Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Milli maraqlara və dövlətçilik dəyərlərinə sadiqlik

2025-01-07 16:46:52 188 baxış
Xəbər şəkil

Bildiyimiz kimi, 2024-cü ilin dekabr ayının 25-də Azərbaycan xalqına və dövlətinə böyük faciə üz verdi. Bakı-Qroznı  reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğradı. Bu qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak oldu, təyyarənin pilotları və digər ekipaj üzvlərinin səyləri, sücaəti sayəsində isə 29 sərnişin sağ qaldı.
Dövlətimizin başçısı  dekabrın 29-da Azərbaycan Televiziyasına müsahibəsində qəzanın  başvermə səbəblərinin araşdırılması, həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində atılan addımlardan və ilkin nəticələrdən bəhs etdi. Dövlət Komissiyası yaradılması,  müvafiq qurumların nümayəndələrindən ibarət heyətin, eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrupun Aktau şəhərinə ezam edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğunun baş vermiş qəza ilə bağlı cinayət işi açması və sair kimi mühüm addımlar Prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirildi. Sözügedən müsahibəsində “Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq” söyləyən dövlətimizin başçısı ilkin versiyaların kifayət qədər əsaslı olduğunu, faktlara söykəndiyini önə çəkərək açıqladı ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni itirmişdir. Dövlət başçısı bildirdi ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Həmçinin yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir. Azərbaycanı təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də odur ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması, quşlarla bağlı versiyalar irəli sürdü. Bu, açıq-aydın göstərdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə ki, bu, heç kimə başucalığı gətirmir.
Hadisədən üç gün sonra, dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng vuraraq təyyarə qəzası ilə bağlı üzrxahlığını ifadə etdi. Prezident İlham Əliyev telefon danışığı zamanı Vladimir Putinə “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini, yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini vurğuladı. Rusiya Prezidentinə təyyarənin gövdəsində çoxsaylı dəliklərin olması, hələ havada olarkən sərnişinlərin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmaları, sağ qalan təyyarə bələdçilərinin və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyi bildirildi.
Qeyd etmək lazımdır ki, Azərbaycan hər bir məsələdə ədalətin yanındadır. Bu baxımdan dövlətimiz baş verən təyyarə qəzasının səbəblərinin araşdırılmasında və ictimaiyyətə çatdırılmasında ədalət meyarının qorunmasına çağırış etdi. Azərbaycan Prezidentinin mövqeyi bütün azərbaycanlılar tərəfindən yüksək qiymətləndirildi. Hər kəs qəzada həlak olanların xatirəsini uca tutdu. Təyyarənin pilotları və ekipaj üzvlərinin qəhrəmanlıqları bizi qürrələndirdi. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərdilər.Ölkə başçısı qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxsləri təltif etdi. Sərəncamda xüsusi olaraq qeyd edilib ki, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 sərnişin xilas edilib. Qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təyyarənin pilotları İqor Kşnyakin, Aleksandr Kalyaninov və ekipaj üzvü Hökumə Əliyevaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, digər ekipaj üzvləri Zülfiqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər. Bu da vətənin öz qəhrəman övladlarına verdiyi qiymətdir. Onu da bildirək ki, Hökumə Əliyeva Salatın Əsgərova və Gültəkin Əsgərovadan sonra Milli Qəhrəman adına layiq görülmüş üçüncü qadınımızdır. 
Azərbaycan xalqı, bütün Türk dünyası bu faciə ətrafında sıx birləşdi, həmrəy oldu. Qardaş Qazaxıstan dövlətinin və xalqının dəstəyi yüksək qiymətləndirilməlidir. Onlar qəza anında və sonrakı proseslərdə özlərini əsl qardaş türk xalqı kimi apardılar. Bu faciə Qazaxıstan və Azərbaycanı bir-birinə daha da doğmalaşdırdı. Cənab İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə və Qazaxıstan xalqına göstərdikləri dəstəyə görə təşəkkür etdi. Qazaxıstan xilasedicilərinin və tibbi heyətinin sərnişinlərin xilası zamanı nümayiş etdirdikləri peşəkarlıq və həmrəylik Azərbaycan ictimaiyyəti tərəfindən yüksək dəyərləndirildi. Bu amillər Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi və iki dövlət arasında qarşılıqlı etimadın daha da dərinləşməsi üçün bir nümunə oldu.
Bakı-Qroznı istiqamətində baş verən faciə Azərbaycan aviasiyası tarixində mühüm hadisə olmaqla yanaşı, beynəlxalq münasibətlərdə də ciddi rezonans doğurdu. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hadisəyə obyektiv yanaşma, şəffaf istintaq və beynəlxalq hüquqa əsaslanan ədalətli mövqe nümayiş etdirir. Bu hadisə, eyni zamanda, Azərbaycanın təhlükəsizliyə və suverenliyə verdiyi yüksək önəmi bir daha nümayiş etdirərək dövlətin öz vətəndaşlarının hüquq və təhlükəsizliyini qorumaq üçün hər cür tədbir görəcəyini bir daha göstərdi.

Allahverdi Piriyev, 
Salyan rayon Ziyalılar Birliyinin sədri, Əməkdar Müəllim, YAP fəalı 

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03