Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Preident İlham Əliyev ölkəmizi qlobal miqyasda tanınan nüfuzlu dövlətə çevirib

2024-12-24 11:13:01 246 baxış
Xəbər şəkil

Bu gün Azərbaycan beynəlxalq arenada öz sözünü deyən, regional lider kimi qəbul olunan, dünya miqyasında sayılıb-seçilən bir ölkəyə çevrilib. Bu dönüşün arxasında dayanan əsas sima, heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Onun rəhbərliyi altında Azərbaycan, yalnız regional çərçivədə deyil, qlobal miqyasda nüfuzlu, qalib bir ölkə kimi dünyaya səs salıb. Bu nailiyyətlərin təməlində isə müdrik siyasətin və dəmir iradənin sahibi olan ulu öndər Heydər Əliyevin əvəzsiz irsi dayanır.
Heydər Əliyevin təməlini qoyduğu milli dövlətçilik təlimi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə söykənərək, müasir inkişaf üçün möhkəm bünövrə yaratdı. Onun rəhbərliyi ilə Azərbaycan müstəqilliyini möhkəmləndirdi, iqtisadi yüksəliş və siyasi sabitlik dövrünə qədəm qoydu. Heydər Əliyev hər zaman Azərbaycanın suverenliyini, xalqın rifahını və ölkənin beynəlxalq arenada mövqeyinin güclənməsini əsas prioritet kimi müəyyənləşdirdi. Bu irsi uğurla davam etdirən İlham Əliyev, Ulu öndərin ideyalarını yeni dövrün çağırışlarına uyğunlaşdıraraq, Azərbaycanı dünyanın diqqət mərkəzinə çıxaran güclü bir lider oldu. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013, 2018 və 2024-cü  illərdə keçirilən prezident seçkilərində ətrafında sıx birləşdiyi cənab İlham Əliyevə etimadını təkrarladı.
Azərbaycanı sürətlə inkişaf etdirərək bölgədə lider dövlətə çevirən Prezident İlham Əliyevin Liderliyi sayəsində  ölkəmiz regionda və dünya birliyində söz sahibliyi qazandı. Prezident kimi  fəaliyyətə başladığı ilk gündən Azərbaycanın ərazi bütövlüyünün bərpasını ümdə vəzifə kimi qarşısına qoyan Prezident İlham Əliyev dövlətimizin  iqtisadi və hərbi gücü ilə vədini yerinə yetirdi. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan regiona sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirdi. 
Cənab Prezident demək olar ki, respublikamızda bütün sahələrin inkişafına böyük həssaslıq və diqqətlə yanaşıb, tərəqqi üçün ən zəruri addımlar atıb. Böyük strateq kimi torpaqlarımızın azad olunması məqsədilə ordumuzu Qələbəyə hazırlayaraq, ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, Silahlı Qüvvələrimizin ən müasir silah, sursat, hərbi texnika ilə təchiz olunmasına yönələn tədbirlər həyata keçirmişdir. Bölgədə davamlı sülhün əldə olunmasına sədaqətini fəaliyyəti ilə sübut edən dövlətimizin başçısı əvvəlcə diplomatik cəbhədə üstünlüyümüzü tam təmin etdi və ən yüksək tribunalarda Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Prezident Qarabağ danışıqlarında dəfələrlə bəyan etmişdi ki, biz sülh tərəfdarıyıq, amma Azərbaycan bu işğalla barışmayacaq. Ölkəmizin sülh çağırışlarına Ermənistan qeyri-konstruktiv addımlarla cavab verdi ki, bu da bölgədə müharibə ilə nəticələndi. Beləliklə, 2 əsrlik tariximizdə ilkə imza atan Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində 1 günlük lokal antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövüyünü tam təmin etmiş lider kimi tarix yazdı və anti-Azərbaycan dairələrini, ölkəmizin düşmənlərini məyus etdi.
Azərbaycan Prezidenti İlham Əliyev liderliyi ilə beynəlxalq hüququn imkanları əsasında suveren hüquqlarını təmin edərək tarixi ərazilərimizi azad etdi. Artıq 4 ildir ki, həmin ərazilərdə tikinti-quruculuq layihələri həyata keçirilir. Keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar və Böyük Qayıdış prosesi uğurla davam edir, əzəli torpağımızda həyat yenidən canlanır. Qarabağ Universitetinin yaradılması da işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdışın sürətlənməsində əhəmiyyətli rol oynayır. Bu təhsil ocağının fəaliyyətə başlaması Qarabağın sosial-iqtisadi ehtiyaclarına uyğun yüksək ixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədi daşıyır. 
Prezident  İlham Əliyev təkcə ölkəmizdə, regionda deyil, qlobal arenada yüksək hörmət və ehtiramla qəbul olunur. Ulu öndər Heydər Əliyevin “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikri heç də təsadüfi deyildi. Prezident İlham Əliyev bu günümüzün və sabahımızın birmənalı şəkildə təminatçısıdır.
Prezident İlham Əliyev humanist dəyərlər, demokratik prinsiplərlə idarə etdiyi ölkəsini tarixi zəfərlərə, qlobal uğurlara və dayanıqlı inkişafa aparan bir dövlət xadimidir. 44 günlük Vətən müharibəsindən sonra dünya Azərbaycanın qələbəsinə, onun gücünə və qətiyyətinə şahid oldu. COP29 kimi qlobal tədbirin Bakıda uğurla keçirilməsi isə bir daha təsdiq etdi ki, dünya artıq Azərbaycanı yalnız qalib bir ölkə kimi deyil, həm də qlobal problemlərin həllində fəal iştirak edən bir lider dövlət kimi tanıyır.
Prezident İlham Əliyev uzaqgörən siyasəti, xalqına, dövlətinə olan sədaqəti ilə Azərbaycanı dünyada güc mərkəzinə çevirdi. Beynəlxalq gücləri onun iradəsi ilə hesablaşmağa vadar etdi. Bu gün Azərbaycan xalqı öz Prezidentinin ətrafında bir yumruq kimi birləşərək yeni hədəflərə doğru inamla addımlayır. Tarixi torpaqlarımıza, o cümlədən Qərbi Azərbaycana qayıdışın tezləşməsi üçün əlindən gələni əsirgəmir. Əminik ki, Azərbaycan xalqı onun iradəsi və cəsarəti ilə bu zirvəni də fəth edəcək.

Ülviyyə Ağalarova, 
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı
 
Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03