Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq

2024-11-22 10:16:28 142 baxış
Xəbər şəkil

 

Bildiyimiz kimi, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 ili tamam olur. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.
Azərbaycanın müstəqilliyinin bərpasının ilk illəri yaddaşlardadır. Həmin dövrdə ölkədə hakimiyyətsizliyin mövcudluğu faciələrə, böyük təhlükələrin yaranmasına səbəb olmuşdur. Azərbaycanın belə çətin günlərində xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalı Ulu Öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətini etdi. Həmin müraciətdə  qeyd olunduğu kimi, bu çətin günlərdə məsuliyyətli işi öz üzərinə götürməyə qadir yeganə şəxs Ulu Öndər Heydər Əliyev idi. Dahi şəxsiyyət Heydər Əliyevin müraciətə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabından onun Azərbaycanın müstəqilliyi üçün yaranan təhlükələrdən narahatlığı daha aydın görünürdü. Ümummilli Lider bildirmişdir ki, Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir və heç cür yol vermək olmaz ki, bu, ayrı-ayrı siyasi partiyaların, qurumların, şəxslərin müstəsna səlahiyyətinə, monopoliyasına çevrilsin.
Beləliklə, 1992-ci il 21 noyabr tarixində təsis konfransını respublikanın ayrı-ayrı bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvan Muxtar Respublikasında keçirən Yeni Azərbaycan Partiyasının yaradılması gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı.
Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, hər bir ölkənin həyatında əhəmiyyətli rol oynayan dönüş nöqtələri olur. Yeni Azərbaycan Partiyasının yaradılması  həmin dönüş nöqtələrindən biridir. Bu baxımdan ki, partiyanın yaranmasından çox keçmədi ki, YAP iqtidar partiyasına çevrildi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başladı. 
Heydər Əliyev rəhbərlik etdiyi YAP qısa müddətdə cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər Heydər Əliyevin  “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi reallıqda özünü doğrultmaqla yanaşı, bütün dövrlər üçün partiyanın atdığı addımlara bələdçilik edir.
Qısa müddət ərzində ümumxalq partiyasına çevrilən və ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edən Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. 32 il keçilən keşməkeşli və şərəfli yolun təqdimatıdır. Partiya bütün sınaqlardan şərəflə çıxdı, ilk gündən xalqın partiyası kimi nüfuz qazandı. Buna əsas verən təbii ki, tutduğu yola, əqidəyə sadiqliyi, hər zaman dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul etməsidir. YAP müxalifət partiyası kimi yaransa da heç zaman dövlətə, dövlətçiliyə müxalifətdə olmadı. Daim Azərbaycanın daha güclü, qüdrətli olmasına, xalqımızın yüksək rifah şəraitində yaşamasına səy göstərdi.
Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi böyük nailiyyətlərdə və qələbələrdə Yeni Azərbaycan Partiyasının xidmətləri əvəzsizdir, danılmazdır. Ölkə həyatının bütün sahələrində bir siyasi təşkilat kimi partiya həmişə ön sıralarda getməklə xalqa, dövlətə, dövlətçiliyə, Ümummilli lider Heydər Əliyevə və onun ideyalarına yorulmadan xidmət etməklə ümumxalq partiyası olduğunu təsdiq etmişdir. 
2003-cü ildə ulu öndər Heydər Əliyevin siyasi kursuna verilən dəstək, səs Azərbaycanın  44 günlük Vətən müharibəsində böyük Qələbəsinə yol açdı. Bu gün hər bir Azərbaycan vətəndaşı, partiyanın hər bir üzvü bu Zəfərimizdən qürurludur, yeni reallıqların diktə etdiyi vəzifələrin yerinə yetirilməsinə öz töhfələrini verməyə çalışırlar.
Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının üzvü olmaq hər birimiz üçün böyük qürurdur. Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası qarşıdakı illər üçün nəzərdə tutulan hədəflərə  yüksək səviyyədə nail olmaq  iqtidarındadır. Bunları həyata keçirmək üçün mühüm  əsaslar vardır.
Yeni Azərbaycan Partiyası  bu gün Azərbaycanın ən qüdrətli siyasi təşkilatıdır. Partiyanın gücünün, qüdrətinin əsasında dayanan başlıca amil onun ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasıdır. YAP-ın gücünün, qüdrətinin digər mənbəyi də partiyanın Sədri cənab İlham Əliyevlə əlaqədardır. Bu gün partiyanın sıralarında 800 minə yaxın  üzvün birləşməsi də YAP-ın  yaradıcısı, ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, onun siyasi kursunun davamçısı Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə  inamın göstəricisidir. Bu qüvvə Azərbaycanın daha da möhkəmlənməsi, qüdrətlənməsi istiqamətində səfərbər olunub, fəaliyyət göstərir və bundan  sonra da hər cür fədakarlığı göstərməyə hazırdır. 
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı. Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr qoydu. Partiyanın VII qurultayı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Yeni qərarların qəbulu YAP-ın gələcək fəaliyyətinə bələdçilik edir. Yeni tərkib formalaşdı, yeni Nizamnamə qəbul olundu. Dövlət başçısı, YAP Sədri İlham Əliyevin tapşırığına uyğun olaraq müasir dövrün yeniliklərini, çağırışlarını özündə ehtiva edən yeni Proqram hazırlandı və 2021-ci ilin sonunda təsdiqləndi. Yeni Proqramın əsas devizi “Biz birlikdə güclüyük!” oldu. Dövlət başçısı İlham Əliyev həmin qurultayda belə bir əminliyi də ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyası yeni Proqramda əksini tapan hədəfləri zamanında reallığa çevirməklə Ümummilli Liderin şah əsəri olan müasir müstəqil, eyni zamanda, qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfəsini verəcək. Hazırkı dövrün əsas hədəfi işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini daha da sürətləndirmək, Böyük Qayıdış proqramını uğurla başa çatdırmaqdır. YAP “Biz birlikdə güclüyük!” deyib bu hədəfə tezliklə nail olmaq üçün bütün qüvvə və bacarığını səfərbər edib.

İlkin Əzizov,
Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi, YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03