan Partiyasının lideri Edmon Marukyan isə Minsk Qrupunun buraxılmasını “son dərəcə təhlükəli” adlandırıb: “Minsk Qrupunun buraxılması ona gətirib çıxaracaq ki, əslində biz işğalçı kimi tanınırıq, Marukyan hesab edir. Azərbaycan bizim faşist və işğalçı dövlət olduğumuz fikrini təbliğ edir və keçmişimizi nəzərə alsaq, diqqətli olmalıyıq. Minsk Qrupu dünyanı "Ermənistan işğalçıdır" deməkdən saxlayan beynəlxalq hüquqi format idi. Söhbət ondan gedirdi ki, münaqişə var idi və onu həll etmək üçün Minsk Qrupu yaradılıb. Lakin Bakı münaqişənin bitdiyini iddia edir və qrupun buraxılmasını təklif edir. Baş nazirimiz də bunu təsdiqləyir".

Erməni siyasətçi hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də, gələcəkdə “faydalı ola bilər”. Onun fikrincə, onun ləğvindən yalnız Azərbaycan qazanır, Ermənistan isə əvəzində heç nə almadan onun ləğvinə razılaşır.

Qeyd edək ki, Ermənistanın siyasi dairələrində bir çoxları Edmond Marukyanın fikrini bölüşürlər. Xüsusən də müxalifət düşərgəsində də oxşar fikirlər səslənir, iqtidarın əleyhidarları sülh sazişi imzalanana qədər Minsk Qrupunun ən azı formal mövcudluğunu qorumağa çağırırlar.

Rəsmi İrəvanın da Minsk Qrupunun buraxılmasını sülh danışıqlarının gedişatı ilə əlaqələndirib-əlaqələndirmədiyi, yoxsa erməni tərəfinin saziş imzalanmadan ATƏT-ə qrupun buraxılması ilə bağlı müraciət göndərməyə hazır olub-olmadığı da aydın deyil.

gunay agamali.jpeg (96 KB)

 Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, ATƏT-in Minsk Qrupu beynəlxalq diplomatiya kontekstində Azərbaycan və Ermənistan arasında keçmiş Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək məqsədilə yaradılan qurum idi: “Hər kəsə məlumdur ki, sözügedən üçlü format münaqişə müddətində hər hansı bir ciddi fəaliyyətlə yadda qalmadı. Əksinə, hər üç dövlət bəzən aşkar, bəzən də üstüörtülü Ermənistanı dəstəkləməklə İrəvanın təcavüzkar, işğalçı siyasətini stimullaşdırırdı. Ermənistan isə cəzasızlıq mühitində işğalçı siyasətini rəsmiləşdirməyə çalışırdı. Təbii ki, bu kimi qanunsuz fəaliyyətlər və beynəlxalq təsisatlar fonunda Minsk Qrupunun fəaliyyətsizliyi Azərbaycanı ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün hərbi əməliyyatlara başlamağa sövq etdi. 44 gün davam edən Vətən müharibəsi işğal faktorunun aradan qalxması ilə nəticələndi. Hazırda ATƏT-in Minsk Qrupu de-yure olmasa da, de-fakto olaraq işi  yekunlaşdırılmış qurumdur. Çünki artıq Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi sona çatıb və sülh danışıqları çərçivəsində üçlü formatın mövcudluğuna ehtiyac yoxdur. Lakin Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün Minsk Qrupunun fəaliyyətinin davam etməsində maraqlıdır. Onlar elə bir görüntü yaratmaq istəyirlər ki, sanki hələ də həmsədrlər institutun mövcudluğu gərəklidir. Amma  rəsmi İrəvan Minsk Qrupunun ləğvi ilə əlaqədar yekun qərarı qəbul etməyə məcbur olacaq”.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03