Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Pilotların və bütün ekipajın böyük qəhrəmanlığı danılmazdır

2025-01-07 20:44:49 185 baxış
Xəbər şəkil

Yeni il ərəfəsində müşahidə edilən bayram ab-havası, təəssüf ki, faciəli hadisənin kölgəsində qaldı - AZAL Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Bakı-Qroznı marşrutu ilə uçarkən qəzaya uğradı. Bu faciə hər birimizi sarsıtdı, çünki qəzada insanlar həyatlarını itirmişdilər. Təyyarə qəzası xəbərini  Prezident İlham Əliyev MDB-nin ənənəvi olaraq hər ilin sonunda keçirilən qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa gedərkən alıb və dərhal  vətənə qayıdıb. Hələ havada ikən müvafiq tapşırıqlar verən ölkəmizin başçısı qəzanın səbəblərini araşdırmaq üçün Baş nazirin rəhbərliyi ilə komissiya yaradılması, Azərbaycan nümayəndələrindən ibarət nümayəndə heyətinin Aktauya ezamı, ora azərbaycanlı həkimlərdən ibarət briqadaların göndərilməsi barədə göstəriş verdi. Bundan sonra Bakı hava limanında Prezident İlham Əliyev hadisə ilə bağlı dərhal müşavirə keçirdi. 
Əldə olunan ilkin məlumatlara əsasən təyyarə radioelektron müdaxilə nəticəsində idarəetməni itirmiş və eyni zamanda yerdən açılan atəşə məruz qalmışdı. Təyyarənin gövdəsində və quyruq hissəsində müşahidə edilən ciddi zədələr onun havada partlayış dalğasına düşdüyünü göstərmişdi. Bu barədə dövlət başçımız dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına verdiyi müsahibədə bildirdi: "Bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu". Təyyarənin tamamilə idarəolunmaz vəziyyətə düşməsinə baxmayaraq, ekipaj qəza enişini uğurla həyata keçirə bilmişdir. Ölkə başçımız onların qəhrəmanlığını yüksək dəyərləndirdi: "Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər". Prezident İlham Əliyev müsahibəsində pilotların və ekipaj üzvlərinin xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndiriləcəyini vurğuladı və çox qısa müddətdən sonra həlak olmuş iki pilot və bələdçi Milli Qəhrəman adına, qəzada sağ qalmış iki bələdçi isə  “Rəşadət” ordeninə layiq görüldülər. 
Bu faciə iki qardaş ölkə olan Azərbaycan və Qazaxıstan arasında dostluq və həmrəyliyin əsl nümunəsi kimi yadda qaldı. Hadisə zamanı göstərilən həmrəylik və qarşılıqlı dəstək hər iki xalqın ürəyində dərin iz buraxdı. Qəza xəbərini alan kimi Qazaxıstanın xilasedici qüvvələri dərhal hərəkətə keçdi. Hadisə yerinə vaxtında çataraq onlar dağıntılar altında qalmış sərnişinləri xilas etmək üçün öz həyatlarını təhlükəyə atdılar. Partlayış riski və təyyarənin yanmaqda davam edən hissələri xilasediciləri qorxutmadı, əksinə, onlar peşəkarlıq və cəsarət nümayiş etdirərək sərnişinləri təhlükəsiz əraziyə çıxarmağı bacardılar. Bu davranış yalnız peşə borcu deyil, əsl insanlıq nümunəsi idi. Həmçinin Qazaxıstanın tibb işçiləri sayəsində yaralılar təcili şəkildə xəstəxanalara çatdırıldı, onların həyatı üçün dərhal mübarizəyə başlanıldı. Bu prosesdə göstərilən səylər həm Qazaxıstan rəhbərliyinin, həm də adi vətəndaşların humanizmini əks etdirdi. Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan lideri Kasım-Jomart Tokayevə şəxsən təşəkkür edərək xilasedici və tibb personalının göstərdiyi qəhrəmanlığı yüksək qiymətləndirdi. Ölkə başçımız Qazaxıstan xalqının hadisə zamanı göstərdiyi həmrəylikdən duyduğu məmnuniyyəti ifadə etdi. Qazaxıstan vətəndaşlarının Azərbaycanın Aktaudakı konsulluğuna gələrək başsağlığı verməsi, gül dəstələri qoyması və həmrəylik nümayiş etdirməsi iki xalq arasındakı qardaşlıq bağlarını bir daha təsdiqlədi.

Qüdrət Hüseynov,
Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühasibi, YAP fəal

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03