Vətən müharibəsində düşmənin “yenilməzlik” mifologiyasına son qoyuldu.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasına son qoydu. Vətən müharibəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayişi etdirdi. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, Azərbaycanın haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.
II Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ordusu qısa zamanda 44 günə düşməni diz çökməyə məcbur etdi.Ermənistanın kapitulyasiya aktına imza atması, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun Şuşa şəhərini düşməndən azad etməsi ilə tarixi ədalət bərpa edildi.
Prezident cənab İlham Əliyev Qalib komandan kimi imzaladığı 10 noyabr bəyanatında Azərbaycan tərəfinin bütün şərtlərini ermənilərə diqtə etməyə nail oldu. Ermənistan tərəfi Kəlbəcər, Laçın və Ağdam kimi strateji əhəmiyyətli rayonları bir güllə atmadan Azərbaycan ordusuna təhvil verdi. Azərbaycanın döyüş meydanında əldə etdiyi uğurları məhz 10 noyabr bəyanatı ilə rəsmiləşdirildi. 30 il torpalarımızı işğal altında saxlayan düşmən acizliyini, məğlub oduğunu sənəd üzərində təsdiq etdi. Ali Baş Komandan cənab İlham Əliyevin ortaya qoyduğu siyasi iradə nəıticəsində status-kvo, “Dağlıq Qarabağ” adlı ərazi vahidi birdəfəlik ləğv edildi. Məğlub Ermənistan hökuməti Azərbaycan Prezidentinin diplomatik uğuru, Azərbaycan xalqının birliyi, qüdrətli “dəmir yumruğ”u qarşısında açızliyini qəbul etməyə məcbur oldu. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzaladıqları gün dövlətimizin başçısı xalqa müraciətində məhz bu məsələni xüsusi vurğulayaraq, bildirdi ki, “biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq”.
2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri lokal antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qaldı. Bunun nəticəsində qondarma rejim ləğv edildi. Tərksilah edilmiş separatçı rejimin rəhbərləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edildilər. Azərbaycan isə əbədi və əzəli torpaqları olan Xankəndi, Xocalı, Əsgəran, Xocavənd üzərində tam suveren hüququnu bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərədə, Xocalıda, Xocavənd şəhərinin mərkəzində və Xankəndidə üçrəngli bayrağımızı ucaltdı.
Bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına hesablanmış tarixi əhəmiyyətli birgə bəyanat xalqımızın haqq-ədalət uğrunda savaşının bütün dünyaya nümayişi olmaqla yanaşı, ölkə Prezidentimiz cənab İlham Əliyevin diplomatik qələbəsi idi.
Səhər Quliyeva,
YAP Göygöl rayon təşkilatı üzrə Cümşüdlü kənd ərazi partiya təşkilatının fəal üzvü